Mübariz Həmidov “İlin
teatr xadimi” adına layiq görülüb
Dövlət Gənc
Tamaşaçılar Teatrında
Türkiyənin “AKBA-Yayıncılıq”
və Azərbaycanın
“Media Print” şirkətlərinin təsisçisi olduqları
“İlin markası
mükafatı-2010”-un təqdimetmə mərasimi gerçəkləşib.
Bu barədə teatrın mətbuat xidmətindən verilən
məlumatda deyilir.
Sözügedən mükafata bir
sıra şirkətlər,
hüquqi və fiziki şəxslər çalışdıqları sahədə
göstərdikləri nailiyyətlərinə
görə layiq görülüblər. Mükafatlandırılanlar
sırasında olan Gənc Tamaşaçılar
Teatrının direktoru,
respublikanın əməkdar
artisti Mübariz Həmidov “İlin teatr xadimi” nominasiyası
üzrə fəxri
diploma layiq görülüb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 16 oktyabr.- S.17.