“Azərbaycan”ın növbəti sayında nələr var?...

 

“Azərbaycan” ədəbi-bədii jurnalının yeni sayı işıq üzü görüb. Topluda xalq yazıçısı Anarın “Nəşədən ələmə” essesinə yer verilib. Yazıda müəllif VidadiVaqifi bir-biri ilə qarşılaşdırıb, onlardan birini nəşə birini ələm adlandırıb: “VidadiVaqif bir-birinin müasiri olan iki şair. Biri-ələm, qəm, qüssə, kədər nəğməkarı, digəri –ömrünün ən yaxşı illərində gözəllik aşiqi, sevinc, nəşə, xoşbəxtlik və işıqlı arzular carçısı.... Bəlkə elə dərd-qəmlə sevincin, şadlığın vəhdətindədir həyatın gizli mənası?! Bu məna nələri ehtiva etmir özündə: dözülməz itkiləri, faciələri, ölümüeyni zamanda, xoşbəxtlik axtarışında keçici, aldadıcı ümid parıltılarını”. Jurnalda nəsr əsərləri sırasında yazıçı-publisist Seyran Səxavətin “Qaçhaqaç” romanı, Kamil Əfsəroğlunun “Nırx” və “Qladiator” hekayələri, Eyvaz Zeynalovun “Tələ” povesti daxil edilib. “Poeziya” bölməsində İnqilab İsaqın, Hacı Ərşad Hacı Bədəllinin, İltifat Salehin, Səkinə İlyasqızının, Sultan Mərzilinin, Qədiməli Əhmədin, Sara Selcanın və Nazilə Gültacın şeirləri öz əksini tapıb. “Xatirələr, duyğular” guşəsində bu dəfə xalq yazıçısı Süleyman Rəhimov xatırlanıb. Nahid Hacızadə “O illərin işığı” başlıqlı yazısında mərhum həmkarı ilə tanışlıq və uzunmüddətli dostluq xatirələrini yazıb: “Süleyman Rəhimovla yarım əsrdən artıq dostluq eləmişəm. Bizim çox görüşlərimiz, unudulmaz söhbətlərimiz olub. O görüşlərin, o illərin işığı həmişə qəlbimdədir, bütün varlığımı isidir”. “Axtarışlar və tapıntılar” bölməsində Xasay Mehdizadə 1938-ci ildə yazıya alınmış “Sarı Aşıq” dastanını təqdim edib. Möhsün Nağısoylunun “XV-XVI əsrlər Azərbaycan tərcümə ədəbiyyatı” yazısı tənqid və ədəbiyyatşünaslıq bölməsində öz əksini tapıb. Yazıda XV yüzilliyin ən dəyərli poetik tərcümə nümunələrindən biri olan “Gülşəni–raz” adlı məsnəvidən söhbət açılıb. Bölmənin digər səhifəsində Yaşar Qasımbəylinin “Poeziyanın paralel planetləri” yazısı da maraq doğurur. Müəllif yazıda dəyərli ədəbiyyat xadimlərindən Rəsu RzaMaqsud Şeyxzadənin yaradıcılıq yollarındakı həmahəngliyi, tipoloji oxşarlıqları, bir insan və sənətkar kimi talelərindəki bənzərlikləri vurğulayıb. “Naməlum abidələrimizdən soraqlar” yazısında XVII əsrdə yaşamış şairlərimiz haqqında məlumatlar verilib. Nəşrin son səhifələrində 2009- 2010- cu illərdə çap olunmuş kitablar barədə məlumat öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 8 oktyabr.- S.7.