Fazil Rəhmanzadənin “Sən olmasaydın...” kitabı təqdim olunub

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin xatirəsinə həsr olunmuşSən olmasaydın...” adlı kitabın təqdimat mərasimi gerçəkləşib. Kitabın müəllifi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Fazil Rəhmanzadə, redaktorları xalq artistləri FidanXuraman Qasımovalar, rəssamı Azərbaycanın xalq rəssamı Arif Hüseynovdur. Tədbirdə çıxış edən müəllif Fazil Rəhmanzadə kitabın mündəricatına esse, oçerk, portret cizgiləri, xatirələr və foto sənədlər toplusu daxil edildiyini bildirib: “Rus və Azərbaycan dillərində hazırlanan kitab Müslüm Maqomayevin ucalığını, bütövlüyünü, dərin intellektini özündə əks etdirir. Mən ümid edirəm ki, bu kitab Müslüm Maqomayev səsinin və şəxsiyyətinin pərəstişkarları üçün layiqli bir töhfədir”. Təqdimat mərasimində Azərbaycanın xalq artistləri FidanXuraman Qasımovalar, Eldar Quliyev, Azərbaycan Rəssam İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Ombudsman Elmira Süleymanova, əməkdar artist Rəşidə Behbudovabaşqa tanınmış şəxslər iştirak ediblər. Kitab Azərbaycan və rus dillərindədir. Qeyd edək ki, müəllifin sayca 31-ci kitabı olan “Sən olmasaydın...” “Ziya” nəşriyyatında çap olunub. F. Rəhmanzadə Nəsibə Zeynalova, Şəmsi Bədəlbəyli, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Tahir Salahovbaşqa tanınmış şəxslərlə bağlı da maraqlı kitabların müəllifidir.

 

 

H.İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 21 oktyabr.- S.7.