Molla Nəsrəddin” rəssamı: Xəlil Musayev

 

Yazı həyatına yeni başlayanların hamısı kimi ilk vaxtlar mən çox çap olunmağa can atırdım. Odur ki, araşdıra bildiyim hər məsələdən yazırdın. Bütün yaradıcılığını bir şəxsiyyətə və mövzuya həsr etmişşünas” (ifadə mərhum akademik Ziya Bünyadovundur) həmkarlardan biri hətta “Bu Vilayət çox qeyri-ciddi adamdır. Hər şeydən yazır” – deyə narazılığını bildirmişdi. Hələ də eyni mövzunu dərindən araşdıran həmkarım indi rəssamlığa keçdiyimi görüb yəqin ki, ürəyində müdrikliyinə haqq qazandıracaq. Amma təbii ki, qətiyyən sənətşünaslıq iddiasında deyiləm. Sadəcə Azərbaycan karikatura sənətinin tarixində kiçikolsa iz qoymuş maraqlı bir rəssam haqqında topladığım məlumatları oxucularla bölüşmək istəyirəm.

Təxminən 105 il bundan əvvəl dərin sükuta dalmış Azərbaycan cəmiyyətində bomba kimi partlayanMolla Nəsrəddin” jurnalı təkcə məzmun deyil, forma baxımından da tam yeni, təkrarsız idi. Məcmuənin oxucuları ilk dəfə cəmiyyətdəki eybəcər tip və hadisələri karikatura şəklində görmək imkanı qazanmışdılar. Əksəriyyəti hələ oxuyub-yazmağı bacarmayan kütlələr daha çox bu karikaturalar vasitəsilə ilə “Molla Nəsrəddin”in “kimi deyib gəldiyini” və xalqı hansı mətləblərdən agah etmək istədiyini anlamışdılar.

Mirzə Cəlilin felyetonlarının, Sabirin satiralarının sözlə dediklərini Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi istedadlı sənətkarlar rəssam fırçasının gücü ilə görümlü hala gətirirdilər. 1912-1913-cü illərdə “Molla Nəsrəddin”də karikaturaları çap olunan müəlliflər arasında üzərindən adətən ötəri şəkildə keçilən Xəlil Musayev adlı rəssam da vardı.

Qulam Məmmədlinin “Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə) salnaməsi”ndə Xəlil Musayevin adı bir neçə dəfə çəkilir. Hətta səhv etmirəmsə, onun rəssamlıq təhsili almaq üçün Avropaya getməsi, yaxud göndərilməsi haqda jurnalda məlumat verildiyinə də diqqət yönəldilir.

Mədəniyyət tariximizin bir çox səhifələrinə birincilər sırasında işıq salanQobustan” dərgisi hələ 1978-ci ildə çıxan 3-cü sayında Xəlil Musayev haqqında məqalə (müəllifi Maya Bağırova) və əsərlərindən reproduksiyalar çap etmişdi. Doğrudur, faktlara söykənməyən bu yazıda “milli boyakarlarımızdan biri kimi” təqdim olunan gənc rəssamın İtaliyaya səfəri, Parisdə təhsil alması və s. qeyri-dəqiq məlumatlar da özünə yer tapmışdı. Lakin nəzərə almaq lazımdır ki, həmin məqalə hələ Xəlil Musayevin adının tarixi vətənində – Dağıstanda çəkilmədiyi, R. Həmzətovun isə üstüörtülü şəkildə onu ana dilini unutmaqda milli hisslərdən uzaqlaşmaqda ittiham etdiyi dövrdə meydana çıxmışdı.

Göründüyü kimi, istər “Qobustan” dərgisi, istərsə də Azərbaycan təsviri sənətinin, xüsusən də karikatura janrının tarixini araşdıran müəlliflər Xəlil Musayevdən bir qayda olaraq milli rəssamlıq məktəbimizin nümayəndəsi kimi bəhs etmişdilər. Lakin bununla bir sırada rəssamın həyatı, fəaliyyəti, özünün və sənətinin sonrakı taleyi haqqında konkret məlumatlar ortaya qoyulmamışdı. “Molla Nəsrəddin”dən başlanan yolun sonralar necə davam etdiyi, harada tamamlandığı naməlum qalmışdı.

