“Əlavə təsir” bədii filminə ilk baxış keçirilib
Heydər Əliyev Sarayında Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının
istehsalı olan “Əlavə təsir” bədii
filminə ilk baxış olub.
APA-nın məlumatına görə, film
Azərbaycan polisinin xidməti fəaliyyətinə
həsr edilib. Daxili
işlər orqanlarının əməkdaşları filmin ilk
tamaşaçıları olublar. Təqdimat
mərasimində mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev
və daxili işlər naziri
Ramil Usubov
çıxış edərək, yaradıcı heyəti təbrik
ediblər. Filmin quruluşçu
rejissoru Elxan Cəfərov,
ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu
operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı
Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadədir. Filmdə aktyorlar Əbdülqəni Əliyev, Kənan Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və
başqaları çəkiliblər.
525-ci qəzet.- 2010.- 30 noyabr.-
S.7.