Onun həyat amalı – vətən və xalqdır

 

Elə insanlar var ki, onlar haqqında yazmaq, söz demək çox çətindir. Çətinlik ondadır ki, bu insanların fəaliyyət dairəsi, gördüyü işlər, vətənə, xalqa xidmətləri elə ölçüdə, elə yüksəklikdədir ki, bütün bunları əhatə etmək, göstərmək qeyri mümkündür. Belələri az vaxt, yel təki qanadlı uçub-gedən zamanda elə dəyərli, elə qiymətli, bəlkə də sözlə ifadə olunması mümkün olmayan möhtəşəm işlər görürlər ki, bu kimi də təəccüb, kimi də hətta qibtə də yaradır... Təbii ki, belə insanlar çox azdır. Ancaq şükürlər olsun ki, vardır...

Belə insanlardan biriElmira Hüseyn qızı Axundovadır. Elmira xanımı təkcə ölkəmizdə yox, çox uzaqlarda da tanıyırlar, onu kimsə – bu ki, yazıçıdır. Kimsə – jurnalistdirdeyir, bəzisi də – millət vəkilidir – deyirlər. Bu sözlərin əvvəlinə “Tanınmış”, “İstedadlı”, “Çalışqan” sözləri də əlavə olunur.

Bunların hamısı haqlıdır.

Bütün bunlarla bərabər Elmira Axundova görkəmli ictimai xadimdir, tanınmış alimdir, vətənini, xalqını ürəkdən sevən vətəndaşdır. Aktiv həyat tərzi və yüksək vətəndaşlıq mövqeyi ilə seçilən Elmira xanım barəsində Azərbaycanın böyük dövlət xadimi Heydər Əliyev hələ 1997-ci ildə Azərbaycan Yazıçılarının X qurultayında “çox dəyərli insan” sözlərini söyləmişdir. Bir neçə ildən sonra ümummilli liderimiz Elmira xanımı yüksək mükafat – “Şöhrət” ordeni ilə təltif etmişdir.

Elmira Axundova Azərbaycan ədəbiyyatını özünün olduqca orijinal, samballı, zamanla, həyatla səsləşən bədii və publisistik əsərləri ilə xeyli zənginləşdirmişdir. BunlardanNaşirin qətli”, “Həqiqət anları”, “Əlövsət Quliyev: o tarixi yazmışdır”, “Bubizik”, “Şüşə saray” və b. göstərmək olar.

Elmira Axundovanın yazıçılıq istedadı özünü Böyük Azərbaycanlı Heydər Əliyevin həyat yolundan söhbət açan “Heydər Əliyev. Şəxsiyyət və zaman” 6 cildlik əsərində daha bariz şəkildə göstərmişdir.

Türk dünyasının çox dəyərli şəxsiyyətlərindən biri, dünya miqyaslı şair və yazıçı, ictimai-siyasi xadim Oljas Süleymanov “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabını oxuyub qurtardıqdan sonra əsər haqqında yüksək, əsl novator fikir söyləmiş, layiqincə dəyərləndirmiş, nəticədə bu monumental əsərə ürək genişliyi ilə giriş sözü yazmışdır.

Elmira xanım dünya miqyaslı, Böyük şəxsiyyət Heydər Əliyevə həsr etdiyi bioqrafik romanepopeyada hər şeyi bir rəngdə, bir çalarda deyil, hər bir həyatın özü qədər rəngarəng, enişli-yoxuşlu, keşmə-keşli verir. Bu da əsərə xüsusi bir görkəm vermişdir.

Böyük şəxsiyyətin həyatını 6 cildlik əsərdə vermək, hadisələrə, dönüm-dönüşlərə yüksək və dəqiq nəzərlə baxmaq hər yazıçıya nəsib olmur. Olduqça zor işdir bu... Ağır işdir... Belə işlərin öhdəsindən isə yalnız Elmira Axundova kimi, yorulmaz tədqiqatçı, zəhmətkeş və işıqlı təfəkkür sahibləri gələ bilərlər.

Bu əsərdə nə pafos, nə də təfərrüat vardır. Burda həyat, fəaliyyət, mübarizələrlə dolu günlər, aylar və illər, dözüm, səbat, sabahaxalqa inam vardır. Əsərdə bədii dillə, obrazlı deyim tərzi faktlara söykənən həyat həqiqətləri elə bir vəhdətdə verilir ki, oxucu müəllifə qibtə ilə vurğunluğunu gizlədə bilmir.

