ORALARDA KİMLƏR VAR : HAKAN
ARSLANBƏNZƏR
DƏRGİLƏR ARASINDA KEÇƏN
ÖMÜR
Hakan Arslanbənzər
kimdir? Şair.1971-ci ildə
Qarsda doğulub. Anadolu lisəsi məzunu. İşlətmə
və ingiliscə müəllimlik kursunda təhsil alıb,amma
sona qədər davam etməyib.
“Dərgah” dərgisində
başladığı nəşriyyat həyatını
1997-ci ildən bu tərəfə İcabi Akçaoğlu ilə
birlikdə davam etdirib. “Şəhrəngiz” və 2000-2001-ci
illərdə təkbaşına çıxardığı
“Atlılar”da çalışıb. Sonra Erən Safiylə
birlikdə “Huruç” dərgisini yaradıb. Neo-epik şeirin
yaradıcılarından hesab olunur. Hal-hazırda “Yas
Yazısı” adını verdiyi şeir nədir
antologiyası ilə məşğuldur.
İstanbulda yaşayır,
şəxsi saytı var. Evlidir, iki oğlu var. 1994-ci ildən
bəri şeirləri, 96-cı ildən bu yana müxtəlif
janrlarda yazıları yayımlanır. “Dərgah” və
“Klavuz”dan başqa,özünün bir vaxtlar
çıxardığı “Şəhrəngiz”, “Atlılar”
dərgilərində yazdı. 2005-ci ildən bu yana “Fayrap” dərgisini
çap edir.Şeirdə, siyasətdə və mədəniyyətdə
populizmin tərəfdarıdır.Şeir kitabları:
“ÇOX ÜZGÜNƏM”.
Tənqid üzrə kitabı
: “İMGƏNİN ÖLÜMÜ”.
“Atlılar”, “Huruç” və
bunlardan sonra “Fayrap”da müdafiə etdiyiniz “neo-epik” şeir, bu
gün düşündüyünüz təsir
gücünü ala bilibmi? “Fayrap”ın bu təsirdə bir
rolu varmı?
Mən bu şeirin nəzəriyyəsini
yazmadım.Şeirin özünü yazdım. Heç bir yazım
yazdığım şeirlər qədər təsirli
olmadı.Yazıda ifadə etdiyim şiddəti
qarşılayacaq bir oxucu, yazar dəstəsi, zəmini yox.
Amma şeirlərim, bu gün hələ müxtəlif dirənişlərlə
qarşılaşsa da, türk şeirinin bəzi müqayisələrinə
görə asan qəbul edildi deyə bilərəm. Mənim nə
yazdığımı bu gün 18 yaşını
aşmış, litseyi bitirmiş hər şeir oxucusu
rahatlıqla anlaya bilir. Neo-epik şeirin iki yönü var: hərəkət
və məktəb. Hərəkət mənim
düşündüklərimdən daha irəli
çıxdı, çünki hərəkəti,
axımı saxlayan şeirlərdi,bir də mənim və digər
neo-epik şairlərin şeirləri. Türkiyədə
şeir anlamaq gücünü özündə
saxlayır.Şeir çox asan oxunur, çox güclü bir
təsiri var və bu təsir də asanlıqla başa
düşülür.Fəqət məktəb məsələsi
mənim gözlədiyim qədər olmadı.Bu da, ölkəmizdə
tənqid və nəzəriyyə sahəsinin hələ də
güclü olmaması ilə bağlıdır.Bunu mən
bir giley və kimisə günahlandırmaq üçün
söyləmirəm.Türk toplumu kütləvi bir toplum,
şeir də müəyyən mənada bir sənət.
Yazılarıma çox sərt qarşı çıxan
insanlar belə şeirlərimdən asanlıqla təsirlənirlər
və bu hardasa çox təbii bir şey.Türkün təbiətində
olan bir şey.
“Şəhrəngiz”, “Atlılar”,
“Huruç”, “Fayrap” çox güclü tənqidlərlə
vurub-yıxan bir dərgi, polemikaya yer verən bir mətbu
orqanlar. Ədəbiyyat dünyamızda tutduğunuz bu tərzə
qarşı hansı məqamları gözləyirsiniz?