Xəlil Musayevin (ötən əsrin əvvəllərindəki rəssamlıq tariximiz o qədər də zəngin olmadığından bu adı təbii ki, yadda saxlamışdım) izinə qafqazlı siyasi mühacirlərin Varşavada nəşr etdikləri “Şimali Kafkasiya – Severnıy Kavkaz” jurnalının 1938-ci il saylarını vərəqləyərkən yenidən düşdüm. Burada onun haqqında məqalə, foto-şəkli və əsərlərindən iki reproduksiya verilmişdi. Həmin dövrdə Berlində yaşadığı, mühacir həmvətənləri ilə əlaqələrini üzmədiyi bildirilirdi, Məqalədən artıq Xəlil Musayev deyil, Xəlil bəy Musaysaul kimi tanındığı da məlum olurdu. Bu adla İnternetdə axtarış verəndə rəssamın həyatı, şəxsiyyəti və yaradıcılıq irsi ilə bağlı rus, ingilisalman dillərində xeyli materiala, və ayrı-ayrı tablolarının reproduksiyalarına təsadüf etdim.

Müxtəlif mənbələrdə Xəlil Musayev (1897-1949) azərbaycanlı, gürcü, türk, iranlı kimi qələmə verilmişdir. Əslində isə o, milli mənsubiyyət baxımından avar idi. Dağıstanın Çox aulunda dünyaya gəlmişdi. Avarların Manijal nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət etmiş, sonra isə mahal naibi olmuşdu. Xəlil kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilirdi. Öz etirafına görə, ilk dəfə daş üzərində oyma açan ustaların işi onda təsviri sənətə maraq yaratmışdı. 1912-ci ildə Tiflis İncəsənəti Təşviq Cəmiyyəti yanında fəaliyyət göstərən Rəssamlıq və Heykəltəraşlıq Məktəbinə qəbul edilmişdi. Həmin dövrdə bu məktəbin direktoru ali rəssamlıq təhsilini PeterburqMünxen akademiyalarında almış, dövrünün müqtədir sənətkarlarından biri kimi tanınan, eyni zamanda ilk satirik məcmuəmizin nəşrində C.Məmmədquluzadənin sağ əlinə çevrilən O.İ.Şmerlinq (1863-1938) idi. Xəlil MusayevMolla Nəsrəddin” jurnalı ilə də ilk növbədə müəlliminin təqdimatı və tövsiyəsi ilə əməkdaşlıq etməyə başlamışdı.

Oskar Şmerlinqin Qafqazdan olan tələbələri sırasında dağıstanlı Xəlil Musayevlə birlikdə gürcü Lado (Vladimir) Qudiaşvili (1896-1980, Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərli (1892-1922) və ilk qadın rəssamımız Qeysər Kaşıyeva (1895-1972) da vardı.

Sonralar XX əsr gürcü təsviri sənətinin korifeylərindən biri kimi məşhurlaşan Lado Qudiaşvili həm X.Musayevin, həm də B.Kəngərlinin yaxın dostu idi. Bəhruz Kəngərli hələ Tiflisdə təhsil aldığı illərdə gürcü həmkarının portretini işləmişdi. Qudiaşvili isə öz növbəsində Xəlil Musayev haqqında maraqlı xatirələr qələmə almışdı. Lakin bu xatirələr “Qobustanda ilk dəfə Xəlil bəy haqqında məlumat verən M.Bağırovanın düşündüyü kimi, Paris dövrünü deyil, Tiflis illərini əks etdirirdi.