Elmira Axundovanın bədii və publisistik yaradıcılığının şah əsəri olan “Heydər Əliyev. Şəxsiyyət və zaman” işıq üzü gördüyü gündən geniş əks-səda doğurmuş, oxucu kütləsinin hüsn rəğbətini qazanmışdır. Əsər haqqında Bakıda, Moskvada söz sənətinin dəyərli nümayəndələri yüksək fikirlər söyləmişlər. Məsələn, bütün Rusiyada (həm də keçmiş Sovetlər İttifaqında) siyasi bioqrafiya janrının ustadı, məşhur rus tarixçisi, publisist Roy Medvedev əsəri: “bu janrda yazılan ən yaxşı kitab” adlandırmışdır.

Mübaliğəsiz deyə bilərik ki, Elmira xanım ədəbiyyat, publisistika sahəsində heç bir görməsəydi belə, yalnız “Heydər Əliyev. Şəxsiyyət və zaman” kifayət edərdi ki, o, Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşasın.

Elmira xanım uzun illərdir təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda jurnalist kimi tanınır. Yüksək peşəkarlığa malik jurnalist kimi uğurları ona ümumxalq məhəbbəti qazandırmışdır. O, 1990-2003-cü illərdə “Literaturnaya qazeta”, “Delovoy mir”, “Obşaya qazeta, “Vek”, “İzvestiya” tanınmış kütləvi informasiyalarında Azərbaycanı layiqincə təmsil etmişdir. On ilSvoboda” (Azadlıq) radiosunun müxbiri kimi fəaliyyəti çoxmilyonlu dinləyicilərin hələ də yadındadır. Azərbaycanın müstəqilliyinin ilk illərində Elmira Axundova mübariz vətən övladı kimi, Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında böyük xidmətlər göstərmiş, ermənilərin xalqımıza qarşı təcavüzünü, yurd-yuvasından qaçqın və köçkün düşmüş bir milyondan çox soydaşımızın faciəsini ürək ağrısı və vətəndaş qeyrəti ilə qələmə almış, suveren, müstəqil Azərbaycanın milli maraqlarını daima qorumuşdur. Təsadüfi deyil ki, tanınmış Rusiya jurnalisti Vladimir Stupişin Elmira xanımı “Azərbaycan təbliğatının Moskvada ən fəal carçılarından biri” adlandırmışdır.

Burda bir həqiqəti ürəkaçıqlığı ilə qeyd etmək yerinə düşər ki, Elmira Axundova yeganə jurnalistpublisistdir ki, Rusiyadaİzvestiya” qəzetində və “Exo planetı” jurnalında Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında geniş məqalələrlə çıxış etmiş, bu görkəmli şəxsiyyətlərin xalqımız üçün gördüyü işlər barədə Rusiya oxucularına aydın və dolğun məlumat vermişdir.

Elmira Axundova Azərbaycan Respublikasının imicini yüksəltmək, xaricdə antiazərbaycan təbliğatını dəf etmək istiqamətində də təqdirəlayiq işlər görmüşdür. Bu işlərdən yalnız birinin adını burda çəkməyi məsləhət bildik. Elmira xanımın təşəbbüsü ilə rus tarixçisipublisist professor Rudlolf İvanov Bakıya dəvət olunmuş, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ilə tanış olmuşdur. Bundan sonrakı fəaliyyətini Rudolf İvanov Azərbaycana və Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr etmiş, 5 sanballı kitab yazmışdır. Elmira Axundova dəfələrlə Moskvada və xaricdə keçirilən möhtəşəm tədbirlərdə vətənimizi layiqincə təmsil etmiş, dolğun və maraqlı məruzələrlə çıxış etmişdir. Bu çıxışlar yerlixarici mətbuatda öz əksini tapmışdır.

Onun publisistikasını qiymətləndirən Heydər Əliyev bir gün ona demişdi: “Elmira sən yaz, səndə alınır...”

