“Mənim Şuşam” – istedadın və vətənpərvərliyin təntənəsi

 

Əsl peşəkarişi ilə zamanın tələbinə cavab verə biləndir. Vəzifəsindən asılı olmayaraq peşəkar insan yaradıcılığı ilə təmsil etdiyi xalqın mədəniyyəti incəsənətinin inkişafında fəal iştirak etməlidir. Yaradıcılığının ilkin mərhələlərini yaşayan gənc rəssam Həlimə Ələsgərovanın əl işləri bunları deməyə əsas verir. Gənc olmasına baxmayaraq o, artıq bir sıra əhəmiyyətli uğurlara imza atıb.

Ələsgərova Həlimə Namiq qızı 1987-ci ildə Bakıda anadan olub. Böyüyüb baş çatdığı həkim musiqiçi ailəsində elm incəsənətin qəribə bir vəhdəti hökm sürür. Valideynləri ailədə ədəbiyyata teatra, musiqiyə rəssamlığa hörmət ab-havası yaradaraq övladlarını əsl ziyalıya məxsus mühitdə böyütmüş, onların sənət seçiminə hörmətlə yanaşıb, istedad qabiliyyətlərinin inkişafına dəstək veriblər.

Kiçik yaşlarından rənglər fırçaya olan marağı Həliməni T.İsmayılov adına Uşaq-Gənclər sarayının rəssamlıq dərnəyinə gətirir. Elə həmin ildə 10 yaşlı rəssamın ilk uğuruUşaqlar müharibə əleyhinəişi dünya kataloquna daxil edilir.

2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına dizayner-rəssam ixtisası fakültəsinə daxil olaraq nəzəri bilikləri yaradıcılıq işlərində kamilləşir.

İlk fərdi sərgisi 2003-cü ildə keçirilən H.Ələsgərovanın növbəti – 30-a qədər əsərdən ibarətMənim Şuşamadlı sərgisi bugünlərdə Səttar Bəhlulzadə adına salonda Vaşinqtondakı Qarabağ Fondunun təşkilatçılığı gerçəkləşib. Mərasimi giriş sözü ilə açan Avropa MDB ölkələri üzrə Qarabağ Fondunun nümayəndəsi Tural Kərimli fondun yaranması, qarşıda duran məqsədlər fondun həyata keçirəcəyi layihələr haqqında danışıb: “Qarabağ Fondu 2009-cu il noyabr ayından fəaliyyətə başlayıb. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi bütünlüklə Qafqazı tərənnüm təbliğ etməkdən ibarətdir. Bunun üçün fond müxtəlif sərgilər, forumlar proqramlar həyata keçirir. Bugünkü sərgi fondun həyata keçirdiyi proqramlar sırasına daxildir. Bu sərginin davamı olaraqMənim Qarabağımsilsiləsindən Həlimə Ələsgərovanın yağlı boya ilə işlənmişQarabağ mənzərələri”nin Smithsontan muzeyində sərgisi (14 noyabr) təşkil olunacaq. John Hopkins Universitetində tələbə alimlər üçün Fondun Üzeyir Hacıbəyli Natəvan adına qrant proqramlarının təqdimatı keçiriləcək. Bundan başqa, fond tərəfindən Vaşinqton şəhərinin “Studio Gallery” sərgi salonunda Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillər əsasındaMənim Qarabağımfotosərgisi keçiriləcək. 2011-ci ilin mart ayında VaşinqtondaAzərbaycan mədəniyyəti ayıelan olunması Novruz festivalının təşkili fondun həyata keçirəcəyi tədbirlər silsiləsindəndir”. T.Kərimli sərgi haqqında da fikirlərini bölüşdü. Fondun Azərbaycanda ilk tədbirinin məhz bu sərgi olduğunu dilə gətirən nümayəndə bunun Qarabağın təbliğində böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Gənclər idman nazirinin müavini İntiqam Babayev gənc rəssamın yaradıcılığından söz açıb: “Bizim ümumi dərdimiz olan Qarabağ bu gün sərginin aparıcı xəttidir. Həlimə Ələsgərovanın bu sərgisi bir təbliğat rolunu oynayır. Çünki bu sərginin davamı Amerika digər xarici ölkələrdə keçiriləcək. Rəsm üçün artıq sözə, şərhə ehtiyac yoxdur. Peşəkar rəssamın əl işi artıq tamaşaçısına hər şeyi deyir”.

