Şair Mirbəşir Mirhəşimoğlunun 60 illik yubileyi qeyd edilib

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Mirbəşir Mirhəşimoğlunun 60 illiyinə həsr olunmuş yubiley mərasimi Mirbəşir Mirhəşimoğlu-60” kitabının təqdimatı keçirilib. Kitabda M.Mirhəşimoğlunun son vaxtlar qələmə aldığı şeirlərlə yanaşı, həm onun barəsində dövrü mətbuatda çap olunmuş şeir məqalələr yer alıb. MərasimiƏdəbiyyat qəzeti”nin şöbə müdiri, şair Sərvan Hüseynoğlu açaraq, M.Mirhəşimoğlunun yaradıcılığından, onun şeirlərinin xüsusiyyətlərindən söhbət açıb. Tədbirdə çıxış edən AYB-nin əməkdaşı, şair Ədalət Əsgəroğlu Birliyin sədri, xalq yazıçısı Anarın yubilyara ünvanladığı təbriki diqqətə çatdırıb. Şair Qəşəm Nəcəfzadə M.Mirhəşimoğlunun həm bir şəxsiyyət, həm şair kimi mənəvi zənginliyindən, yaradıcılığının məziyyətlərindən bəhs edib.Öz elində, obasında nüfuzu olmayan insan yaxşı şair ola bilməz. Mirbəşir Mirhəşimoğlu öz elində çox böyük nüfuz qazanmış şəxsiyyət şairdir”. Şair-publisist Mirkazım Seyidov öz çıxışında yubilyarın həyat yaradıcılıq yolunun çoxlarına örnək ola biləcəyini önə çəkib. Daha sonra müəllifin yeni kitabı şeirləri geniş müzakirə olunub. Təqdimat mərasimində şair Dayandur Sevgin, Səxavət Talıblı, Oqtay Rza, Kərəm Kürqıraqlı, tənqidçi Balayar Sadıq, şairə Əzizə Ağahüseynqızı, Zərəngiz Dəmirçiqayalı digər iştirakçılar M.Mirhəşimoğlunun özü şeirləri barədə fikirlərini bölüşüblər.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 9 oktyabr.- S.17.