“Əliqismət Lalayev – həyat rejissoru” kitabı çapdan çıxıb

 

Bu günlərdə “Əliqismət Lalayev – həyat rejissoru” adlı kitab işıq üzü görüb. “Qanun” nəşriyyatında çap olunan kitabın tərtibçisi Azərbaycan Yazıçılar Birliyinin üzvü Qulam Sadıqdır. Kitabda Naxçıvan MR-in əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin həyat və fəaliyyətindən, uzun illər çalışdığı Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaratdığı tamaşalardan, bir rejissor kimi teatr tariximizə gətirdiyi yeniliklərdən, bir alim kimi elm sahəsindəki uğurlarının əhəmiyyətindən bəhs olunur. Bu barədə Musiqili Komediya Teatrının mətbuat xidmətindən verilən məlumatda deyilir. Topluda həmçinin Ə.Lalayev haqqında dövrü mətbuatda çap olunmuş materiallarla və respublikanın tanınmış incəsənət xadimlərinin onun həyat və yaradıcılığı ilə bağlı fikirləriylə tanış olmaq mümkündür. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 21 oktyabr.- S.7.