Beş il bundan öncə eşitdim ki, tanınmış yazıçı, jurnalist Elmira Axundova Masallı rayonundan Milli Məclisə öz namizədliyini irəli sürübdür. Yeri gəlmişkən deyim ki, mən əslən Masallıdanam. Elmira xanım da Masallıdandır. Onun rəhmətlik atası Fərman kişini (rəsmi sənədlərdə Hüseyn) tanıyırdım. Atamla uşaq vaxtı Fərman əmigilə getdiyimi də xatırlayıram. Olduqca baməzə, şirindil, gülərüz bir insan idi. Fərman kişi xalq təbabətini o qədər yaxşı bilirdi ki, bu sahədə hörmət və izzət sahibi idi.

Elmira xanımı isə Yazıçılar Birliyindən tanıyırdım. Ötən əsrin 80-cı illərində Yazıçılar Birliyində katib vəzifəsində çalışdığı vaxt özünü ancaq yaxşı cəhətdən tanıtmışdı. Yaxşı yadımdadır, o vaxt yaşlı yazıçılar onun haqqında deyirdilər:Bu qız oddur-alovdur”.

Mən də o dövrdə bu xanımın yerliümumittifaq mətbuatdakı məqalələrini, reportajlarını oxuyurdum. Hələ o vaxt Elmira xanımda özünəməxsus yazı manerası, təhkiyə üsulu, ən ümdəsi isə cəsarət və millilik var idi. Bir sözlə, Elmira xanım söz sahibi, qələm əhli idi. Və belə bir xanımın millət vəkili olmaq istəyi məni bir qədər açmırdı. Bəlkə də bu, onun yaradıcılıqdan, qələmdən uzaq düşə bilməsindən ehtiyat etdiyimdən doğmuşdu.

Ancaq çox tezliklə başa düşdüm ki, mənim belə bədgüman olmağım artıq imiş. Elmira Axundova 71 saylı Masallı kənd seçki dairəsində seçicilərin çox əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildi. Həmən dairənin sakinləri ilk dəfəydi özlərinə qadın millət vəkili seçirdilər. Əksəriyyəti buna sevinirdi. Axı qadınlar daha ürəyiyumşaq, daha çox canıyanan olurlar. Məsuliyyətləri də öz yerində.

Seçicilər səhv etməmişdilər. Çox az vaxtda Elmira xanım o qədər işlər gördü ki, nəinki seçicilərinin, bütün Masallı əhalisinin hüsn-rəğbətini qazandı. Açığını deyirəm ki, mən də bir Masallı ziyalısı kimi onun gördüyü işlərlə qürur duymağa başladım. Hər dəfə rayona gedəndə əhali Elmira xanımdan – öz deputatlarından ağız dolusu danışırdı. Ən xoşa gələn cəhət də bu idi ki, Elmira xanımın olduqca məsul, olduqca çətin deputatlıq işi ilə yaradıcılıq fəaliyyəti qoşa gedirdi. Əlbəttə bu asan məsələ deyildir.

Hər bir millət vəkili həm qanunvericilik sahəsində, həm də çoxsaylı seçicilərinin problemlərinin aradan qaldırılmasında, xalqla hakimiyyət arasında birbaşa əlaqə və qarşılıqlı ünsiyyət yaradılmasında Prezidentin yaxın köməkçisi olmalıdır. Elmira Axundova 5 illik deputatlıq fəaliyyətində bütün bunların öhdəsindən uğurla gələrək özünü ən aktiv və səmərəli işləyən deputatlardan olduğunu göstərdi. Bütün bunlar isə asan başa gəlməmişdi. Təkrardan qaçmayaraq bir daha qeyd edək ki, Elmira xanım deputatlığının ilk günündən bütün varlığı ilə öz müqəddəs fəaliyyətinə başladı. O ilk gündən “müsəlləh əskər” kimi seçicilərinin problemlərini öyrənməyə başladı. Bunu təsdiq etmək üçün Elmira Axundovanın 5 ildə gördüyü titanik işlərindən bəzilərinin qısa xronikasını vermək kifayətdir.

Belə ki, 2006-cı ilin yanvar ayında millət vəkili Elmira Axundova rayona gəlib, icra hakimiyyətinin bunasında dairənin bütün ərazi nümayəndələri ilə müşavirə keçirərək 5 illik planı tərtib edildi.

