“Ömürdən qalan izlər” işıq üzü görüb

 

KİTABDAKI MATERİALLAR DƏYƏRLİ MƏTBUAT XADİMİ BƏBİR HÜSEYNOVUN ZƏNGİN FƏALİYYƏT YOLUNU İZLƏMƏK ÜÇÜN GENİŞ İMKANLAR AÇIR

 

Mətbuat sahəsində nümunəvi bir fəaliyyət yolu keçmiş Bəbir HüseynovunÖmürdən qalan izləradlı kitabı nəşr edilib. Kitabda uzun illər “Lenin yolu” – “Ağdamqəzetinin redaktoru olmuş Bəbir Hüseynovun həyat yaradıcılığı, ictimai fəaliyyəti, müxtəlif peşə sahiblərindən aldığı müsahibələr, xatirələri, həmkarları dostlarının onun haqqındakı düşüncələri ötən günlərinin mənalı anları öz əksini tapıb.

Toplunun ilk səhifələrində “Tərcümeyi-hal əvəzi, yaxud ömürdən qalan izlər” başlıqlı yazıda Bəbir Hüseynovun ömür yoluna nəzər salınıb. Kitabın “Xatirələr” adlı səhifəsində müəllifin həcmcə kiçik və dəyərli xatirələri yer alıb. Bu xatirələrin əksəriyyəti müəllifin gənclik illərində yaşadığı anları əks etdirir. B.Hüseynovun yaddaşından ağ vərəq üzərinə köçürülən bu xatirələr içərisində ümummilli lider Heydər Əliyevlə bağlı məqamlar xüsusilə diqqəti cəlb edir. “Gördüklərim, qələmə aldıqlarım və düşüncələrim” adlı bölümdə B.Hüseynovun müxtəlif qəzetlərdə çap olunan reportaj, müsahibə və məqalələri verilib. Müəllifə ünvanlanmış təbrik və teleqramlar da nəşrə daxil edilib. “Həmkarlarımın bədii və publisistik yazıları” guşəsində “Xalq qəzeti”, “525-ci qəzet”, “Qarabağ”, “Söz”, “Açıq söz”, “Ağdam”, “Respublika” qəzetlərində B.Hüseynov haqqında dərc olunmuş bədii və publisistik məqalələr öz əksini tapıb.

 “Dost sözü” bölməsində dəyərli ictimai xadim, alim və publisist Sadıq Murtuzayev Bəbir Hüseynovun müdrikliyi ilə seçilən bir ziyalı olduğunu vurğulayıb. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid öz yazısında Bəbir müəllimlə həmsöhbət olmağın insanı mənən zənginləşdirməsindən söz açıb: “Onunla oturmaq təkcə dostumun atası ilə ehtiram naminə oturmaq deyil, daxilən zəngin bir insanla zövq ala-ala fikir bölüşmək və özünü də zənginləşdirməkdir”. Tanınmış mətbuat adamlarından Rəhim Hüseynzadə B.Hüseynovun rəhbərlik etdiyi “Lenin yolu”nu jurnalistikanın da, qələm əhlinin də, Ağdam ictimaiyyətinin də axtardığı, yolunu gözlədiyi bir qəzetə çevirdiyini, Ziyəddin Sultanov isə, “yeri gələndə. Bəbir müəllimin polad kimi əyilməz və möhkəm olduğunu, ondan ətrafına xoş duyğu və işıq yayıldığını” qeyd edib, bir ziyalı kimi onun təmkin və ləyaqətini önə çəkib. Digər bir ziyalı Xanış Məmmədovun fikri isə belədir: “Bəbir müəllim haqq-ədaləti qoruyan, el içində, məclislərdə söz sahibi, mənəviyyatını qorumağı bacaran bir kişidir”.

Tanınmış alim və publisist Cahangir Məmmədlinin, əməkdar mədəniyyət işçisi Çimnaz Əliyevanın, eləcə də Həmzə Əliyev, İsax Alməmmədov, Əli Mahmud, Arif Əzizbəyli, Oqtay Zəngilanlı, Qəhrəman Canbazov, Teymur Kərimov, Məmməd Məmmədov, İbiş Əliyev, Ramil Hüseynovun da B.Hüseynov haqqında fikirləri maraq doğurur. Elnarə Bəbirqızının düşüncələri isə B.Hüseynov şəxsiyyətinə bir neçə vacib prizmadan dəqiq nəzər salmağa kömək edir.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 20 oktyabr.- S.7.