Ağsu mədəniyyət sarayında “Xəcalət” tamaşası göstərilib

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi bölgələrə qastrol səfəri çərçivəsində Ağsu mədəniyyət sarayında “Xəcalət” ikihissəli dram əsərini nümayiş etdirib. Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Qarabağ müharibəsindən bəhs edən tamaşada baş rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artist Mətanət Atakişiyevə və başqaları canlandırıblar. Peşəkar ifaçıların rol aldıqları tamaşa müvəffəqiyyətlə oynanılıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 14 oktyabr.- S.7.