Çadra və azadlıq

 

İNANMAQ İSTƏRDİM Kİ, BU İKİ ANLAYIŞ ARASINDA BİRBAŞA ASILILIQ YOXDUR, ƏKS HALDA, YƏQİN Kİ, YALNIZ AZADLIĞIN ÖZÜNÜN YOXLUĞUNDAN DANIŞMAQ MƏCBURİYYƏTİNDƏ QALARDIQ

 

 

Son illər cəmiyyətdə qadınların pasport üçün dini inanclara uyğun olaraq başıörtüklü şəkil çəkdirmək imkanlarının məhdudlaşdırılması ilə bağlı problem dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunub. Çox vaxt ali təhsil ocaqlarının tələbələri baş örtüklərini – hicabya çadranı çıxarmaqdan imtina etdikləri üçün dərslərə buraxılmırlar. Bununla əlaqədar olaraq respublikamızın və Avropanın bəzi hüquq-müdafiə təşkilatları hakimiyyətin bu cür mövqeyini insan haqlarının pozulması, hətta, qadınların cəmiyyətin həyatında, dövlət strukturlarında geniş iştirakları yolunda maneə kimi qiymətləndirirlər. Bakının hər bir sakini bilir ki, şəhərimizdə qadın azadlığının rəmzi kimi çadradan xilas olan qadının heykəli var. Sovet dövründə çadranın çıxarılması müsəlman Şərqi qadınlarının azadlığa qədəm qoyması prosesinin tərkib hissəsi kimi qiymətləndirilirdi. Şərqdə, o cümlədən Azərbaycanda qadın azadlığını, demək olar ki, hamı naməlum səbəblərdən müsəlman qadınının üzünün böyük hissəsinin açılması və ya örtülməsi, qadınların cəmiyyət həyatında daha fəal iştirakı ilə əlaqələndirirlər. Əslində, bu heçproblemin mahiyyətini açmır, əksinə, onu olduqca bəsitləşdirir və ümumilikdə Şərq cəmiyyətinin digər xroniki xəstəlikləri ilə bir sıraya qoyur. Axı, məntiq qəti surətdə göstərir ki, azadlığın əsas mərhələsi prosesin mənəvi tərəfi, kobud şəkildə desək, yanlış anlaşılan tarixi ənənələrin, o cümlədən dini ehkamların təsirindən təmizlənməsidir. Güman edirəm ki, şüurun özünün və özgələrin mənəvi-əxlaqi və digər dəyərlərini qəbul edib, sınaqdan keçirməsi üçün, ilk növbədə, onun yuxarı qatlarını təmizləmək lazımdır. Çünki şüur yalnız sadə məlumat ötürücüsü rolunu oynamır. Onun əsas vəzifəsi insanın fikir və əməllərinin, o cümlədən kənardan alınan məlumatın “sınaqdan keçirilməsi, təhlili laboratoriyası” işini yerinə yetirməkdən ibarətdir. Həqiqətdə biz bu cür gizli sınağın nəticələrini yalnız insanların, şüurla birlikdə insanın hərəkətlərini idarə edən, onunla xarici aləm arasında əlaqə yaradan substansiya olan şüur sahiblərinin – fərdlərin hərəkət və davranışlarında görə bilərik. Buna görə də əsas diqqəti baş örtüyüçadra probleminə yönəldərək, bütövlükdə Şərq və xüsusən, Azərbaycan qadınının azadlığını yalnız xarici əlamətlər prizmasından qiymətləndirmək yolverilməzdir. Bu, cəmi-cümlətanı qadın azadlığının hərfi mənada anlaşılmasıdır: yəni, “onu çadradan xilas etdikbununla da qadın azadlığı problemi həll olundu”. Lakin, əslində, heç də belə deyil. Bütün hallarda çadranın çıxarılması ikinci dərəcəlidir, onu heç cür qadın azadlığının, əqidə azadlığının əsas tərkib hissəsi hesab etmək olmaz. Çadranı və bütün digər xariciörtük” əlamətlərini saxlamaqla