İş fəaliyyətinə təhsilin rayonda vəziyyətini yaxşılaşdırmaqdan başlayan Elmira Axundovanın təşəbbüsü ilə Təhsil Nazirliyinin ekspert qrupunun iştirakı ilə rayonda təhsilin vəziyyəti geniş təhlil edildi. Mart ayında Təhsil Naziri cənab Misir Mərdanov Elmira xanımla birlikdə Hişkədərə kəndində olmuş, qəzalı vəziyyətdə olan məktəbə baxış keçirmişlər. Nəticədə Bədirli və Hişkədərə kəndlərində yeni məktəb binasının tikilməsi proqrama daxil edildi. Təhsil sahəsində görülən işlərə nəzər yetirək:

yay aylarında 1 saylı Boradigah orta məktəbində əsaslı təmir işləri aparılmışdır;

– 2006-2010-cu illərdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın və Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayevin köməyi və dəstəyi ilə 2006-cı ildə Təzəkənddə əsas məktəbin, 2007-ci ildə Lürən kəndində 3 mərtəbəli 280 yerlik əsas məktəbin, 2009-cu ildə Hişkədərə kəndində iki mərtəbəli 420 yerlik orta məktəbin binası, 2009-cu ildə Babaser kəndində müasir üslubda yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bundan başqa, 2009-cu ildə Ərkivan qəsəbəsində yeni orta məktəbin bünövrəsi qoyulmuş, məktəb bu ilin sentyabrında istifadəyə verilmişdir. Bu illər ərzində Boradigah qəsəbə 1-2 saylı, Qızılağac, Gəyəçöl, Kalinovka və Bədəlan kənd orta məktəblərində əsaslı təmir işləri görülmüşdür;

– 2007-ci ildə Gəyəçöl kənd orta məktəbinin statusu Təhsil Nazirliyi tərəfindən ləğv edilərək əsas məktəbə çevrilmişdir. Kənd ictimaiyyətinin Elmira xanıma müraciəti ilə bu məsələ öz həllini tapmışdır. Təhsil Nazirliyində bu məsələyə yenidən baxılmış, nəticədə orta məktəb statusu saxlanılmışdır;

Elmira Axundovanın İdman və Gənclər Naziri A.Rəhimova müraciətindən sonra Ərkivan qəsəbə, Boradigah qəsəbə, Bədəlan kənd, Hişkədə kənd, Tüklə kənd, Gəyəçöl kənd, Kalinovka kənd, Qızılağac kənd, Oncaqala kənd məktəblərinə idman avadanlıqları: idman geyimləri, güləş döşəkləri, futbol, voleybol topları, güləş geyimləri, idman ayaqqabıları, tennis raketkaları, qantellər və s. verilmişdir.

 Həqiqət naminə deyək ki, bir sıra idman ləvazimatı millət vəkilinin şəxsi vəsaiti hesabına alınmışdır;

– 2006-2008-ci illərdə 71 saylı Masallı kənd dairəsinin bir sıra kəndlərində təhsilin aktual problemlərinə həsr olunmuş müşavirələr keçirilmişdir;

– 2009-cu ilin avqust ayında Masallı rayonunda Elmira Axundovanın təşəbbüsü və Rusiya səfirliyinin dəstəyi ilə rus dili müəllimləri üçün ixtisasartırma kursları təşkil edilmişdir. Kurslarda Rusiyanın görkəmli alimləri iştirak etmişlər...

Elmira Axundova seçildiyi dairənin mədəni-məişət şəraitinin yaxşılaşdırılması, şəhid və imkansız ailələrə müxtəlif yardımlar göstərilməsi sahəsində də deputatlığı dövründə yadda qalan, unudulmayan işlər görmüşdür.

Bu işlərin ümumiləşdirilmiş mənzərəsinə nəzər salaq:

– Deputatın təşəbbüsü ilə Nazirlər Kabinetinini sərəncamı ilə Boradigah, Tüklə çayları təmizlənmiş, Mollaoba kəndində ikimərtəbəli yaşayış evinin kanalizasiya sistemi qaydaya salınmışdır;

Elmira xanımın Baş nazir Artur Rasizadəyə müraciəti ilə Kalinovka kəndinin içməli su xətti təmir edilərək istifadəyə verilmişdir;

– Dairənin Babaser, Boradigah, Gəyəçöl, Tüklə, Ərkivan, Hişkədərə, Hüseyn Hacılı kənd yollarına 18 km asfalt döşənməsində, 3 kənddə artezan quyusunun qazılmasında deputat yaxından iştirak etmişdir;

