Qubada Yaradıcılıq Günləri
təşkil edilib
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə regionlarda incəsənət ustalarının yaradıcılıq günləri keçirilib. Artıq bir neçə ildir ki, bu layihə davam edir. Adıçəkilən nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində növbəti görüş Qubada gerçəkləşib. Nazirliyin xətti ilə keçirilən “Yaradıcılıq günləri” layihəsi incəsənətin ayrı-ayrı növlərinin təbliğinə, eləcə də sənət adamları ilə əhali arasında yaradıcılıq düşüncələrinin bölüşdürülməsində əvəzsiz rol oynayır. Görüşdə kino, teatr, musiqi və ədəbiyyat sahəsində Azərbaycanın çağdaş sənət adamlarının əldə etdiyi nailiyyətlərdən, eləcə də bu incəsənət növləri üzrə tamaşaçı və dinləyiciləri, oxucuları maraqlandıran məsələlərdən söz açılıb. Görüşdə bu yaxınlarda tamaşaçıların ixtiyarına verilən “40-cı qapı” bədii filmi nümayiş etdirilib. Görüş iştirakçıları həmçinin filmlə bağlı fikirlərini bölüşüblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 7 oktyabr.- S.7.