Ulduz” jurnalının yeni sayı işıq üzü görüb

 

Jurnalın ilk səhifəsində maraqlı bir əsərdəyərli şair publisist Tofiq AbdininHello”su oxuculara çatdırılıb. Topluda Vaqif SultanlınınQütb gecəsi”, Kamil ƏfsəroğlununŞərab Allahı Dionishekayələri yer alıb.

Jurnalın poeziya guşəsinə Əbülfəz Ülvinin, Nəcməddin Mürvətovun, Əbülfət Mədətoğlunun, Sona Vəliyevanın, Vahid Aslanın, Rəşid Faxralının, Vaqif Vüqarın şeirləri daxil edilib. Tənqidçi Vaqif Yusiflinin “Yaşayan sənətkar” məqaləsi görkəmli yazıçı Sabir Əhmədlinin 80 illik yubileyinə həsr olunub. “Söz və rəng dünyası” başlıqlı yazıda isə filologiya elmləri doktoru Şəfəq Əlibəyli tərcüməçi Məsiağa Məhəmmədinin dilimizə tərümə etdiyi ünlü şair Söhrab Sipehrinin əsərlərindən söhbət açıb.

Səadət Qarabağlı “Mən vətəndən çıxdım, Vətən məndən çıxmadı” başlıqlı yazısında Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-publisist Qulamrza Səbri Təbrizidən bəhs edib.

 Nahid Hacızadənin “Onu xatırlayırıq” yazısı mərhum yazıçı Əlibala Hacızadənin 75 illiyinə həsr olunub.

Toplunun “Nostalji” bölməsinin budəfəkiqonağı çağdaş poeziyamızın görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadə olub. “Müasir Azərbaycan uşaq ədəbiyyatının ümumi mənzərəsi” başlıqlı məqaləsində Rafiq Yusifoğlu Azərbaycan uşaq ədəbiyyatının keşməkeşli inkişaf yolundan, bu sahədə ədəbiyyat tariximizdə özünəməxsus iz qoyan tanınmış qələm sahiblərindən yazıb. Faiq Hüseynbəyli “Oğuz ellərinin söz yaddaşı” məcmuəsində AMEA Folklor İnstitutunun elmi işçisi Tacir Səmiminin “Gülsehran” adlı kitabı haqqında fikirlərini bölüşüb. Jurnalda həmçinin Adil Mirseyidin “Rəssamın portret cizgiləri”, İlqar Fəhminin tərcüməsində Kindzoburo Oenin “Səmimi və müxtəlif... Yaponiya” yazıları da öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 20 oktyabr.- S.7.