Doğrusu mən
vurub-yıxan deməzdim, amma siz belə
düşünürsünüz,belə başa
düşülürsə qoy olsun.Bir sözüm yox. Bəzi
şeylər var ki, onları həyata keçirmək
üçün bəzi başqa şeylərin aradan
çıxarılması gərək, bu yolda arxa plana
atılması gərək və ya qəti surətdə ondan
imtina edilməsi lazım. Biz bunlardan bəzilərini “Şəhrəngiz”,
“Atlılar” və xüsusiylə də “Huruç” dərgilərində
demək olar ki, yetərincə elədik. “Fayrap” daha öncə
çıxardığımız dərgilərin elədiyi
işlərdən daha qurucu şeylər eləmək
üçün çıxdı.Bir şeylər elədik,bir
sahə açdıq, ortalığı bir az təmizlədik.
Bu təmizlik sözünün altından qırmızı
bir xətt çəkək,xüsusi vurğulayaq onu.Təmizlik
özü də heç zaman tam təmiz olmur, bunu da deyim.Bir
şeylər itirmədən və təmizlik eləmək
üçün bir az kirlənmənin də olması
çox təbiidir.Bizim elədiyimiz bəzi kirli,səliqəsiz
işlərin olduğunu danmaq olmaz.Para, şöhrət,
mövqe kimi ədəbiyyat baxımından yetərincə məşhur
olmayan şeyləri qarşımıza məqsəd qoymamaq
üçün əldə etdiyimiz gücü yenə ədəbiyyata
sərf elədiyimizə görə bu kir və
çirkinliyin bizdə qalmadığına inanıram. Amma
bunun bizdən asılı olmayan bəzi sonucları da oldu.Bəziləri
bizdən təsirlənərək işi çox şəxsiləşdirdilər.Biz
bir deyirdiksə, onlar on deyirdilər,biz altı ay
çalışmışdıqsa,onlar altı ildir
çalışır. Ən son, mənim
çıxardığım dərgilərdə yazmaqla
tanınmış bəzi insanların yeni bir dərgi
çıxarmaq üçün toplandıqlarında
“Hakanı aradan götürəcəyik” deyə yola
çıxdıqlarını eşitmişdim.Dərgi
çıxardılar,sonra sevdiyim hər kəsi aldılar
qabaqlarına,tənqid etdilər. “Fayrap”da bu cür şeylər
üçün imkanımız azdır,yəni səhifələrimizin
sayı onlara vaxt sərf etməyə imkan vermir.Bəzən
bir iki sətirlə lağa qoymaq kimi cavablar veririk.Bu da var təbii:
mən artıq 25 yaşında deyiləm.
Dərginiz çox gənc
isimləri kəşf edib, onlara neo-epik şeir
anlayışı yolunda bir güvəncə verib. Bu gənc
nəsil şairlər ilə “Fayrap” arasındakı əlaqə
necə inkişaf edir?
Bəzən biz onları kəşf
edirik, bəzən onlar bizi kəşf edir.Bu, “Şəhrəngiz”dərgisini
çıxardımız zamandan bəri belədi.Mən
Ankaranın dərgi çap edən bütün nəşriyyatları
ilə daima əlaqədəyəm. Hətta məktəblərdə
çap olunan dərgiləri belə izləyirəm.
İşin bu tərəfi deyərdim ki, mənə çox
hərəkətlilik və ləzzət verir. Hər hansı
bir pis fikir düşünmədən, heç bir kompleks
içinə girmədən dərgilərin xüsusiylə
son bölümlərinə baxdığınızda bir
şeylər yarandığını hiss edirsiniz.Kəşf
etmək bir az maraq verən bir şey. Əsl məsələ
ondan sonra başlayır.Bu gənclərə daha çox diqqət
versəniz,bir çoxu bu diqqətin altından
çıxmaya bilir. Hətta bir az ərköyün olmağa
başlayırlar.İşlərindən və məsul
olduğu şeylərin fonundan artıq onlara icazə veriləndə,
sizə düşmən olub əsib coşurlar. Öz
mövqeyinizi əldən vermədən, xüsusiylə
psixologiyanızı ortaya qoymadan bir az mərhəmətli, bir
az da onların istəklərini başa düşərək
bu işin içindən çıxmaq
mümkündür.İnsanlar müxtəlifdir.Bəziləri
mənim dediklərimə hörmətlə yanaşır və
işə həvəslə başlayırlar.Bəziləri
isə özündən bəy kimi həmən ulduz olmaq məsələsini
ortaya qoyur.Biz bir az “Fənərbağçalıyıq”, bəzən
gənc ulduzları da istədiyimiz kimi xərcləyə bilərik.Tam
əksi olan da var.Tarixə keçməyə namizədlər
də var.
