“Sönməyən ulduzlar” “Ər və arvad”ı təqdim edəcək
Azərbaycan Yaradıcılıq
Fondunun “Sönməyən
ulduzlar” teatrı Üzeyir Hacıbəylinin
anadan olmasının
125 illiyi münasibəti
ilə dahi bəstəkarın məşhur
“Ər və arvad” operettasını bu gün Sumqayıt
şəhərində nümayiş
etdirəcək. Bu
barədə Yaradıcılıq Fondunun
nümayəndəsi, əməkdar incəsənət xadimi Rafiq Kaşanlı məlumat
verib. Xatırladaq ki,
sözügedən tamaşanın ilk
premyerası üç il
öncə olub. Rafiq
Kaşanlı hazırda teatrın repertuarında “Qəribə
adam”, “Sənsiz”, “Daşları yığmağın
vaxtıdır” kimi maraqlı
tamaşaların da olduğunu
bildirib.
GÜNEL
5250-ci qəzet.-
2010.- 15 oktyabr.- S.7.