da azadfikirli və sərbəst olmaqya əksinə, çadra altında qalmaqla hansısa xoşagəlməz hərəkət etmək olar. Çadraya onun olmaması konkret heç nəyə zəmanət vermir. Əsas, qadının şüurunda, onun daxili həssaslığında, sərbəstlik dinamikasında davamlı müsbət dəyişikliyin olmasıdır. İnsanın zamanın mənfi təsirindən xilas olması üçün milli ideologiya, incəsənət və ədəbiyyatdan qiymətli vasitə hələ ki, tapılmayıb. Məlumdur ki, incəsənətin digər növləri kimi ədəbiyyat üçünheç bir sərhəd və ya maneə, o cümlədən rahibə geyimiya müsəlman çadrası yoxdur. Cəmiyyətdə yaradılan süni maneələri dəf edən ədəbiyyatın insanların qəlblərinə sərbəst giriş imkanı varo, ölkə vətəndaşlarının, xalq nümayəndələrinin, o cümlədən qadınların ictimai şüurunun formalaşması ilə birbaşa bağlıdır. Bütün siyasi, o cümlədən konstitusiya tələblərinə uyğun qəbul olunmuş çoxsaylı qanunlar yalnız cəmiyyətdə mövcud olan müsbət dəyişiklikləri tamamlayır və sabitləşdirir, onların sərhədlərini müəyyənləşdirir. Əlbəttə, bu kontekstdə əsas rol artıq cəmiyyəti idarə edən, zərif cinsinbir hissəsi olduğu cəmiyyətdə qarşılıqlı münasibətlərin tənzimlənmə sistemini yaradan siyasi hakimiyyətə məxsusdur. Belə olduğu halda, yalnız siyasi iradə və ölkənin qanunvericilik hakimiyyəti cəmiyyətimizin on illərlə hesablanmış inkişaf sürətini nəzərə almaqla, dövlət qanunlarını real vəziyyətə uyğunlaşdıra bilər. Bu prosesdə insanların əqidələri də az rol oynamır. Adətən, hər şey vətəndaşların mənəvi və maddi vəziyyətini nəzərə almaq şərti ilə edilir. Kütləvi informasiya vasitələrində geniş müzakirə edilən qadın baş örtüyüçadraya dair məsələ yalnız cəmiyyətin ümumi inkişaf planında və qadının rolunun müəyyənləşdirilməsində iştiraka iddia edə bilər. Ölkənin ictimai-siyasi həyatında qadınların öz layiqli yerlərini tutması göstərilən halda baş örtüyünün çıxarılması və ya saxlanılması kimi ikincidərəcəli məqamla heç cür bağlı ola bilməz. Bu problemlə əlaqədar olaraq danışılmış və danışılan hər şey, fikrimcə, yalnız ümumi siyasi oyuna cəlb edilmiş ayrı-ayrı qeyri-kamil siyasətçi və din xadimlərinin müxtəlif siyasi məqsədlərinin tərkib hissəsidir. Lakin, istənilən halda, hər şeyi zaman göstərəcək. Bizim ictimai şüurumuz mənfi və süni qatlardan, keçmişin tozundan təmizlənəcək və o zaman sözügedən problem gündəlikdən çıxarılacaq. O, mütləq layiq olduğu yerdə – Şərq qadınının azad edilmiş şüurunun kölgəsində qalacaq. Azad qadın heykəlinə gəlincə, o, gözəldir və hamının xoşuna gəlir. O, hələ çox duracaq! Bu abidədə hər kəs istədiyini görür. Mən azad Şərq qadınının çadranı çıxarmaq formasına deyil, Azərbaycan qadınlarının şüurunun azad edilməsi rəmzi olan bu abidənin mahiyyətinə baxıram. C.Cabbarlı da məhz bunu nəzərdə tuturdu. O, bir yazıçı kimi insanın qəlbinə, yəni onun simasına deyil, mahiyyətinə baxırdı.

 

 

Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 8 oktyabr.- S.2.