Qarabağ əlilləri üçün Masallıda 32 mənzilli 2 bina istifadəyə verilmişdir;

– 2006-2007-ci illərdə rayona fasiləsiz elektrik enerjisinin verilməsi, qaz xəttinin bərpa olunması təmin edilmişdir. Bundan əlavə bütün kəndlər elektrik sayğacı ilə təmin olunmuşdur;

– 2009-cu il sentyabr ayının axırında baş vermiş təbii fəlakət nəticəsində 100-lərlə seçicinin evi su altında qalmışdır. Elmira Axundova dərhal rayona gəlmiş, vəziyyətlə tanış olaraq Respublika Prezidentinə, Fövqəladə Hallar Nazirliyinə geniş arayışla müraciət etmişdir. Nəticədə 57 nəfər üçün yeni 2 mənzilli yaşayış binası tikilmişdir;

Rayonun 7 kəndində poçt və ATS binaları tikilmiş, elektrik rabitə qurğuları quraşdırılmışdır.

Elmira xanım həmişə böyük razılıq hissi ilə qeyd edir ki, bütün işlərin görülməsində, təşəbbüslərinini həyata keçirilməsində Masallı rayon icra hakimiyyətinin, bütün icra strukturlarının yaxından köməyi, dəstəyi olmuşdur. Rayon rəhbərliyinin qayğı və diqqəti millət vəkilini daha da ruhlandırmış, təşəbbüskarlığını artırmışdır.                           

Elmira Axundova bir ictimai-siyasi xadim kimi, bir Azərbaycanlı qadını, bir mehriban ana kimi ötən 5 ildə nə qədər ailəyə sevinc bəxş etmişdir, nə qədər insanın əlindən tutmuşdur. Ona ünvanlanan məktuba, xahişə həmişə diqqət göstərilibdir. Onlarla ahıl insanlar sanatoriyalara müalicəyə göndərilib. Əlacsız, imkansız xəstələrin müalicəsi üçün aidiyyəti nazirlik və komitə rəhbərlərinə deputat tərəfindən müraciətlər edilibdir. Və demək olar ki, belə müraciətlərin heç birinə etinassız yanaşılmayıbdır. Əlbəttə, bu işdə Elmira Axundovanın deputatlığı ilə yanaşı şəxsi nüfuzu da az rol oynamamışdır.

Elmira Axundova Masallı rayonunun ictimai və mədəni həyatında olduqca aktiv, olduqca səmərəli fəaliyyət göstərmişdir. Məhz başdan-ayağa bu ziyalı qadının təşəbbüsü və maddi-mənəvi köməkliyi ilə rayon ziyalılarının bir neçəsinin yubiley və yaradıcılıq gecələri keçirilmişdir. Belə məclislərin hamısında millət vəkili özü şəxsən iştirak etmiş, təbrik nitqləri söyləmişdir.

Prezidentin yanında Əfv məsələləri üzrə Komissiyasının üzvü kimi Elmira Axundova Masallıdan olan vətəndaşların əfv olunması məsələsinə daim diqqət yetirmiş, 5 il ərzində onlarla rayon sakini Prezidentin Fərmanı ilə azadlığa qovuşmuşdur...

Millət vəkili Elmira xanım Axundovanın 5 il deputatlığı dövründə gördüyü işlər təbii ki, bir məqaləyə, bir söhbətə sığan deyildir.

Mən burda bir məsələni deməyə bilmərəm. Elmira xanımın rayonda apardığı titanik fəaliyyətinin daha səmərəli, daha uğurlu olmasında onun köməkçisi tanınmış ziyalı Novruz Novruzovun əməyi və zəhməti, köməkliyini də qeyd etməmək olmaz. Novruz müəllim uzun illər SSRİ dövründə partiya, sovet orqanlarında çalışmışdır. O, yazıçı-publisist kimiuğurlu işlər görmüşdür. Onun “Masallı” və “Masallı şəhidləri” kitabları oxuculara yaxşı tanışdır. Novruz müəllim yaxşı ziyalı olmaqla, həm də əsl vətəndaşdır, əqidəli insandır. 1993-cü ilin yayında Lənkəran hadisələri zamanı onun necə səbatlı, mübariz, xalqa, vətənə sədaqətli olmasının mən canlı şahidiyəm. O vaxt Novruz müəllim Masallı Rayon Sovetinin sədri idi. Qondarma “Talış-Muğan Respublikası” kimi cəfəng və yad xülyanın rəhbəri Əlikram Hümbətovun tələb və təzyiqlərinə baxmayaraq Novruz müəllim onamöhür verdi, nə də Sovetin qərarını. O, Lənkəranda öz sözünü qəti dedi: “Masallı deputatlarının və əhalisinin yalnız və yalnız bir vətəni var, o da Azərbaycan Respublikasıdır...”

