Qara qağayı” Dövlət Film Fonduna təqdim edilib

 

Azərbaycanın görkəmli kino aktyoru rejissoru Ceyhun Mirzəyevin baş rolunu canlandırdığıQara qağayıfilmi uzun axtarışlardan sonra Dövlət Film Fonduna təqdim olunub. Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, 1962-ci ildə çəkilmiş “Qara qağayı” filmi Georgiy Koltunov tərəfindən çəkilib. Bu filmi Dövlət Film Fonduna rəssam Vüqar Əli təqdim edib. Ceyhun Mirzəyevin filmdə 12 yaşında olduğu bildirilib. C.Quliyev onu da bildirib ki, Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor, professor, Musa Bağırov öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib. Çox tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. M.Bağırov uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub

 

 

525-ci qəzet.- 2010.- 6 oktyabr.- S.7.