Cavad xanfilminin yaradıcı heyəti Macarıstana səfər edib

 

Azərbaycanın Macarıstandakı səfirliyi, Mədəniyyət Turizm Nazirliyi Ulusfilmprodüser mərkəzinin təşkilatçılığı iləCavad xanfilmi bu gün Budapeştin mərkəzi kinoteatrında göstəriləcək. Nümayişlə əlaqədar olaraq, Macarıstana filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, Cavad xan obrazının ifaçısı xalq artisti Nurəddin Mehdixanlı Ulusfilmprodüser mərkəzinin rəhbəri Gəray Əlibəyov gedib. Filmin quruluşçu rejissoru Rövşən Almuradlı isə yenicə əməliyyat olunduğuna görə səfərdə iştirak edə bilməyib. Hazırda Budapeştdə olan Gəray Əlibəyovun Lent.az-a verdiyi məlumata görə, Azərbaycanın Macarıstandakı səlahiyyətli səfiri Vilayət Quliyev oktyabrın 4-də yerli televiziya mətbuat nümayəndələrinin iştirakı ilə qonaqları səfirlikdə qəbul edib. Səfir iki dövlət arasında mədəni dostluq münasibətlərindən söhbət açaraq, bu əlaqələrin daha da genişlənəcəyini, inkişaf edəcəyini söyləyib. Xalq şairi Sabir Rüstəmxanlı xalq artisti Nurəddin Mehdixanlı mərkəzi televiziya mətbuat nümayəndələrinəCavad xanfilmi barədə müsahibələr veriblər. Tədbirin sonundaDunamərkəzi televiziya kanalının rejissoru Voka Sabo qonaqlara səfir Vilayət Quliyevə bu görüşə görə öz minnətdarlığını bildirib. Günün sonunda isə V.Quliyev bütün səfirlik işçilərini bir araya toplayaraq görüləcək tədbirlər planını qonaqlarla birgə müzakirə edib. G.Əlibəyov onu da vurğulayıb ki, tərcümə işlərini Macarıstanda çox tanınan türkşünas Qal Timea həyata keçirib.

 

 

525-ci qəzet.- 2010.- 6 oktyabr.- S.7