Mən “Ölüm növbəsi”ndə

                                                                  

Yaşamağın NİYƏ-sinə malik olan adam

 istənilən NECƏ- tab gətirə bilər...”                                                                                

 

Nitşe 

 

Teatr Xadimləri İttifaqının qaranlıq zalında oturub gözlərini səhnədə qurulmuş ekrana dikən tamaşaçılar artıq səviyyəli hesab etdikləri imzalardan maraqlı qeyri-adi isə gözləyirdilər. Birdən şimşəyin şaqqıltısı yağışın səsi zalı bürüdü... Filmin baş qəhrəmanı Şamil aramsız yağan yağışın altında təpədən dırnağa islanmış, ağır görkəmi ilə ekranda göründü. Sanki ruhunu yuyan yağış artıq məkana yox, yalnız onun üstünə yağırdı...

İnsanın həyat ölüm sorunu yüz illərlə mütəfəkkirlərin fikrini özünə cəlb etmişdir. Həyat ölümün fəlsəfi tərəflərini aşkar etməyə çalışan filosoflar bunlar arasındakı sərhədi müəyyənləşdirməyə çalışmışlar. Bu günlərdə kinosevərlərə təqdim olunmuşÖlüm növbəsifilmi yüzillərlə dünyanın bir çox zəka sahiblərini düşündürən bu sərhəddi tamaşaçıya göstərməyə çalışdı.

Elə ilk kadrlardan filmdən danışmağın asan olmayacağını anladım...Yerimi rahatlayıb özümü filmin çəkildiyi məkanda hiss etməyə çalışdım. Bu heç çətin olmadı. Bütün uşaqlığımı keçirdiyim Abşeronun kəhrəba rəngli qumu üstündə gəzişmək, günəşin batmasına, yağışın yağmasına, dəniz kənarındakı qayalıqlara tamaşa etmək, uşaqlıqda bu qayalardan birinə çevrilib dənizlə həmişəlik qovuşmaq, onun dalğalarını bərk-bərk qucaqlamaq, yosunlarına bürünmək, yaxud da qağayıya çevrilib ölümümə 4 saat qalmış bundan xəbərdar olmaq, dənizin dərinliyinə doğru uçmaq kimi sadəlövh arzularımı xatırlamaq tamam ayrı zövq verirdi.

Əsasən Bakının Buzovna kəndində çəkilən bu filmin ən başlıca özəlliyi Azərbaycan kinomatoqrafiyasında ilk Fantosmaqorik tragikomediya olmasıdır. Fantosmaqoriya sözü Yunan mənşəlidir. Phantasmaxəyal, ruh, agoreuodanışıram, çıxış edirəm mənasındadır. Fantastik janrın bir qolu olub qeyri-real, bir qədər sərsəm fantaziyalardan bəhs edən, möcüzəvi görüntülər təsvir edən, abstrakt rəssamlıqla səsləşən bir janrdır. Dünyaya XVII-XVIII əsrlərdən tanış olan bu janr bizim kinomatoqrafiyaya hələ indi, yəniÖlüm növbəsiilə gəldi. Bu filmdə reallıqla irreallıq, gerçəkliklə yuxunun sərhədində gəzişmələr çox ustalıqla işlənmişdir.

Film dövlət sifarişi iləSınaq-film” prodüser mərkəzində çəkilmişdir. Baş rejissoru Fikrət Əliyev, ssenari müəllifi İlqar Fəhmi, baş rolların ifaçılarıŞamil Süleymanov, Abbas Qəhrəmanov, Aytac Nuri, Mirkamil Kamilov, Cahangir Zeynalov, Gülər Nəbiyeva, Qorxmaz Əlili-canzadədir.

Filmin baş qəhrəmanı Şamil iki ildir ki letargiya yuxusundadır. Tarixdə letargiya yuxusu ilə bağlı xeyli faktlar bunları yarı gerçək, yarı fantastik əks etdirən əsərlər olsa da, bizim üçün bu yeni bir mövzudur. Amma ən başlıcası bu mövzuya da bir qədər milli yanaşmanın olması çox xoş idi. Çünki, məsələn tarixə nəzər salsaq, letargiya yuxusuna gedən adamlar olub ki, onların öldüyünü zənn edərək dəfn ediblər. XIV əsrin məşhur italyan şairi Françesko Petrarkanın bu sahədə bəxti gətirib. 40 yaşında ağır xəstəliyə tutulmuş şair bir dəfə huşunu itirir onu ölmüş hesab edirlər. Xoşbəxtlikdən həmin dövrün qaydalarına görə ölünü yalnız bir sutkadan sonra dəfn etmək olarmış. Petrarka düz qəbrinin yanında ayılır bundan sonra 30 il yaşayır. Tarixdə belə faktlar yüzlərlədir. Böyük rus şairi Qoqolun isə letargiya yuxusu daha acınacaqlı nəticə verib. Sevdiyi qadın Yekaterina Xomyakovanın ölümündən sarsılmış şairÖlü canlarəsərinin II hissəsini yandırır, yatağa uzanıb letargiya yuxusuna gedir. O zaman onun bu vəziyyətini ölüm hesab edib dəfn edirlər. Bolşeviklər 1931-ci ildə Danilov Monastrının qəbiristanlığını köçürmək qərarı verirlər. Qoqolun qəbrini açanda bu hadisənin iştirakçıları dəhşətə gəlirlər: Kəllə sümüyü sağa çevrilmiş, tabutun materiyası isə cırılmışdı...