O.Şmerlinqin təşəbbüsü ilə istedadlı avar gənci ali təhsil almaq üçün Münxenə, Bavariya Təsviri Sənət Akademiyasına göndərilmişdi. Şübhəsiz, bu xeyirxah aksiyada onun sənətə ilk addımlarını atdığı “Molla Nəsrəddin” redaksiyasının iştirakı və rolu ayrıca araşdırmaya möhtacdır. Xəlil Musayev 1913-cü ilin oktyabrından növbəti ilin iyul ayına qədər Münxendə professor Qabriel Ritter fon Hakenin sinfində təhsil almışdı. Lakin Birinci Dünya müharibəsinin başlanması və Almaniyada günü-gündən şiddətlənməkdə olan antirus əhvali-ruhiyyəsi onuRusiya təbəəsini akademiyanı yarımçıq buraxıb vətənə dönməyə məcbur etmişdi.

1912-1913-cü illərdə rəssamın “Molla Nəsrəddin” jurnalında “Xəlil Mussayev”, “Mussayev Çoxski”, “X.M.” imzaları ilə (müəllif öz rəsmlərini həm kiril, həm də ərəb hərfləri ilə imzalayırdı) 20-yə yaxın karikaturası çap olunmuşdu. “Qəribə tərəzi”, “Bizim əyləncələrimiz”, “Müsəlman ziyalısı”, “Rus və müsəlman qadını teatrda”, “Culfada əvvəlinci parlamanın üzvü”, “Şamaxıda məktəb barəsində şura”, “Tiryəkxanada” (“Maarifin mərkəzi olan Tiflis şəhərində müsəlmanların gecə-gündüz məşğuliyyəti”), “Rəşt şəriətmədarı və rus konsulukimi karikaturalar yalnız mövzunun aktuallığı ilə deyil, həm də rəsm texnikasının yetkinliyikoloritliliyi ilə seçilir. Eyni zamanda bu rəsmlərdə ənənəvi “Molla Nəsrəddin” karikatura üslubununOskar Şmerlinqin təsirini görməmək mümkün deyildir.

Təbii ki, həmin mövzularMolla Nəsrəddin” redaksiyası, ilk növbədə isə Mirzə Cəlil, yaxud Ömər Faiq tərəfindən müəyyənləşdirilmişdi. Lakin gənc rəssam da öz növbəsində təkcə tiplərin fərdi zahiri görünüşlərini, geyimlərini və s. təsvir etməklə kifayətlənməmişdi. Həm də onların daxilinə nüfuz etməyə, bir-iki ştrixlə xarakterlərini açmağa çalışmışdı. Oxşar mühitdə, oxşar personajların çevrəsində yaşaması da uğur qazanmasına təsirsiz qalmamışdı. “Molla Nəsrəddin”lə yanaşı karikaturaları Bakıdakı “Kəlniyət” (naşir Seyid Hüseyn, redaktor Q.Qasımov) və rusdilliBaraban” (naşir İ.Aşurbəyli və B.Şahtaxtinski, redaktor Ə.Əzimzadə) satirik məcmuələrində də çap olunmuşdu.

Münxendən qayıtdıqdan sonra Temirxanşurada (indiki Buynaksk-V.Q.) yaşayan Xəlil Musayev tədricən yaradıcılığında portret janrına daha böyük üstünlük verməyə başlamışdı. Siyasi təmayülündən asılı olmayaraq 1917-1920-ci illərdə Şimali Qafqaz və Dağıstan tarixində həlledici simalara çevrilən Nəcməddin Qotsinski, Ullubiy Buynakski, Səid Qabiyev, Əlibəy Taxo-Qodi, Uzun Hacı və b. tanınmış həmvətənlərinin portretlərini işləmişdi. 1917-ci ildə Andi aulunda toplanan dağlı xalqlarının qurultayı da Xəlil Musayevin rəsmləri ilə günümüzə görümlü şəkildə çatdırılmışdır. İlk Dağıstan ədəbi-bədii jurnalı sayılan “Tanq Çolpan” (1919) məcmuəsinin yüksək səviyyəli tərtibatında da onun mühüm xidmətləri vardı. 1919-cu ildə Vladiqafqazda rəssamın ana vətənindəki ilkson sərgisi açılmışdı. Dövrün bütün gərginlik və qarma-qarışıqlığına baxmayaraq sərgi böyük maraq doğurmuş, haqqında rusdilli mətbuatda bir sıra müsbət rəylər çıxmışdı.

