Milli teatr festivalının III mərhələsi başlayır

 

Milli teatr festivalının növbəti mərhələsi oktyabr ayının 11-dən start götürəcək. Dekabrın 10-dək davam edəcək festivalda Bakı Sumqayıt şəhərlərindən 200 nəfərdən ibarət yaradıcı kollektivin iştirakı nəzərdə tutulur. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Festival çərçivəsində Bakı Sumqayıt şəhərlərində Qax Gürcü Dram Teatrı, “YuğTeatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çıxışları planlaşdırılıb. Turp” (rus xalq nağılı əsasında) adlı ilk tamaşa 11 oktyabr, saat 14.00-da Qax Dövlət Kukla Teatrında göstəriləcək. Xatırladaq ki, 2010-cu il fevral ayının 22-də start götürmüş Milli Teatr Festivalının ikinci mərhələsi artıq başa çatıb. Festivalın birinci mərhələsində 6 teatr, ikinci mərhələsində isə 11 teatr iştirak edib. Tamaşalar Bakının müxtəlif teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində göstərilib. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş olunmuşdu.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 8 oktyabr.- S.7.