ilğımın poeziyası

 

Hərdən mənə elə gəlir ki, Fikrət Sadıq elə beləcə doğulub. Yəni o, heç vaxt uşaq olmayıb. Çünki, indiuşaq kimidir. O, heç cavan da olmayıb. Axı o, heç qocalmayıb da. Yox! F.Sadıq nə uşaq, nə cavan, nə də qocadır. O, şairdir! Elə beləcə şair gəlib dünyaya.

Bu gözəl şairimiz öz görkəmi, bəyazlığı, danışığı, oturuşu və yumşaqlığı ilə seçilir. Yaxın aylarda onun 80 yaşı tamam olacaq. 80 yaşını sağlıqla gözlədiyimiz bu insanı dindirmək də xoşdur, oxumaq da. Ona qulaq asdıqca, əsərlərini oxuduqca mənə elə gəlir ki, o, başqa bir dünyadan gəlmiş nurdur, ilğımdır. Bu ilğım “Ağ-Qara şeirlər” qoşur. “Ağ-Qara şeirlər” kitabı ağı-poemadır. “Ağı-poema” oğlu İlkinin xatirəsinə həsr olunub. Burada toplanan şeirlər, nağıllar, nəğmələr, bayatılar bənövşə kimi zərifdir, gözəldir, dərdlidir, aləmlidir və sərtdir.

 

Burda kövrək bənövşələr

Yada düşər...

İlk baharda qarlı –

Üzü bərk, sərt torpağı dəlib,

Ox kimi keçər daşdan.

 

Kövrək bənövşənin daşdan ox kimi keçməsi çox qalibanədir. Həmin mənzərəni təsəvvür etmək və yaxud görmək insanın ürəyini riqqətə gətirir, onun fikir verib görə bilmədiyi qüdrətli gözəlliyi aşkara çıxarır. Budur, bizim görkəmli şairimizin poeziyasının məğzi, mənası. Mən də bu böyük şairimiz haqqında düşündüklərimi, anladıqlarımı, başa düşdüklərimi yazmağa çalışıram. F.Sadığın övladlarından Orxanİlkini tanıyıram. İlkiniAğ-Qara şeirlər”dən, Orxanı isə yazdığı əsərlərdən və televizordan.

Mən belə zənn eləyirəm ki, şairin oğlu İlkin onun öz balasıdı. Orxan isə əsərlərinin, düşüncələrinin, fikirlərinin oğludur.

Şair İlkin balasından özü söz açır, onun haqqında özü yazır.

Orxan isə özü-özünü yazır, özü özünü çox gözəl ifadə eləyir. Mən onu çox dəyərli bir yazıçı, publisist jurnalist kimi tanıyıram.

Bu iki övladı müqayisə etməyimin səbəbi Fikrət Sadığın xarakterini, onun əsərlərinin məğzini az da olsa açmağım üçündür. Onun oğlu İlkinə yazdıqları nəğmələri, ağıları oxudum. Bu əsərlər ta əvvəldən axıra kimi bir xətt üzrə inkişaf edir, irəliləyir axırdaGecə qatarından düşübəbədi dünyasına qərq olur.

Ağ-Qara şeirlərioxuduqca həssas şairimizi duyub dərk elədikcə anladım ki, onun ağı-ağ, qarası qaradır. Orda çalar yoxdur. Mən çoxu ki, rənglərin çalarını xoşlayıram.

Rənglərin çaları bir az əsrarəngiz, bir az anlaşılmaz, bir az göründüyü kimi görünməyən olduğundan orada ümid, güman var. Buna görə rənglərin çalarını yüz cerə yozmaq olur. Lakin ağ-ağdır, qara da qara. Burada hər şey bitib, sona çatıb, qurtarıb. Fikrət müəlliminAğ-Qara şeirlərkitabındakı şeirlərin ağı da, qarası da kədərlidir, dərdlidir, ələmlidir gözəldir.

Axı, şair İlkin balasını görən kimi istəyir ki, onu balası olmayan buludlara, ulduzlara, Günəşə göstərsin, onları da özü kimi sevindirsin, fərəhləndirsin.

 

Körpəmi İlkin görəndə,

İstədim bağrıma basım.

Buludlara, ulduzlara

Günəşə göstərim”.