Xəlil Musayevin bioqrafiyası, xüsusən də həyatının yeniyetməlik və ilk gənclik dövrü ilə bağlı bir sıra məlumatlar onun 1936-cı ildə Münxendə çap olunmuşSonuncu cəngavərlər ölkəsi” (“Das Land der Letzter Ritter”) kitabında toplanmışdır. Avtobioqrafik səciyyəli həmin əsər alman qadın yazıçısı Luiza Laporta ilə birlikdə yazılmışdı. Daha dəqiq desək, süjetepizodlar Xəlil Musayevə, mətnin ədəbi cəhətdən işlənməsi isə Luiza Laportaya məxsus idi. İllüstrasiyaları Xəlil bəy özü çəkmişdi. Müəllif qarşısına bütünlükdə doğma yurdunun obrazını yaratmaq vəzifəsi qoyduğundan burada etnoqrafik çalarlara, xalq adət və ənənələrinin, bayram və mərasimlərin təsvirinə də geniş yer verilmişdi. İstər nəşr edildiyi dövrdə, istərsə də sonralar böyük maraq doğuran kitab 1990-cı ildə Sürəyya Ülkərin türkcəyə tərcüməsində “Sonuncu bahadırlar ülkəsi” adı ilə İstanbulda, 1999-cu ildə isə qumuq yazıçısı Sayalı Hacıyevanın rus dilinə tərcüməsində Mahaçqalada nəşr olunmuşdur.

Məhz bu kitabdan öyrənirik ki, Dağıstanda sovet hakimiyyəti qurulduqdan sonra yerli rəhbərlik 1920-ci ilin yazında Leninə hədiyyə göndərmək istədiyi liter vaqonun Qafqaz lövhələri ilə bəzədilməsini Xəlil Musayevə həvalə etmişdi. Həmin dövrdə o, Xalq maarif komissarlığının incəsənət bölməsinə rəhbərlik edirdi. Lakin bolşevizmin mahiyyətinə müəyyən qədər bələd olduğundan ilk imkan yaranan kimiSovdepiyadan” qaçmağı qərara almışdı.

Niyyəti Almaniyaya qayıtmaq, yarımçıq qalmış təhsilini davam etdirmək idi. Əmisi oğlanlarından birinin çeka tərəfindən sorğu-sualsız güllələnməsi qərarın icrasını daha da sürətləndirmişdi. “Həmin vaxta qədər hələ də ağıl və ehtiyatla hərəkət etməyə çalışırdım, – deyə rəssam xatirələrində yazırdı. –Lakin son hadisə səbrimi tükəndirdi. Rəng almaq bəhanəsi ilə Leninin liter vaqonu üzərində işi dayandırıb Bakıya yollandım. Bu böyük neft şəhərində milli hökumət yeni devrilmişdi. Hakimiyyətə nəzarət tam şəkildə kommunistlərin əlinə keçmişdi. Mən dəfələrlə xarici işlər komissarının və hərbi işlər komissarının qəbuluna düşməyə çalışdım. Hökumət başçısının şəxsi katibi ilə dostlaşdım. Hətta onun portretini çəkdim ”.

Amma bu təşəbbüslərin heç bir faydası olmamışdı. Nəhayət, xeyli müddət davam edən get-gəldən sonra Xəlil Musayev əvvəllər tibb bacısı kimi tanıdığı, həmin dövrdə isə bolşeviklərin yanında etibar qazanmış bir xanımın vasitəsi ilə “həqiqi Azərbaycan pasportuala bilmişdi.

Sərhədi keçməkdə ona adını çəkmədiyi, “xaricdə birlikdə oxuduğu azərbaycanlı dostukimi təqdim etdiyi bir həmvətənimiz yardım göstərmişdi. Həm də xatirə müəllifinin etirafına görə, “həyatın sınaqlarından çıxmış” həmin azərbaycanlı Gürcüstanla Azərbaycanı ayıran Poylu körpüsündə gənc, sadəlövh və təcrübəsiz Xəlili labüd ölümdən xilas etmişdi. Onun sayəsində sağ-salamat azadlığa aparan yolaGürcüstana keçmək imkanı yaranmışdı. Beləliklə, avar gəncinin istər böyük sənətə gəlməsində, istərsə də bolşevizm cəhənnəmindən xilas olmasında “Azərbaycan amilimühüm rol oynamışdı.

