Ulu Çinar”ın oxucularla növbəti görüşü

 

Mahmud Qaşqari Fondunun dəstəyi ilə yayımlananUlu Çinarmədəniyyət, sənət ədəbiyyat toplusunun yeni sayı işıq üzü görüb. Jurnalın “Birinci xanımlar” adlı guşəsində millət vəkili Qənirə Paşayevanın Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında qələmə aldığı “First Lady” yazısı və M.Əliyevanın “Harpers Bazaar” jurnalına verdiyi müsahibəsi yer alıb. “Tanıtım” hissəsində Beynəlxalq Mahmud Qaşqari Fondunun həyata keçirdiyi tədbirlər, nəşrlər və fondun elm, siyasət, ədəbiyyat, sənət adamlarına səmərəli fəaliyyətinə görə verdiyiMahmud Qaşqari” mükafatı haqqında məlumat təqdim olunub.

 Toplunun “Qalstuksuz söhbət” rubrikasının növbəti qonağı Ukrayna Azərbaycanlıları Konqresinin yeni seçilmiş sədri, “Polissiya” firmasının təsisçisi və baş direktoru, “Ukrayna-Azərbaycan dostluğu Beynəlxalq Xeyriyyə Fondu”nun prezidenti İlqar Abbasov olub. Tanınmış iş adamı jurnala verdiyi müsahibəsində son illər həm Ukraynanın, həm də Azərbaycanın ictimai həyatına dəyərli layihələrlə daxil olduğunu bildirib. Yazıda İlqar Abbasovun gördüyü işlərə və tərcümeyi-halına da nəzər salınıb.

 “Filosofla üz-üzə” bölməsində Elxan Zalın professor Səlahəddin Xəlilovla fəlsəfə və onun mahiyyəti haqqında apardığı söhbət oxucuların diqqətinə çatdırılıb. Elxan Zalın Etrusk mifologiyasından bəhs edən digər bir yazısı “Tarixin sirləri” guşəsində öz əksini tapıb. Yazıda Appenin yarımadasına Egey-Anadolu hövzəsindən gedən etruskların mifoloji təsəvvürlərindən və yaratdıqları mifik sənət nümunələrindən söhbət açılıb. Jurnalın “Kübar xronika” adlı səhifəsinin qonağı Ankara Sənət Teatrında sərgilənən bir çox tamaşalarda rol almış, filmlərə çəkilmiş, mahnıları ilə könülləri fəth etmiş “Qızıl Val” mükafatçısı Semiramis Pekkandır.

Toplunun “Ədəbi düşüncə” bölümündə Azərbaycan poeziyasının tanınımış simalarından olan, şair-tərcüməçi Səlim Babullaoğlunun Nəcib Fazil Qısakürək, Orxan Vəli və Fazil Hüsnü Dağlarca şeirlərinin ədəbi təhlililə bağlı yazısı verilib. Onu E.Zalın “Tarqovu Peysajı” adlı kitabına son söz yerinə yazılmış “Ağıl və eşq poeması” başlıqılı məqaləsi də burada yer alıb. Detektiv ustası Çingiz Abdullayevlə aparılan müsahibə “Böyük yazarlar” guşəsində yerləşdirilib. “Aşıq Xanların məkanı” başlıqlı yazı Murad Köhnəqalanın təqdimatında “Ozan dünyası” səhifəsində verilib. Jurnalda Səlim Babullaoğlunun AMEA Akademiya Kitab Mərkəzinin rəhbəri Vüqar Zeynalovla mərkəzin gördüyü işlər və kitablar haqqında apardığı söhbət jurnalda xüsusi yer tutur. Toplunun “Ulduz saatı” adlı guşəsində vokalçı Ülvi Qılıncın fotoları var. “Yəhudi Türklər: Karay türkləri, Karaimlər” yazısında Azərbaycan Universitetinin tələbəsi Nicat Zal Karaim türklərinin ənənələrini, dini baxışlarını, mədəniyyətlərini araşdırıb. Toplunun “Təsviri sənət” bölməsində Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Natiq Camalın çəkdiyi rəsm əsərlərinə yer verilib. Çingiz Əlioğlunun, Səlim Babullaoğlunun, Elxan Zalın şeirləri və fəlsəfə elmlər doktoru Könül Bünyadzadənin “Ömür yolu” fəlsəfi essesi “Elitar ədəbiyyat” bölməsindədir. Jurnalda Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin Çingiz Bayramovla söhbət də dərc edilib. “Elat” səhifəsində Elbəyi Cəlaloğlu “Borçalıda elat mədəniyyəti günü”ndən yazıb. Nəşrin son səhifələrində “Ulu Çinar” jurnalı və Qənirə Paşayevanın “Türk dünyasını tanıyaq və tanıdaq” layihəsilə bağlı material, Pərvanə Məmmədlinin “İranda folklor irsimizi yaşadanlar” yazısı və Bağman Babanın şeirləri çap olunub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.7.