 

Bəlkə öz övladımı ilkin olaraq, buludlara, ulduzlara, Günəşə göstərən olmayıb. Körpəsini dünyaya göstərmək istəyən həmin xoşbəxt ata olub ki, o da deyib, baxın, bu mənim balamdır, bu mənimdir. Onda buludlar da, ulduzlar da, Günəş iş-güclərindən ayrılıb bir anlıq olsa da şairin oğluna baxıb, onu görüblər, körpə onların da xoşuna gəlib. Bu zaman 1963-cü il idi. Ömrü-günü sevincə bələnən atanın yerlə göy arasında körpü olduğu zaman idi. Yerlə göy arasında körpü olmaq sizlərə heç asan gəlməsin. Bu bizim sevimli Fikrət Sadığa məxsus olub. 1965-ci ildə isə

 

Bir sönmüş arzumun

Payızında üşüdüm”.

 

deyən F.Sadıq oğlunu həyatın hər üzünə, hər çətinliyinə, hər bir acı həqiqətinə hazırlayırdı. Sanki əvvəlcədən hər şeyi bilirmiş kimi:

 

“Sabah üstündə gəzəcəyin

                  torpaq,

Laləsini üzəcəyin çətən.

Həsrətlə baxacağın göylər

Əbədidir oğlum!

İnsan köçəridir”.

 

Bunları poeziyanın şirin diliylə balasına anladan şair, onu son gün üçün hazırlayırmış ki, həmin gün övladı diksinməsin, qorxmasın, vahimələnməsin. Bilsin ki, o gün, o an var qətidir. O gün, o an var qətidir. O gün, o an hər birimiz üçün var qətidir.

Ancaq bəzən bizlər bunu unuduruq. Bizlər bunu unutmayaq deyə, yaddaşımızda möhkəm saxlayaq deyə beynimizə, qəlbimizə, ürəyimizə mütləq yazmalıyıq. Şair ata da bunu yazdı. O, vərəqə yazdı, vərəqə yazana qədər bu duyğular canına, qanına, ruhuna hopdu, əbədi qaldı. ilğıma bənzətdiyim əziz şairimizin poeziyası aurı-aurı qüvvətli bəndlərdən, gözlənilməz sonluqlu şeirlərdən ibarət deyil. Onun poeziyası ümumilikdə yüksəkdir, gözəldir. 39 ildən sonra yazdığıPoçt qutusuşeirindəki kimi.

 

Orda hərdənbir

sənin məktubun olardı.

Anasından küsmüş uşaq kimi

üzü soyuq dəmirə söykənib

Gözləyə-gözləyə qalardı”.

 

Bəzən deyirlər ki, filankəsi dərd şair elədi. Mən belə düşünmürəm. Dədə şairimiz F.Sadığı dərd, sevinc şair etməyib. O, elə bir başa şair doğulub, bir başa şairdir. O deyir ki,

 

Bir gün ona

göndərdiyimiz

pul da qayıtdı.

Bu son zərbə təni ayıltdı.

Bildim ki, balam orda yoxdu,

Burda da yoxdur daha balam”.

 

Bir kəlmə sözdən asılı ümidinin kövrək sapı qırılan şair bir zaman İlkinini buludlara, ulduzlara, günəşə göstərmişdi. Artıq ulduzlar sönüb, buludlar gecəyə dönüb, Günəş batıb. Bütün bunlar nisgilli şairimizin kor olmuş bəxtinə düşüb.

Əvvəl özü, sonra da bizi öz şeirləriylə heyrətləndirən ilğım şairimizin əsərləri qəlbimizi göynədir, inlədir.

 

Bəlkə çaşıb mələklər,

Mən yaşda atanı burda qoyub,

Görüblərsən yaşda oğulu.

Oğul, oğul, ay oğul!

İndi ha döy başına,

ha yan-yaxıl!”

 

Ey mələkləri çaşdıran şairim, oğul, oğul deyib ürəyimizi dağlayan atam, yuxarıda qeyd etdiyim fikrimi dəyişib burada deyirəm. SizinAğ-Qara şeirlər ağdı, qara. Bilmirəm rəngdir bu nəğmələr, bu oxşamalar, bu laylalar?

Bunlar mənim xəyalımda başqa bir dünyadan gəlmiş ilğım şairimizin qəlb çırpıntıları, ürək döyüntüləridir. Bu pıçıltılar, bu döyüntülər nəinki mələkləri, hətta, göydə Allahın özünü çaşdıra bilər.

Sizin 80 yaşınıza mübarək söyləyən, sizi daim ucalarda görən, sevən, əziz bilən bənövşə kimi sərt hesab eləyən

 

 

Aləmzər ƏLİZADƏ

 

525-ci qəzet.- 2010.- 30 noyabr.- S.7.