1925-ci ildə gənc rəssam Bavariya Təsviri Sənət Akademiyasını uğurla başa vurmuşdu. Təhsil aldığı dövrdə Dağıstan rəhbərliyinin ona təqaüd ayırması Xəlil Musayevin hansı yollasa Almaniyaya gəlməsini qanuniləşdirdiyini göstərir. Bu Dağıstan MSSR Xalq maarif komissarı Əlibəy Taxo-Qodinin 1924-cü ildə rəssama ünvanladığı məktubdan da aydın görünməkdədir. Sovet quruculuğu şəraitində ölkənin əldə etdiyi mədəni nailiyyətlərdən söz açan komissar məktubunun sonunda Xəlil Musayevdən mümkün qədər tezliklə Vətənə qayıtmasını xahiş edərək yazırdı: “Xalqımızın indiki çətin vəziyyətində hər mədəniyyət adamının dəyəri olduqca böyükdür. Sizə gəldikdə isə... Əgər indi vətəndə olsaydınız rəssamlıq, teatr, məktəb vasitəsi ilə xalqa bədii-estetik təsir göstərmə işinin mərkəzində dayana bilərdiniz. Gündəlik fəaliyyətimizdə sizin sənətin mahiyyətini təşkil edən məsələlərlə tez-tez qarşılaşırıq. Ona görə də yoxluğunuzu hər saat hiss edirik”.

Lakin hələ tələbə ikən Münxendə ilk sərgisini açan, bir müddət sonra isə Bavariya rəssamlar gildiyası üzvlüyünə qəbul olunan Xəlil Musayev artıq Dağıstana dönməməklə bağlı qərarını vermişdi. Bu qərarın ağrı-acısını isə Vətəndəki yaxınları çəkməli olmuşdu: 1937-ci ildə qardaşı, bacısının əri və digər qohumları repressiyaya məruz qalmışdılar.

Rus mühacirlərin əksəriyyəti kimi Xəlil Musayevin də şəxsiyyəti təsdiq edən yeganə sənədi beynəlxalq Nansen pasportu idi. Həmin pasport Avropa ölkələrində, ilk növbədə isə nasizmin baş qaldırdığı Almaniyada sahibinə rus yazıçısı V.Nabokovun sözləri ilə desək, həbsxanadan “kişi sözü” ilə buraxılmış məhbusun hüquqlarından artıq haqq vermirdi. Berlində İran taxt-tacının varisi Məhəmməd Rza Pəhləvi ilə tanışlığı rəssamın müşkülünü aradan qaldırmışdı. O, İran vətəndaşlığına qəbul olunmuşpasportla təmin edilmişdi.

Bu amildən çıxış edən bəzi tədqiqatçılar Xəlil Musayevi iranlı saymışlar. Onun yaradıcılığını Dağıstanda öyrənənlər isə həmin fakta dayanaraq həmyerlilərinin soy-kökünü az qala İran şahı Daraya qədər aparıb çıxarmış, Pəhləvinin sadəcə sənətə diqqət mahiyyətli jestini fantastik siyasi boyalara bürüməyə çalışmışdılar. Lakin hansı şəkildə təqdim edilməsindən asılı olmayaraq İran vətəndaşı sayılması sonrakı dövrlərdə Xəlil Musayev üçün xilas vasitəsinə çevrilmişdi . Çünki Hitlerin bədnam irq nəzəriyyəsinə görə iranlılar (ariyan) ari irqin nümayəndəsi sayılırdılar. Odur ki, dağıstanlı rəssam İran pasportu ilə nasist Almaniyasında çətinlik çəkmədən yaşaya bilmişdi. Ayrı-ayrı Dağıstan mənbələrində Xəlil Musayevin rəsm həvəskarı olan gələcək fürer Hitlerlə şəxsi tanışlığı, yaxud faşizmə barışmaz nifrəti haqqında müxtəlif miflər yayılmasına baxmayaraq nəticə etibarı ilə 1921-1947-ci illərdə Almaniyada yaşayanbu ölkənin ədəbiyyat-sənət dairələrində yaxşı tanınan rəssam faşistlərə tam rəğbət bəsləmədiyi kimi antifaşist kimi də tanınmamışdır.

