“Şahzadə və bacatəmizləyən”
Sumqayıt Teatrının səhnəsinə çıxacaq
Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Şahzadə və bacatəmizləyən” adlı
tamaşa hazırlanır.
Rusiya yazıçısı Leonid Juxovitskinin
eyni adlı əsəri əsasında
hazırlanan tamaşanın
quruluşu rejissor Vasif Məmmədova məxsusdur. Süjet
xətti müflis olmuş kral və onun qızı
üzərində qurulan
səhnə əsərində
rolları Növrəstə
Həşimova, Mətanət
Əmrullayeva, İradə
Zeynalova, İlahə Səfərova, İlqar İbrahimov, Vüsal Mustafayev, Ceyhun Məhərrəmov bölüşürlər.
Tamaşanın musiqi tərtibatını
Telman Qəniyev, səhnə quruluşunu isə Mübariz Əliyev verib. Bu tamaşa ilə
43 yaşlı Sumqayıt
teatrı mövsümün
ilk premyerasına imza atacaq. Sumqayıt Teatrının kollektivi
oktyabrın 22-də Rusiyanın
Sankt-Peterburq şəhərinə
yola düşəcək.
Qeyd edək ki, teatr
kollektivi orada keçiriləcək teatr
festivalında iştirak
edəcək.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 12 oktyabr.- S.7.