“Ədəbi-bədii düşüncənin sərhədləri” işıq üzü görüb

 

Tanınmış ədəbiyyatşünas alim, dəyərli publisist Şirindil AlışanlınınƏdəbi-bədii düşüncənin sərhədləriadlı kitabı nəşr olunub. Kitaba XX əsr ədəbiyyatının dövrləşdirilməsi, yenidən dəyərləndirilməsi, eləcə poeziyanın nəsrin bədii təkamülü ilə bağlı maraqlı tədqiqatlar daxil edilib. “XX əsr Azərbaycan ədəbiyyatı: Tarixi dövrləşdirilmənin nəzəri-metodoloji aspektləribaşlıqlı yazıda müəllif XXI əsrin astanasında milli ədəbi dəyərlərin mənəvi sərvətlər kontekstində qiymətləndirilməsinin yeni elmi, ictimai-siyasi ədəbi-mədəni reallıqlarının yarandığını diqqətə çatdırıb. Tarix boyu müxtəlif məzmunda ortaya çıxan qloballaşma səciyyəli hadisələr zamanı lokal qlobal mədəni amillərin mövcud olduğunu qeyd edib. Topluda yer alan maraqlı tədqiqatlardan biri “XX əsr poeziyasının müasir dərkindəƏdəbi mifamili” dir. Ş.Alışanlı XX əsr Azərbaycan poeziyasını onu təmsil edən şəxsiyyətlərin yenidən dəyərləndirilməsində tarixi təcrübənin bir amilinin ədəbi mif”, “klassik ədəbi şəxsiyyətprobleminin olduğunu vurğulayıb. Müəllif yazıda bildirir ki, hər bir xalqın tarixi, onun əsrlər boyu yaratdığı obrazlarınşəxsiyyətlərin tarixidir.Lirik şeirin imkanları”, “Poeziya: Axtarışlar tapıntılar”, “Poema: Janrın poetik sərhədləri”, “Təbiətin poetik obrazı”, “Sözün bədii çalarları”, “İşıqlı poeziyabaşlıqlı məqalərdə müəllif son illərin lirikasında müasir mənəvi-əxlaqi problemlərin ifadəsində tarixi-mədəni keçmişin poetik şərhini verib poetik fikir, konkret şeir başlıqlarındakı həmahənglikdən, poeziyamızın inkişaf mərhələlərindən, müasir poema janrının quruluşundakı yeniləşmədən söhbət açıb bu sahədəki maraqlı düşüncələrini bölüşüb. Ş.Alışanlı O.SarıvəllininGətir oğlum, gətir”, ŞəhriyarınHeydərbabaya salampoemaları ilə bağlı maraq doğuran mülahizələr açıqlayıb. Müəllifin qələmə aldığıİran İslam Respublikasında Şəhriyar günləri”, “Qaçqınlıqdan hara qaçaq”, “Bir görüşün tarixçəsi”, “Dəlidağın qardaşı”, “Ötən əsrin bədii salnaməsi”, “Xalqa sənətə məhəbbətlə”, “Milli tarixi ənənələr müasir ədəbiyyatda şəxsiyyət problemləribaşlıqlı məqalələrində diqqətəlayiq məqamlar öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 30 noyabr.- S.7.