Berlində yaşadığı illər bir rəssam kimi Xəlil Musayevin yaradıcılığının məhsuldar dövrü sayıla bilər. Mövzuüslubunun orijinallığı, avropalı tamaşaçılar üçün tamamilə yeni olan Qafqaz-Dağıstan həyatını fərdi, təkrarsız şəkildə əks etdirməsi onu tezliklə sənətsevərlər arasında məşhurlaşdırmışdı. 1925-1947-ci illərdə rəssamın Cenevrə, Münxen, Berlin, Roma, Florensiya, İstambul, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə böyük maraq doğuran sərgiləri açılmışdı. Onun “1001 gecə” nağıllarının müharibə öncəsi alman nəşrlərinin birinə son dərəcə gözəl illüstrasiyalar çəkməsi haqqında məlumat yayılsa da, hələlik həmin əsərləri üzə çıxarmaq mümkün olmamışdır.

Xəlil Musayev 1938-ci ildə Berlində əsilzadə ailəsindən olan alman qadını, baronessa Melani Oliviya Yuliya fon Nagel ilə ailə qurmuşdu. İstedadlı şair və tərcüməçi kimi tanınan, rəssamın ilham pərisinə və bir sıra portretlərinin qəhrəmanına çevrilən bu qadın 2006-cı ildə, 96 yaşında vəfat etmişdi. Həyatının son yarım əsrini Jerome ana adı altında rahibə kimi ABŞ-nın Konnektikut ştatındakı monastırda keçirmişdi. Xəlil bəyin bir sıra şəxsi əşyalarını və 100-dən çox tablosunu qoruyub saxlamış və SSRİ-nin süqutundan sonra rəssamın son iradəsini yerinə yetirərək onları Dağıstana göndərmişdi. Hazırda həmin əsərlər Xəlil Musayev muzeyinin əsas ekspozisiyasını təşkil edir.

İkinci Dünya müharibəsi illərində rəssam və onun xanımı faşist həbs düşərgələrindəki müsəlman, ilk növbədə isə Dağıstan əsilli məhbusların taleyi ilə yaxından maraqlanmışdılar. Xəlil Musayev Türkiyə Qızıl Aypara Cəmiyyətinin təmsilçisi kimi Almaniyanın müxtəlif düşərgələrində olmuş, imkan daxilində həmvətənlərinə ərzaq və siqaret yardımı göstərməyə çalışmışdı. Rəssam çap olunmamış “Münxen gündəlikləri” adlı qeydlərində əsirlərlə görüşlərindən birini ürək ağrısı ilə təsvir edərək yazırdı: “Əsirlərin yanına gedirik. Yolda cır-cındır içərisində olan minlərlə ac-yalavac adam gördük. Düşərgənin hər yerindən fəryad səsləri ucalırdı. Onların arasında çoxlu dağıstanlı və çeçen var. Qafqazlılar bizimkilərin kütləvi şəkildə məhv edildiklərini deyirdilər. Müsibət içərisində olan adamların danışdıqlarının hamısını yaza bilmirəm. Bu insanlıq üçün bir üz qarasıdır. Əgər belə əməllər zəfər çalacaqsa, mən ölümü daha üstün tuturam”.

