Xalq artisti Elxan Əhədzadə dünyasını dəyişib

 

Azərbaycanın xalq artisti, Dövlət Musiqili Komediya Teatrının aktyoru Elxan Əhədzadə 62 yaşında vəfat edib. Mərhumun həyat yoldaşı Səbinə Tofiqqızı APA-ya bildirib ki, Elxan Əhədzadə oktyabrın 8-də səhər 05:30 radələrində dünyasını dəyişib: “Bir aya yaxın idi ki, yataq xəstəsi idi. Mədəsində və onikibarmaq bağırsağında yaradan, eyni zamanda hepatit C-dən əziyyət çəkirdi. Bu xəstəlikdən isə qurtulmaq qeyri-mümkündür. Bu müddət ərzində çox əziyyət çəkdi”. Əhədzadə Elxan Yəhya oğlu 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C.Cabbarlı adına kinostudiyanın “kino aktyorukursunda Adil İsgəndərovun sinfində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. 1972-1977-ci illərdə İncəsənət İnstitutununMusiqili Komediya aktyoru” fakültəsini bitirib, həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışıb. Sonradan bir müddət Rəşid Behbudovun “Mahnı Teatr”ında fəaliyyət göstərib. Bu müddət ərzində o, kinostudiyada “Çətrimiz buludlardır” və “Üzü küləyə” filmlərində baş rollara çəkilib. E.Əhədzadə OperaBalet Teatrının səhnəsində də bir çox yaddaqalan obrazlar yaradıb. O, Musiqili Komediya Teatrında da maraqlı rollar oynayıb. E.Əhədzadə 2006-cı ildə respublikanın xalq artisti fəxri adına layiq görülüb. Mərhumla vida mərasimi evində baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Musiqili Komediya, Akademik Milli Dram Teatrı, OperaBalet Teatrının aktyorları, eləcə də Elxan Əhədzadənin sənət dostları vida mərasiminə qatılıblar. Ailəsi və sənət dostları vidalaşdıqdan sonra xalq artisti E.Əhədzadə Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin!

 

 

525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.16.