O GÜNLƏR... VƏ YA
POEZİYA AXŞAMLARI
70-ci illərin sonu – 80-cı illərin əvvəlləri
idi. Əslində, Sovet İttifaqının da sonuna az
qalmışdı, ancaq o sonluğun sürətini, yəqin ki, kimsə təsəvvürünə gətirə
bilməzdi.
O zaman Yazıçılar İttifaqının gözəl bir ənənəsi var idi: Bakıda poeziya axşamları keçirilirdi. Yazıçılar, şairlər, publisistlər, tərcüməçilər, ümumiyyətlə, şəhərin ədəbi ictimaiyyəti Bakının ən gözəl, xudmani bağlarından biri olan Sabir bağına və yaxud mərkəzin ən gurultulu, insanlarla aşıb-daşan Füzuli meydanına yığışırdı, aktyorlar klassiklərin əsərlərini səsləndirirdi, şairlər öz şeirlərini oxuyurdu.
Atam məni və bacım Humayı tez-tez bu poeziya axşamlarına (əslində, poeziya bayramlarına) aparırdı və demək olar ki, mənim Azərbayjan poeziyasının böyük nümayəndələri Nizami, Xaqani, Nəsimi, Füzuli, Vaqif, Seyid Əzim, Natəvan, Sabir, Hadi və başqaları ilə tanışlığım buradan başlamışdı...
O poeziya axşamlarının öz spesifik auditoriyası var idi və bu auditoriya, belə demək olarsa, öz mikroiqlimini yaratmışdı. Bu iqlim – son dərədə səmimi və sıcaq poeziya atmosferi idi, romantik, lirik hisslərin, eyni zamanda, milli koloritin, dərin psixoloci fikirlərin, əsl sənətkarlara xas olan azadlıq və bəlkə də dəliqanlılıq ifadələrinin qarışığı idi...
Dediyim kimi, böyük şairlərimizlə tanışlığım burada başlamışdır və mən onların şeirlərinə qulaq asarkən, müasir şairlərimizin, tənqidçilərimizin onlar haqqında fikirlərini dinlərkən, onların heykəllərini seyr edirdim və elə bil, onlar janlanırdı, yavaş-yavaş nəfəs almağa başlayırdı, onların üz ifadələri dəyişirdi, gözləri bizi görürdü və mənim aləmimdə bütün bunlar arasında bir harmoniya, bir uyğunluq var idi və elə bil, həyatın axarının əksinə, şeirlər onlara – bu soyuq daşlara – həyat verirdi...
O zaman mən hələ anlamırdım ki, tarixi hadisələrin, o dövrün zəngin mədəni-ədəbi həyatının bir hissəsinin şahidi oluram.
Əslində, mən hələ başa düşmürdüm ki, böyük sənətkarlarımızla yanaşı, o dövrün, hətta gələjək dövrlərin görkəmli şairləri Süleyman Rüstəm, Rəsul Rza, Mirvarid Dilbazi, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Hüseyn Arif, Qabil, Söhrab Tahir, Qasım Qasımzadə, Məmməd Araz, Jabir Novruz, Hökumə Billuri, Nəbi Xəzri, Nəriman Həsənzadə, Tofiq Bayram, Xəlil Rza, Famil Mehdi, Hüseyn Kürdoğlu, Fikrət Qoca, Fikrət Sadıq, İlyas Tapdıq, İsa İsmayılzadə, Rəfiq Zəka, Arif Abdullazadə, Məmməd Aslan və başqaları ilə tanış oluram, onların təkrarolunmaz səslərini, ifa tərzlərini janlı görmək və duymaq mənə nəsib olur...
Bu insanların çoxu babam İlyas Əfəndiyevin, o biri babam Teymur Elçinin, atam Elçinin dostları, tanışları idi, çoxu bizim evə gəlib-gedən, həmişə mənimlə mehriban görüşən adamlar idi, anjaq o poeziya axşamlarında onlar mənim uşaq təsəvvürümdə dəyişib başqalaşırdılar – onlar Şair olurdular...
O zaman gənj şairlər “qvardiyasında” olan Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Vaqif Bayatlı Önər (o zaman Vaqif Jəbrayılzadə idi), Tahir Aslanlı, Maarif Soltan da, yadıma gəlir, o heykəllərin altında öz şeirlərini oxuyurdular.