Bu faktlar Avropalıların ölümü daha rahat qəbul etməsi, “ölü”dən tezyaxa qurtarmaqprinsiplərinin olmasını göstərir. Amma ssenaristin eyni mövzunu bu filmə mentalitetimizə uyğun formada gətirməsi olduqca maraqlıdır. Yəni, iki il yatan adamın hərəkətsiz, faydasız varlığından bütün ətrafındakıların, xüsusən həyat yoldaşının xoşbəxt olması onunadi bir daş yonanın yuxudan ayılmasını bütün kəndin bayram etməsi...

Yuxudan ayılan kimi Allahın seçilmişi olduğunu anlayan, insanların əsl simalarından, sözləri ilə heç uyğun gəlməyən əməllərindən xəbərdar olan Şamil bu cür yaşamağın ağırlığını dərk edir. Allahdan adi olmağı arzulayır. Burada da paradoks insanı təəccübləndirir. Bütün zamanlarda qeyri-adi olmağa, seçilməyə çalışan insan övladı ona verilmiş ən kiçik bir ilahi funksiyanın da ağırlığına tab gətirə bilmir.

Filmə xüsusi rəng, dad, duz qatan həm bütün hadisələrin bir qədər yumoristik janrda verilməsidir. İlqar Fəhmi öz oxucularını öyrəşdirdiyi çox incə Bakı yumorunu bu ssenaridən əsirgəməyib. Estetik söz oyunları tamaşaçını qədər güldürürdüsə, əminəm ki, bir o qədər düşündürürdü.

Ölüm növbəsi”ndə Əzrailin balaca uşaq simasında verilməsinə yazıçının tapıntısı demək olar. Çünki həmişə filmlərdə qorxunc, qara geyimli, əlində dəryazla görməyə öyrəşdiyimiz Əzraili bu filmdə balaca, mehriban, şıltaq uşaq simasında görəndə adamda bir yüngüllük yaranır. Sanki bu balaca Əzrailə konfet verib başını aldatmaqla ömürü bir az da uzatmağın mümkünlüyünü təsəvvür edirsən. Amma, sözün düzü, bu bir az da qorxuludur. . .

Yuxusuna həmin balaca Əzrail girmiş dəlləyin inəyin ayağına düşüb yalvarmasına zalın alqış gülüş sədalarını eşidəndə, bir anlıq bu tamaşaçıların hindistanlı olduqları halda necə reaksiya verə biləcəklərini düşündüm. İnəyi ilahiləşdirmiş hindistanlı üçün yəqin bu səhnə ən təsirli olardı... Bax budur filmin ən böyük xidməti: məhz bizi güldürməsi, bizi düşündürməsi, bizi kövrəltməsi. Avropa isə onsuz da bizi olduğumuz kimi anlayan deyil...

... , Avropa dedim yenə yadıma milli mentalitetimiz düşdü. Filmdə əsas yerlərdən birini tutan məhəbbət xətti sırf millimənəvi dəyərlərimizə uyğun şəkildə verilmişdi. Uşaqlıqdan sevgiləri özləri ilə bərabər böyümüş iki gənc bütün çətinlik maneələrə baxmayaraq birlikdədirlər. Sevginin ilk qığılcımı ifadəsi balaca bir oğlanın qıza ağacdan iki nar qırıb verməsi idisə, illər sonra bu sevginin ən gözəl ifadəsi qəhrəmanların görüşlərini susaraq keçirmələridir. Ən axırda da şəraitin onlara yox, onların şəraitə qalib gəlməsi, əl-ələ verib əbədi, ruhani olaraq birləşmələri ideal sonluq idi...

isə... Bir axşamımı bu filmin sayəsində olduqca maraqlı keçirdim. Film balaca Əzrailin gülüş sədaları ilə bitdi sual dolu baxışlar İlqar Fəhmiyə tuşlandı. Bəziləri emosiyalarını saxlamayıb xeyli suallar da verirdilər. Amma nəticə tamaşaçının öz ixtiyarına buraxılmışdı. . . Necə deyərlər, kim necə bacarır, o cür başa düşsün!

Filmdən aldıqlarımın təsiri altında evə çatırdım... Birdən zaldan çıxanda yanımdakılarla sağollaşmamağım yadıma düşdü... Necə etikasızlıq etmişəmdeyə düşündüm. Gərək zəng edib üzrxahlığımı bildirim. Amma, sonra yadıma düşür: Axı, mən heç o zalda olmamışam... Mən bayaqdan yağışın altında təpədən dırnağa islansam da, bundan zövq almışam, 75 yaşlı kişinin diş çıxarmasına sevinən kənd camaatına qoşulub oynamışam, bardaş qurub balaca Əzrailin tütək çalmasını dinləmişəm, ayaqlarımı Xəzərin sularında isladıb, şappıdadmışam ən nəhayət mən Novxanı qəbiristanlığında Ölüm Növbəsində dayanmışam... Gərək zamanını Şamildən soruşaydım...

 

 

 PƏRVİN

 

525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.16.