“Azərbaycan Qərb ilə Şərq arasında”

 

Kiyevdə Rusiyanın tanınmış jurnalist publisisti Yuri SiqovunAzərbaycan Qərb ilə Şərq arasındakitabının Ukrayna dilində nəşrinin təqdimatı olub. Kitab Uukrayna dilinə tərcümə edilərək Xarkovdakı “Fort” nəşriyyatında çap olunub. Kitabda müəllifin Azərbaycanda şəhər kənd sakinləri ilə, işgüzar adamlarla, öz vətənlərinin daha yaxşı daha zəngin olması üçün səylərini birləşdirmiş müxtəlif millətlərin dini konfessiyaların nümayəndələri ilə çoxsaylı görüşlərindən bəhs edilir. Bundan başqa ərsəyə gələn nəşrdə Azərbaycanın neft sərvətlərinin mənimsənilməsi tarixi, qlobal enerji layihələrinin həyata keçirilməsi onların regionda geosiyasi vəziyyətə təsiri barədə olduqca maraqlı yeni informasiyalar qərarlaşıb. Kitabda Azərbaycanın zəngin mədəniyyətinə incəsənətinə, milli mətbəxinə önəmli yer verilib. Bu nəşr yüksək poliqrafik keyfiyyətləri ilə fərqlənir. Kitab fotoşəkillərlə zəngin illüstrasiya edilib. Kitabın təqdimat mərasimi Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzi Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev bölməsi tərəfindən təşkil olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 5 oktyabr.- S.7.