Kölndə beynəlxalq nağıl festivalı keçirilib

 

Hər il sentyabrın 20-dən oktyabrın 3-dək Almaniyanın Şimali-Rayn-Vestfalen əyalətinin Köln şəhərində Mədəniyyətlərarası Həftə (Interkulturelle Woche) keçirilir. Bu çərçivədə təşkil olunan tədbirlərdən biridünya ölkələrinin nağılları festivalıdır. İkigülük festivalda 20 ölkədən nağıllar təqdim edilib, müxtəlif xalqların musiqilərindən nümunələr səsləndirilib. Köln şəhər bələdiyyəsinin təşkil etdiyi və İGNİS Mədəniyyət Mərkəzində keçirilən festivalda beş qitənin mədəniyyəti təmsil olunub və Azərbaycan nağılı da dinləyicilərin diqqətinə çatdırılıb. Tədbirə toplaşanlar Azərbaycanla yanaşı Bolqarıstan, Böyük Britaniya, Finlandiya, İtaliya, Yaponiya, Kanada, Kolumbiya, Meksika, Qvineya, Kamerun, Çexiya, Litva, Ukrayina və digər ölkələrdən olan uşaqeyni zamanda böyüklər üçün də nəsihətlə dolu nağıllar səsləndirilib. Tədbirdə ilk olaraq Azərbaycan nağılı-“Tık-tık xanım” qonaqlara təqdim olunub. Aparıcı Florian Sever Azərbaycan haqqında qısa məlumat verib, sonra iki dildə-Azərbaycan və alman dillərində nağıl oxunub. –“Tık-tık xanim” nağılını alman dilində aktrisa Kristina-Mariya Qreve böyük ustalıqla oxuyub. Sonra Almaniyada yaşayan soydaşımız, Köln Konservatoriyasının dosenti, pianoçu Elnara İsmailova Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun miniatürlərini ifa edib. Azərbaycan nağılı gecəsinin təşkilində Köln şəhər bələdiyyəsinə Alman-Azərbaycan Forumu və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi də dəstək verib.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2010.- 6 oktyabr.- S.5.