Kamançaçı Fəxrəddin Dadaşovun 60 yaşı Muğam Mərkəzində qeyd olunub

 

Beynəlxalq Muğam Mərkəzində tanınmış kaman ustası, Milli Konservatoriyanın professoru, xalq artisti Fəxrəddin Dadaşovun 60 illiyi qeyd edilib. Bu barədə Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Tədbirin əvvəlində göstərilən videogörüntüdə kaman ustasının vaxtilə müşayiət etdiyi muğam ustalarıxalq artistləri Yaqub Məmmədov, Əbülfət Əliyev, Alim Qasımovun ifaları, xalq artistləri Arif Məlikov, Habil Əliyev, Firəngiz Əlizadənin yubilyar haqqında ürək sözləri, fikirləri səsləndirilib. Tədbirdə baş nazirin müavini Elçin Əfəndiyevin, mədəniyyət turizm naziri Əbülfəs Qarayevin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Fəxrəddin Dadaşova ünvanlandıqları təbrik teleqramları oxunub. Milli Konservatoriyanın rektoru bəstəkar Siyavuş Kərimi, xalq artisti bəstəkar Tofiq Bakıxanov, teatrşünas İlham Rəhimli başqaları F.Dadaşovun fəaliyyətə başladığı Əhməd Bakıxanov adına Azərbaycan Dövlət Xalq Çalğı alətləri ansamblı ilə birgə getdiyi qastrol səfərlərində Azərbaycan muğamını dünyaya tanıtdığını vurğulayıblar. Sonda F.Dadaşov tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib, kamanda bir sıra musiqiləri ifa edib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 13 oktyabr.- S.7.