Cizgi filmləri üçün ssenari müsabiqəsi elan olunub

 

Mədəniyyət Turizm Nazirliyi uşaqlar üçün yüksək səviyyəli cizgi filmləri yaratmaq, kino dramaturgiyasının bu növünə yeni qüvvələr cəlb etmək məqsədilə oktyabrın 1-dən dekabrın 15-dək uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin əsas şərtissenarilərin uşaqlar üçün maraqlı olmaqla milli motivlər Azərbaycan xalqına məxsus mənəvi-əxlaqi dəyərlər üzərində qərarlaşmasıdır. Birinci yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə çəkiləcək. Müsabiqənin reqlamentinə görə 2 ikinci 3 üçüncü yeri qazanmış müəlliflərin hər birinə müvafiq olaraq 500 300 manat mükafat veriləcək. Müsabiqəyə təqdim olunan ssenarilər 10 dəqiqəlik cizgi filmi üçün nəzərdə tutulmalı, ssenarinin həcmi 14 ölçülü “Arial” şrifti ilə üç səhifəyə qədər olmalıdır. Qeyd edək ki, qaliblərin adları dekabrın 28-dək açıqlanacaq.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 6 oktyabr.- S.7.