Həmvətənlərinə imkanı daxilində kömək etməsinə, müharibədən sonra isə amerikan zonasında qalmış dağıstanlı hərbi əsirlərin Türkiyəyə göndərilməsinə yardım göstərməsinə baxmayaraq Xəlil Musayev heç vaxt siyasi proseslərə qoşulmamışdı. Həmin dövrdə Almaniyada fəaliyyət göstərən Şimali Qafqaz siyasi mühacirləri ilə əlaqələri yalnız dara düşmüş insanlara maddi-mənəvi yardım göstərmək işi ilə məhdudlaşmışdı. O, tarixi vətəni ilə əlaqələrini daha çox öz sənətində, əsərlərində gerçəkləşdirməyə çalışırdı. Bütünlükdə Dağıstan tarixi və təbiəti, ilk növbədə isə milli koloriti, saflığı, məsumluğu ilə seçilən dağlı qadınların silsilə portretləri rəssamın yaradıcılığında əsas yer tuturdu. Bir sıra müasirləri Xəlil Musayevin müasir boyakarlığa “Dağıstan madonnasının” obrazını gətirdiyini əsaslandırmağa çalışırlar.

Maraqlıdır ki, rəssam əksər hallarda milli mənsubiyyətini qabartmağa can atmamış, həmişə bütün Dağıstanın adından danışmağa daha böyük üstünlük vermişdi. “Çoxlu dağlardan və dərələrdən ibarət olan bu ölkə vahid bir məmləkət idi. Çoxlu icmatayfalardan ibarət olan bu xalq vahid bir xalq idi” – yazan müəllif ayrı-ayrı təsadüfləri çıxmaq şərti ilə həmin vahid məmləkətin vətəndaşı, vahid xalqın təmsilçisi kimi tanınmağa çalışmışdı.

Sonuncu cəngavərlər ölkəsi” adlandırdığı doğma yurdu ilə bağlılıq və əlaqələrinə aydınlıq gətirən Xəlil Musayev 1943-cü ildə “Eleqante velt” (“Zəriflik dünyası”) jurnalına müsahibəsində deyirdi: “Qafqazdakı vətənimi tərk etməyə məcbur qaldığım dövrdən 20 ildən artıq vaxt keçir. Bütün bu illər ərzində orada hökm sürən kommunist hakimiyyəti nəticəsində vətənim mənim üçün yalnız arzular ölkəsi olaraq qalmışdır. Mən öz rəsmlərimdə onun təbiətini və insanlarını ürəyimdə yaşatdığım kimi yenidən canlandırmağa çalışmışam”.

İkinci Dünya müharibəsi başa çatandan sonra – 1947-ci ildə Xəlil Musayev ABŞ-a mühacirət etmişdi. Artıq həmin dövrdə o, ağır xəstə idi. Yeni vətəndə yalnız iki il yaşaya bilmişdi. Rəssamın məzarı Nyu-Yorkun təxminən yüz kilometrliyində yerləşən kiçik Betlehem şəhərindədir.

Əgər Dağıstan mənbələrinə inansaq, Xəlil Musayevin tabloları məşhur “Metropoliten” muzeyində nümayiş olunur (dəfələrlə bu muzeyin ekspozisiyasına tamaşa etsəm də, nədənsə həmin əsərləri görməmişəm). Yenə dağıstanlı müəlliflərin yazdığına görə, təkrarsız sənətinə ehtiram nişanəsi kimi rəssamın əlinin gipsdən çıxarılmış qəlibi də eyni muzeydə saxlanır. Lakin nəzərdən keçirə bildiyim amerikan mənbələrində bu barədə təsdiqedici cavaba rast gəlmək mümkün olmadı. Təbii ki, belə üst-üstə düşməyən məqamlar Xəlil Musayev sənətinin təkrarsızlıq və əhəmiyyətinə xələl gətirmir.

Bizim üçün önəmli olan onunMolla Nəsrəddin” məcmuəsindən başladığı sənət yolunu bacarıqla davam etdirməsi, yaradıcılığında Şərq və Qərbin boyakarlıq ənənələrinin məharətli sintezinə nail olaraq müqtədir sənətkar kimi məşhurlaşa bilməsidir.

P.S. Xəlil MusayevinMolla Nəsrəddin” jurnalında dərc edilmiş rəsm əsərlərinin elektron versiyasını mənə göndərmiş Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadəyə minnətdarlığımı bildirirəm.

 

 

Oktyabr 2010-cu il.

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2010.- 27 noyabr.- S.24-25.