Əbülfəs Qarayev:
“Azərbaycan xalçaçılıq məktəbi dünya tərəfindən tanındı”
“Azərbaycan xalçasının
UNESCO tərəfindən qeyri-maddi
mədəni irs siyahısına salınması
böyük hadisədir. Bu yolda müəyyən maneələr var idi. Lakin komissiya üzvləri
Azərbaycan xalçaçılıq
sənətinin yüksək
səviyyədə olmasını
nəzərə alaraq
yekdilliklə bu nominasiyanı müvafiq ad
altında qəbul etdilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev deyib. Nazir Keniyada keçirilən
UNESCO-nun qeyri-maddi mədəni
irs üzrə
Hökumətlərarası Komissiyasının iclasında
Azərbaycanın ilk dəfə
olaraq bu komissiyanın üzvü kimi çıxış etməsini xüsusi vurğulayıb. Komissiyada
cəmi 24 ölkənin
olduğunu diqqətə
çatdıran Ə. Qarayev,
onların sırasında
Azərbaycan ekspertlərinin
olmasını ölkənin
bu sahədə əldə etdiyi nailiyyətlərin əyani
sübutu kimi qiymətləndirib: “Biz komissiya
üzvü olaraq tək Azərbaycanın yox, bəşəriyyətin
qeyri-maddi mədəni
irs siyahısına daxil olan nümunələr
haqqında öz rəylərimizi bildirirdik.
Son illər Azərbaycanın
üç nümunəsi
– muğam, aşıq
sənəti və Novruz bayramı o siyahıya daxil edilib. Bu dəfə
də Azərbaycan xalçası təqdim olundu və müsbət nəticə
əldə edildi.
Biz bununla dünyaya
bəyan etdik ki, Azərbaycan xalçaçılıq məktəbi
mövcuddur, dünya tərəfindən tanınır.
Bundan sonra heç kəs Qarabağ, Qazax, Şirvan, Bakı və ya digər xalçaçılıq
məktəbinin başqasına
məxsus olması haqqında söz deyə bilməz”.
525-ci qəzet.- 2010.- 25 noyabr.- S.7.