Sonra yazıçıların Şüvəlandakı Yaradıcılıq Evinin unudulmaz yay günləri başladı.
Və buranın
da öz aurası var idi...
Yaradıcılıq Evinin həyətinin ortasında
sıx şam ağajları ilə hər tərəfdən əhatə olunan kiçik bir alleya var idi.
Ora hər zaman kölgə idi, çünki ağacların budaqları,
yarpaqları əlçatmaz
yüksəklərdə, göylərdə,
elə bil, yay günəşinin yandırıcı şüalarına
qarşı birləşmişdilər.
Alleya Yaradıcılıq
Evində dincəlməyə,
əslində isə işləməyə gəlmiş
yazıçıların – Ənvər Məmmədxanlı,
Abbas Zamanov, Mədinə Gülgün
və Balaş Azəroğlu, İshaq İbrahimov, Hüseyn Abbaszadə, Əzizə Jəfərzadə, Arif Abdullazadə, Hidayət Orucov, Vaqif Cəbrayılzadə,
Maarif Soltan və başqalarının
ən çox sevdikləri yer idi və kimi
o alleyadakı skamyalarda
oturub (indiki kimi gözümün qabağındadır) şahmat
(ən çox da atam ilə
Ənvər Məmmədxanlı),
kimi də nərd oynayırdı, kimi eynəyini taxıb diqqətlə təzə qəzetləri
oxuyurdu (ən çox da unudulmaz
Abbas Zamanov), kimi əlində təsbeh tək, kimi də kiminsə
qoluna girib söhbət edə-edə
tələsmədən alleyanın
bir başından o biri başına gəzişirdi.
Mən bütün
bunları ona görə yada salıram ki, mənim uşaq təsəvvürümdə Şüvəlandakı
Yaradıcılıq Evinin
ab-havası ilə o poeziya axşamları arasında bir doğmalıq var idi, onlar bir-birinin
davamı idi...
Sonra Qarabağ
hadisələri başladı
və qaçqınlarımız,
məjburi köçkünlərimiz
– doğma yurd-yuvalarından,
ata-baba torpaqlarından
qopub gəlməyə
məjbur olmuş bu günahsız və talesiz insanlar Şüvəlan Yaradıcılıq Evinin
sakinləri oldu...
Və o günlər,
yazıçılar aləminin
ayrılmaz bir hissəsi artıq tarixdə qaldı...
Həyatın növbəti
səhifəsi qapanaraq
keçdi keçmişə...
Bizim yay günlərimiz əsasən
Zuğulba bağında
davam etdi...
Və qəribədir,
əslində burada yazıçılar yox idi, şairlər şeir oxumurdu, lakin, elə bil ki, İlyas
Əfəndiyev öz
şəxsiyyəti ilə,
söhbətləri, xatirələri
ilə o poeziya axşamlarının ab-havasını
gətirirdi. O, öz qələm dostları haqqında xatirələr
söyləyir, həqiqətən
baş verən gülməli faktları, məzəli əhvalatları,
zarafatları danışırdı
və danışdıqja
da, gözləri başlayırdı parıldamağa,
elə bil, özü o anlara qayıdır, yenidən o
günlərin iştirakçısı
olurdu...
Mən İlyas
Əfəndiyev haqqında
bu şeirləri oxuyarkən, onları bir-bir bu kitaba
daxil edərkən o günləri, o poeziya axşamlarını xatırladım...
Həyatda İlyas
Əfəndiyev özü
də çox poetik bir adam
idi.
O, insanların
iç dünyasını
mükəmməl dərəcədə
bilən və qəhrəmanlarına zəngin
hisslər, duyğular,
ehtiraslar yaşadan bir yazıçı idi.
Onun hər bir əsərində bir az əvvəl
bəhs etdiyim poeziyaya və ümumiyyətlə, əsl
sənətə məxsus
olan o dəliqanlılıq,
o söz mərdliyi, eyni zamanda dərinlik
və əlbəttə,
lirika öz yerini tapırdı...
Və yəqin,
elə buna görə də mən bu kitab
vasitəsiylə sizləri
İlyas Əfəndiyevə
həsr olunmuş poeziya axşamına dəvət edirəm...
18 iyun
2010.
B a k ı.
GÜNAY ƏFƏNDİYEVA
525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.19.