Dərddən yazmaq dərdi

 

Əslində o kitabı çoxdan oxumalıydım. Oxuya bilmirdim. Ona görə yox ki, bəzilərinin bəlkə də özlərinə təskinlik üçün dedikləri kimiindi oxumaq vaxtı deyil”. Sadəcə olaraq, nədənsə çoxdan əldə etdiyim bu kitabı oxumağa vaxt tapa bilməmişdim. Ancaq bu zərif olduğu qədər də qüdrətli xanım-xatun jurnalisti dövlət mükafatı alması münasibətilə təbrikim zamanı öz imzası ilə mənə hədiyyə etdiyi “Qırx qızın dastanı”nı ən azı müəllifə hörmət naminə vərəqləmək istədim. Və... bir neçə gündən sonra bu kitabın vərəqləri istedadlı jurnalist Füruzə NadirinÖn sözü”ndən tutmuş sonuncu sətirlərədək oxucu kimi adətim üzrə sarı, qırmızı, yaşıl, göy ştrixlərlə “bəzədilmişdi”. Nə vaxtsa “müharibə uşaqları” adlandırılan yazıçı və şairlərimizin əsərlərini mütaliə etməkdən yorulmamışıq. Oxuduqlarımızın təsiri ilə müharibəyə nifrət ruhunda böyüyə-böyüyə bir də baxmışıq ki, biz özümüz zorən müharibəyə cəlb olunmuşuq, müharibə adamlarına çevrilmişik, odun, alovun içində yanıb-yaxılırıq, torpaqsızlıq, vətənsizlik dərdinə belimiz bükülür, didərginlik, köçkünlük ağrısına içimiz sökülür, haqsızlıq, ədalətsizlik iztirabında ümidlərimiz yarpaq-yarpaq üzülür, tökülür.

 Qarabaq həqiqətləri, amansız Vətən müharibəsi, əsir və itkinlər haqqında özüm də bəzi cızma-qaraların müəllifi olduğumdan bu mövzu məni daha çox maraqlandırır. Zənnimcə, həqiqi vətənpərvərliklə yazılan hər bir yazı, hər bir ədəbiyyat nümunəsi elə xalqa, vətənə, dövlətçiliyə xidmətin bir nümunəsidir.

 Zemfira Məhərrəmlinin müharibədə rəşadət göstərən azəri qadınlarının şücaətindən bəhs edənQırx qızın dastanıkitabı ana-bacılarımızın timsalında bütün qeyrətli övladlarımızın şəninə işıq salan yazılı salnamədir.

Zərif xanımlarımızın müharibədəki şücaətlərini əks etdirən bu kitab hakimiyyətlə xalqı seçə bilməyən demokratiyanın olmaması durumundan şikayətlənə-şikayətlənə saysız-hesabsız mətbu orqanlarda bu dövləti ifratdemokratikcəsinətənqid atəşinə məruz qoyanlara, milli-mənəvi dəyərlərə zərbələr vurmaqla, ən ağrılısı isə bilərəkdən ya bilməyərəkdən bu millətin qürurunu, mənliyini sındırmaq yolunu seçənlərə tutarlı cavabdır. Müharibə mövzusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün hər bir qələm sahibini düşündürən, istər-istəməz yazmağa sövq edən ağrılı bir mövzudur. Yüzlərlə kitab monoqrafiyada, publisistik yazılarda, hekayə şeirlərdə bu problemə toxunulub, hər istedad sahibi faktları öz düşüncəsi təfəkkürü süzgəcində bədii mühitə təqdim etməyə meyl göstərib. Zemfira xanımın bu kitabında isə daha çox faktlar danışır, mübaliğəsiz-filansız, həyat reallıqlarını amansız döyüş səhnələrini əks etdirməklə namusunu, qeyrətini, yurd-torpaq sevgisi yolunda şirin canından keçənləri xalqa, millətə, vicdanlı bəşəriyyətə təqdim edir. Cılız bir kəndli qızının bilə-bilə ölümün qucağına şığıdığına, odun-alovun içində gənc ananın öz hissiyyatlarını zorlamaqla nənə ümidinə qalmış ciyərparasının həsrətinə tab gətirməsinə, mərhəmətli qadının düşmən yaraqlısının sinəsini yararaq əli ilə ürəyini yardığına inanmaq, əlbəttə ki, çox çətindir. AncaqQırx qız dastanı”nda qardaş itirmiş bacının, oğul itirmiş ananın, ata itirmiş övladın, özü zəif cinsin nümayəndəsinin bu hərəkətləri fakt kimi inandırıcıdır, keçirdikləri həsrət kədər dolu hiss həyəcanın, qəzəb dolu kin nifrətin müqabilində, həm istedadlı qələm sahibinin çox ağrılı acılı təsvirləri fonunda qəbulolunandır, haqq qazandırılandır. Torpaq, yurd itkisinin qarşısında, doğma insan yoxluğunun iztirabları ilə müqayisədə bu intiqam hissi təqdirəlayiqdir vacibdir. Yaradıcı insan üçün yazmaq onsuz da bir dərddir. Elin, obanın, Vətənin dərdini yazmağın acısını istedadın istisində ovundurmaq isə ikiqat ağrılıdır. Bunu üçün əsl vətənpərvər ürəyə, yüksək hissiyyata, iti qələmə sahib olmaq gərəkdir. Yazıçı-jurnalist Zemfira Məhərrəmli kimi!

 

 

Mahir ALLAHVERDİOĞLU

 

525-ci qəzet.- 2010.- 30 noyabr.- S.7.