Ürəklə çəkən rəssamfilmi təqdim olundu

 

Ötən gün Rusiya Səfirliyində görkəmli rəssam Tahir Salahovun həyat fəaliyyətindən bəhs edən sənədli filmin təqdimatı olub. Çəkilişlərinə may ayından başlanan film “Ürəklə çəkən rəssamadlanır. Ürəklə çəkən rəssamfilmiYaddaşsənədli filmlər studiyasında hazırlanıb. Filmin rejissoru Ziya Şıxlinskidir. Filmin təqdimatı ilə bağlı keçirilən tədbirdə məşhur yazıçılar Anar, Çingiz Abdullayev, Mədəniyyət Turizm Nazirliyinin nümayəndələri, görkəmli rəssam-heykəltəraş Ömər Eldarov başqa qonaqlar iştirak ediblər. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış edərək Tahir Salahovun sənətininin hamı tərəfindən yüksək dəyərləndirildiyini deyib: “Tahir Salahov əfsanəvi sənətkardır. Sənəti onu bəşəriyyətin əvəzolunmazlarından birinə çevirib. Bugün bu tədbirin bizim səfirlikdə keçirilməsi əlamətdar hadisədir. Tahir Salahov həm Rusiya, həm Azərbaycan üçün önəmli şəxsiyyətdir. Bu tədbir həm Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafının bariz nümunəsidir”. O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafında T.Salahovun yaradıcılığının mühüm rol oynadığını söyləyib.

Daha sonra filmin rejissoru Ziya Şıxlinski çıxış edib. Rejissor bildirib ki, Tahir Salahov kimi görkəmli sənətkar barədə film çəkmək həm məsuliyyətli, həm şərəfli bir işdir. Daha sonra sənədli film tədbir iştirakçıları üçün nümayiş olunub. Qara Qarayevin musiqilərindən istifadə edilən filmdə Tahir Salahovun həyatı yaradıcılığından bəhs edən maraqlı fraqmentlər yer alıb. Filmin nümayişindən sonra rəssamın özü çıxış edərək, ekran işinin uğurlu alındığını dilə gətirib: “Lakin bu barədə tamaşaçı qərar versə, daha yaxşıdır”. Tahir Salahov Mədəniyyət Turizm Nazirliyinə, eləcə filmin yaradıcı heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakıda doğulub. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib. 1960-1961-ci illərdə Azərbaycan Rəssamlar İttifaqında məsul katib,1963-74-cü illərdə isə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq kompozisiya kafedrasını idarə edib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutunda, eləcə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib. Sənətkarın fırçasının məhsulları olanSəhər eşelonuRezervuar parkıadlı sənaye peyzajları, “Abşeron qadınlarıAydantabloları məşhurdur. Bəstəkar Dmitri Şostakoviçin rəsmi isə əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılır. Şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretlərinə istər peşəkarlar, istərsə sənətsevərlər tərəfindən yüksək qiymət verilib. Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, tutduğu ustalıq zirvəsindən asılı olmayaraq, bir sadəlik öz əksini tapıb.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2010.- 7 oktyabr.- S.7.