“Qadın düşərgəsi” və “Günahsız qatil” kitabları təqdim olunub

 

Kitab Klubunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Rövşən YerfininQadın düşərgəsiGünahsız qatilkitablarının təqdimat mərasimi keçirilib. Kitab klubundan verilən məlumata görə, mərasimi giriş sözü ilə açan klubun direktoru Elxan Rzayev müəllifin yaradıcılığı haqqında danışıb. E.Rzayevin sözlərinə görə, Rövşən Yerfinin hər iki əsəri qadın cəza evindən və qadınları həbsxana həyatı çəkməyə vadar edən səbəblərdən bəhs edir. Bunlar fantaziya, təxəyyül məhsulu deyil. Müəllifin özünün şahidi olduğu hadisələr personajların dili ilə çatdırılıb. Direktor əvvəlcə çox az sayda nəşr edilmələrinə baxmayaraq, kitablara tələbatın get-gedə artdığını da qeyd edib. Yazıçılar Birliyinin üzvü, şair Tofiq Nurəli isə bildirib ki, əvvəllər bu mövzuda yazılan əsərlər kənardan dustaqxanaya baxış formasında idilərsə, Rövşən Yerfinin hər iki əsəri dustaqxanadan cəmiyyətə baxış formasında qələmə alınıb: “Yazıçı o zaman yazıçı olur ki, həyat həqiqətlərini bədii əsər səviyyəsinə çatdırmağı bacarır. Bu baxımdan, bu kitablaradək dustaqxanadan cəmiyyətə baxış formasında əsərlərin yazılmadığını deyə bilərəm”.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 19 oktyabr.- S.7.