YENİLİYİ, İSTİSNANI ALQIŞLAYIRAM
Dərginiz istisna təşkil
edən bir dərgi.Həm dərgiçilik ənənəsi
və həm də tərz, orjinallıq baxımından gerilərə
dönsək “Fayrap”ın poetik, politik bağ qurduğu bir mənbəə
vardımı?
“İstisnaçılığı”
zarafat anlamında qəbul edək.Mən istisnaçı
olmağı düşünmürəm.Bir az daha başqa,
indiki ortama paralel olmayan tərəflərimizi demək istəyirsinizsə,
bu daha çox bizim tarixi şüurumuzla əlaqəlidir.Ortam,
varlıq, ətrafımızdakılar mənim öyrəndiyim
və başa düşdüyüm tarixə uyğun gəlmir.Sanki
başqa bir yerdə, başqa bir əl tərəfindən
çəkilən tarixə daha
yaxındır.Soruşsanız da mən dəqiq bir şey deyə
bilmərəm. Sanki irlandalılar oxusun deyə yazırlar bəzi
yazarlar, bəzi dərgilər. Bunun üçün də
müxtəlif dövrlərdə ortaya atılan modalar sanki
artıq bir ənənə halını
almışdır.Sezai Karakoç ənənəçi
olaraq başa düşülür məsələn.Sezai
Karakoç ənənə ilə öz içini o qədər
bir-birinə qarışdırmış ki, artıq həqiqətən
modern şair olmuşdur, modernizmin yolunu rədd edəcək
bir qüvvəyə qalxmışdır.Və öncəliklə
modern şairdir.1955-70-ci illərə
baxdığınızda Sezai Karakoç və Turqut
Uyarın öndə olduğunu görürsünüz.
İkisinin də öz modern düşüncələri
çərçivəsində ənənə ilə
sıx bağlantıları var onların.Mən də o
dönəmin insanlarından, tələbələrindən
biri olaraq bir tarix proqramı ardınca axtarışda oldum illərcə.
“İkinci Yenin”in ikinci dönəminə çox böyük
yaxınlıq hiss etdim, çünki təbiətimdə
vardı bu. Orta məktəbdə oxuyarkən məsələn,
ən çox oxuduğum şairlər bunlar idi: Mehmət
Akif, Necip Fazıl, Nazım Hikmət. Məşrutiyət
dövriylə 1960-cı illərdən sonra “İkinci Yenin”
arasında, bu iki dönəmin siyasi düşüncələri
arasında olduğu kimi bir yaxınlıq,bir bənzərlik,
bir ortaq nöqtə olduğunu başa düşdüyümdə
mənim üçün bir çox şeylər artıq
aydınlaşmışdı.İsmət Özelin həm
şeiri, həm düşüncəsinin üzərimdəki
çox böyük təsiri ilə şeirlə siyasət
arasında bir bağlantı olduğu artıq mənə tam
aydın idi. Neo-epik bir şeirlə qarşı
qarşıyaydım və müxtəlif siyasət, dünya
sistemiylə vuruşan bir Türkiyə xəyalını
özündə ifadə etməyə çalışan bir
şeirin yeniləşməsinin, yenidən yaranmasının
vacib olduğunu düşünürdüm. Fikirlərimi irəli
və geri çalışdıraraq bu məsələni
özüm üçün açmaq istəyirdim.Tənzimata,
bir az daha geriyə gedərək bir konformizm,
alışqanlıq, düşməni olan Nefiye doğru və
onun əleyhinə. Yəni yaşıd şairlərin
yazacağı siyasi şeirlərə doğru,irəli. Bu
tarix demək olar ki, tam bir tarix deyil.Eynən Türkiyənin
tarixi kimi: Türkiyənin də tam və yarımçıq
yazılmış olan parça-parça və rəsmi
yazılmamış bir tarix cizgisi var. Modern şeir
araşdırmalarının piri Hüseyn Cöntürkün
də dediyi kimi tənqid tarixin önündə getməlidir.Biz
neo-epik baxımından tənqidi də buna qarşı
yönləndirə bilsək,Türk şeir tarixinin buna
görə yazılmasının da yolu
açılmış olacaqdır. “Fayrap”ın əsas məqsədlərindən
və quruculuq iddiasından biri də budur.Tarixin içindəyik
və hətta bəzən şəxsən tarix bizik.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.27.