Kəramət BöyükçölünÇölü çapdan çıxıb

 

Qanun” nəşriyyatında gənc yazar Kəramət BöyükçölünÇöl” romanı çap olunub. Kitabın tanıtım yerində əsər haqqında yazılan annotasiyada bu cümlələr var: “Çöl” romanında min illər boyu bu günümüzə yol gələn insanın psixoloji, bioloji, fiziolojifiloloji təssüratı geniş yer alır. Bu insan təbiətdən, dildən və ruhdan keçib gəlir. İnsanın fantaziyası, düşüncə kompleksi, dil ornamentləri, fiqurları və cizgiləri suyun altında qalmış lil kimi üzə çıxır. Suyun dadı lildə olduğu kimi, dilin də dadı adi məişət qayğıları ilə yaşayan kənd adamlarının danışığındadır. Unudulmaqda olan bəzi qədim türk sözlərinin yeni təfəkkür məxrəci ilə üzə çıxması və onun yenidən dirilməsi anı əsərin əsas ideyasıdır. Doğrudan da adam inanır ki, at çöllərin “A” hərifidir. doğrudan da at çölləri oxuya bilir. Çöllərin genişliyi insan təfəkkürünün böyüklüyüdür. Əşyalarla, sözə qədərki səslə ifadə olunan məna mətnləri yazıçının əsas uğurudur. Əsər müyyən bir dövrü ifadə etmir, insanı göstərir. İnsan vaxt doğulmuşdur, fərqi yox, doğulmuş doğulacaq insanın anlayışı, keçmiş müasir dünya elementləri ilə mayalanmış beyin rüşeyimləri bədii əsərin tədqiqat obyektidir. Bu insan sevgidən keçir, müharibədən . Bu insan Şərq Qərb sivilizasiyalarının qarşıdurmasından həm birgə sintezindən doğulur, yaranır, mənsub olduğu dünyanı orijinal şəkillərlə ifadə edir. Əsərdə həyatın cəmiyyətin müxtəlif hadisələrinin yaradıcısı daşıyıcısı həm bəzən qurbanı olan böyük insan qalib gəlir. İçindəki haqq, məhəbbət onu həmişə xilas edir”. Qeyd edək ki, “Çölromanını şəhərin kitab mağazalarından (əsasənƏli Nino”dan) əldə etmək olar.

 

 

525-ci qəzet,- 2010.- 9 oktyabr.- S.17.