“Oliver Tvistin macəralarıGənc Tamaşaçılar Teatrında

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi “Oliver Tvistin macəralarıtamaşasının premyerasını sənətsevərlərin ixtiyarına verəcək. İngilis ədəbiyyatının ən məşhur simalarından olan Çarlz Dikkensin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın hazırlıq işlərinə hələ ötən teatr mövsümündən başlanılıb. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamları Fuad Kafarov, Elnur Babayev, bəstəkarı Aydın Əzimov, rejissor assisenti Elnur Kərimovdur. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur. Böyük aktyor heyətinin rol aldığı tamaşada Yasin Qarayev, Ağaxan Salmanlı, Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Nübar Novruzova, Rafiq Hüseynov, Rahib Əliyev, Lətifə Əliyeva, Ayşad Məmmədov, Seyidşah Məmmədov, Qəmər Məmmədova, Roza İbadova, Nicat Kazımov, Atabala Səfərov, Məhərrəm Musayev digər sənətçilər iştirak edirlər. Tamaşa noyabrın 10-da nümayiş olunacaq.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.17.