“Sonuncu romantik” Filarmoniyada
Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
tanınmış rus
şairi, SSRİ Dövlət
mükafatı laureatı
Andrey Dementyev və beynəlxalq müsabiqələr laureatı,
mahnılar müəllifi,
müğənni Rizvan
Sədirxanovun birgə
yaradıcılıq gecəsi
baş tutub. Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə keçirilən “Sonuncu
romantik” adlı gecədə
tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat
xadimləri iştirak ediblər. Adıçəkilən nazirliyin
mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə
çıxış edən Bakı Musiqi
Akademiyasının rektoru, xalq
artisti Fərhad Bədəlbəyli hər
iki sənətkarın orijinal
yaradıcılıq üslubundan,
özünəməxsus istedadından danışıb.
Gecədə Rizvan Sədirxanovla
yanaşı, səhnəni gənc müğənnilər Əvəz
Abdullayev, Səbinə Əsədova, Nigar Cəbiyeva və Emil Minyaşev bölüşüblər. Sonda Andrey Dementyev
və Rizvan Sədirxanov
yaradıcılıqlarına göstərilən diqqətə
görə mərasim iştirakçılarına minnətdarlıqlarını
bildiriblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 8 oktyabr.- S.7.