“Arşın mal alan” Pekində çin dilində tamaşaya qoyulub
Azərbaycanın Çin
Xalq Respublikasındakı
səfirliyinin təşəbbüsü,
Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Opera və Balet teatrı, Çin Milli Operasının birgə səyləri nəticəsində
Pekin şəhərindəki
Tiençiao Teatrında
Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettası çin dilində səhnəyə
qoyulub. Bu barədə
APA-ya Azərbaycanın
Çindəki səfirliyindən
bildirilib. Tədbirdə
Çin Milli Operasının direktoru Yü Fenq, direktor
müavini Bay Yüxua,
Çinin bir sıra nazirlikləri, elm,
təhsil, kütləvi
informasiya vasitələri
və ictimaiyyət nümayəndələri, Azərbaycanın
Çindəki səfiri
Yaşar Əliyev, MDB
ölkələri, Türkiyə,
Pakistan, İran, İraq,
Vyetnam, Monqolustan və Əfqanıstanın
Çindəki səfirləri,
Pekindəki Azərbaycanlı
diaspora nümayəndələri
və digər şəxslər iştirak
ediblər. Azərbaycan
Opera və Balet teatrının baş rejissoru, əməkdar incəsənət xadimi
Hafiz Quliyev və əməkdar rəssam Tahir Tahirov Çinə
dəvət olunub, onların səyləri nəticəsində “Arşın
mal alan” operettasına sırf Azərbaycan milli rəngarəngliyi verilib, səhnə dizaynı təkmilləşdirilib. H.Quliyevin quruluşu
əsasında səhnələşdirilən
operetta 2 akt və 4 pərdədən ibarət
olub. Məlumatda
bildirilir ki, Çin Milli Operası “Arşın mal
alan” operettasını
ilk dəfə 1959-cu ilin
iyun ayında nümayiş etdirib.
525-ci qəzet.- 2010.- 30 noyabr.- S.7.