Sərgiyə baxarkən Həliməyə ilk sualım bu oldu: “Sən Şuşanı görmüsənmi?” O isə: “Xeyr, görməmişəm, atam evdə o qədər Qarabağdan, Şuşadan danışıb ki mən düşüncələrimdə canlandırdığım Şuşanı tablolara köçürmüşəmcavabını verərək Şuşanın gəzməli-görməli yerlərini, abidələrinin yerləşdiyi məkanları olduğu kimi nəql etməyə başladı. Amma mən Şuşanı görmüşəm. Həlimə mənim yaddaşımda olan Şuşanı olduğu kimi canlandırıb. Bu rəsmlər bir qızın Vətəninə böyük sevgisi ilə çəkilmiş şəkilləridir. Şuşanı bu qədər sevən sahiblənən gənclərimiz qədər çox olsa, Şuşanın azadlığına bir addım da yaxın olacağıq. Bu tədbirin davamı olaraq müxtəlif ölkələrdə keçirilən sərgilərdə Azərbaycan dilini bilməyən insanların bir gənc qızın qəlbindən fırçasına süzülüb gələn qəlb yanğısını duyacaqlar. Bundan başqa müxtəlif ölkələrin nümayəndələri Azərbaycan həqiqətlərinə bələd olmaqla yanaşı, potensial baxımdan ölkəmizin yaradıcı gəncləri haqqında müəyyən təsəvvürlər əldə edəcəklər. Mən Həlimənin valideynlərinə təşəkkür edirəm. Hər bir ailədə vətənə, doğma torpağa məhəbbət belə aşılanmalıdır”. Bu fikirləri isə mərasimdə millət vəkili Qənirə Paşayeva səsləndirib.

İrəliİctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxışında sərgidə yer alan tablolar barədə fikirlərini bildirərək, gənc rəssama yaradıcılıq uğurları arzulayıb.

Gənc rəssam Həlimə Ələsgərova sərgi haqqında fikirlərini bölüşdü: “Bu mənim sayca ikinci sərgimdir. Birincidən fərqli olaraq bu sərgi sırf Şuşaya həsr olunub. Mən Şuşanı görməmişəm. Burada qərarlaşan tablolar mənim fantaziyamın məhsullarıdır. İnanıram ki, belə sərgim Şuşada da keçiriləcək mən o dilbər guşələri olduğu kimi çəkəcəyəm”.

Artıq ikinci onillikdir ki, biz Qarabağdan uzağıq. Bu sərgi onu göstərir ki, Qarabağ yaddaşlardadır, gənc rəssam o gözəl torpağı görməyib, valideynlərinin verdiyi məlumatlara əsaslanaraq bu əsrarəngiz məkanları yaşadıb. Bu tədbirlər bizim Qarabağa dönməyimizə stimul verir. Həlimə Ələsgərova hamımızın ümidlərini tablolara köçürüb. Salondakı əl işlərinə baxdıqca öz çiçəkləyən arzularımı görürəm”. Bu fikirləri sərgidə iştirak edən Vahid Qazi səsləndirib.

Sərgidə yer alan əsərlər Azərbaycanın bir çox tarixi hadisələrinə şahidlik edən, özündə neçə-neçə görkəmli şəxsiyyətin izini yaşadan Qarabağa həsr olunub. Azərbaycanın dilbər guşəsi olan Şuşanın əsrarəngiz gözəlliyi əlvan boyalarla göz oxşayır. Tablolarda bu gün işğal altında olan ərazilərimizin tezliklə əvvəlki həyatına dönəcəyinə optimist baxış duyulur.

Hər bir sənət əsəri əslində insan varlığına gərəkli ola biləcək mənəvi qidanın ayrılmaz hissəsidir. Həlimə Ələsgərovanın izləyicisini cuşa gətirən əsərləri yetərincədir. Bu da tamaşaçıların davamlı olaraq sərgi salonlarında onun əl işlərini axtarmasına şərait yaradır.

Qeyd edək ki, H.Ələsgərova 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinin üzvüdür.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 2 oktyabr.- S.14.