Belə bir şəxsin Elmira xanım kimi millət vəkilinə köməkçi olması çox yaxşı haldır.

Millət vəkili Elmira xanım Axundovanı seçicilərə sevdirən bir xüsusiyyəti də onun sadəliyi, səmimiliyi, yerli adət-ənənəyə hörmət etməsidir. Elmira xanım rayonda olarkən hansı kənddə toy, hüzr yeri varsa hökmən həmən məclisə gedir. Getdiyi toyda, yasda xərc verir. Hüzr yerinə gedərkən yerli xanımlar kimi başına kalağayı bağlayır. Hamı kimi bardaş qurub əyləşir.

Elmira Axundova seçildiyi dairədə yüksək fəaliyyəti ilə bərabər Milli Məclisin iclaslarında da həmişə fəallıq göstərmiş, təkliflər irəli sürmüş, öz sözünü demişdir.

2006-2010-cu illərdə 20-yə yaxın qanun təşəbbüslərini irəli sürmüşdür. O, bir qanunun müəllifidir. Təşəbbüsləri sırasında:

Respublikada ana kapitalın yaradılması, şəhid ailələrinin, Böyük Vətən müharibəsi əlillərinin təqaüdlərinin qaldırılması, müəllimlərin təqaüdlərinin dövlət qulluqçularının təqaüdləri ilə eyniləşdirilməsi və s.

Elmira xanım müzakirə edilən 300-dən çox qanun layihəsinə öz qeydlərini və təkliflərini vermişdir.

Aktiv deputatlıq fəaliyyətinə görə ictimai təşkilatlar adından bir sıra medaldiplomlarla təltif olunmuşdur: “İlin fəal millət vəkili” və “Seçici hüquqlarının fəal müdafiə edən millət vəkili” nominasiyasının qalibi olmuşdur.

2007-ci ildə Rəsul Rza adına ədəbiyyat fondu Elmira Axundovanı “Səmərəli ədəbi və ictimai fəaliyyətinə görə” Rəsul Rza mükafatına layiq görmüşdür;

2009-cu ildə “Gənc liderlər” Uşaq və Gənclər Təşkilatı onu “2009-cu ilUşaq ilinin millət vəkili”;

Rusiya Federasiyasında Ailə, Məhəbbət və Sədaqət Gününün keçirilməsinə dair Təşkilat Komitəsi” (RF-nin prezidentinin həyatyoldaşı Svetlana Medvedevanın patronajı altında, Elmira Axundovanı və onun həyat yoldaşı Ramiz Axundovu “Məhəbbət və sədaqətə görə” medalı ilə təltif etmişdir və s. və i.

Biz bu gün fəxrlə deyə bilərik ki, aktif həyat tərzi və yüksək vətəndaşlıq mövqeyi ilə seçilən millət vəkili Elmira Axundovanı nəinki respublikamızda, uzaq-uzaq ölkələrdə də tanıyır, onun ictimai fəaliyyətinə və bədii-publisistik yaradıcılığına layiqincə qiymət verilir.

Bu günlərdə xoş bir xəbər eşitdim: 71 saylı Masallı kənd seçki dairəsinin çoxsaylı seçicilərinin tələb və təklifi ilə Elmira Hüseyn qızı Axundova növbəti dövr üçün Milli Məclisin üzvlüyünə öz namizədliyini irəli sürmüşdür.

İnanırıq ki, Elmira xanımın qədir bilən seçiciləri noyabrın 7-də yekdilliklə ona səs verəcəklər və Elmira xanım da “Masallı üçün hələ çox işlər görəcəyəm...”

istədiyini lazımınca həyata keçirəcəkdir. Elmira xanıma bu taleyüklü, həm çətin, həm də şərəfli fəaliyyətində uğurlar və yenə uğurlar diləyirik.

 

 

Musa Quluzadə,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri,

 tarix elmləri doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2010.- 19 oktyabr.- S.4.