Bulaq kimi dupduru poeziya

 

Kövrək duyğular şairəsinin bayatıları

 

Danılmazdır ki, kövrək duyğuları olmayan bir kəs qəlbin dərinliklərindən süzülüb gələn dəruni hisslərin ifadəsi olan bayatı kimi janra köklənə bilməz. Elə şairənin kitaba verdiyi bu ad da məhz elə bu kövrək duyğulardan bəhrələnib.

Ədəbiyyatımıza milsilsiz bir sərvət bəxş edən bayatıxan, şair, akademik Teymur Bünyadovun ön sözündən sonra nə isə yazmağı təbii-caiz hesab etməsəm də yenə bu qəzetin oxucularının diqqətini cəlb etmək xatirinə bu yazını yazmaq qərarına gəldim.

Bu başdan akademik şairin bayatı haqqında dediklərini təkrar etməmək mümkün deyil:

“Bayatı xalqımızını həyatının sirr sirdaşı, yol yoldaşıdı. Bayatı millətimizin, hikmət dünyası, xalqımızın cahana bəxş etdiyi şah əsəridi”.

Daha sonra: “Bayatı sadədir, səmimidir, bitkin əsərdir”.

Bu sözlərə irad tutmaq olarmı? Əlbəttə yox.

Mən bayatı barədə elə bu qəzetdə böyük bir yazı ilə çıxış etmişəm. bu kitabın müəllifi Xədicə Muradı onun çox ləyaqətli ardıcılı hesab edirəm.

Teymur müəllim Xədicə xanımın 250 ildən çox bayatısınını başlıca qayələrini qruplaşdırıb dəyərləndirib.

Bunlardan bəzilərinə diqqət verək:

Xədicə xanımın könül dünyasında ana anaların anasıdır. Təlim-tərbiyə verəndir, övlad yolunda candan keçəndir, qurban gedəndir. Övlad ananın nurudur, işığıdır, yaraşığıdır, qürurudur”.

Beləcə, akademik mövzu, məzmundan asılı olaraq bayatıları belə müdrikliklə dəyənləndirir.

Eləcə kitaba rəy yazan akademik Bəkir Nəbiyev, professor Teymur Kərimli, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru İmamverdi Həmidov, xalq artisti Həmidə Ömərova da öz rəylərində Xədicə xanımın bayatılarının onun şəxsiyyətlə bağlı olaraq daxili aləmindən könül dünyasından qopub gələn ülvi duyğuların bəhrəsi olduğunu önə çəkməklə, onlara doğru-düzgün dəyər vermişlər.

Bəs mən bu dəyərlərdən sonra daha nələri demək istərdim?

Xədicə Muradın dörd misralıq hər bayatısının qayəsində dayanan insandır. O insan ki, böyük filosof şairlərimizdən biri, Hüseyn Cavidonu cümlə xəyanətlərə bais, hər kəsə Xain olanİblisadlandırır, digər korifey şairimiz Səməd Vurğun isəyazıqdır dünyanın əşrəfi insandeyərək şöhrətləndirir.

Bəs bunlardan hansı düzünü deyir. Cavab üçün ulu imamımız Hz. Əliyə müraciət etsək yerinə düşər.

İnsan mələkdir, İblis. Lakin onun daxilində mələk xisləti vardır, İblis xisləti . Bəzən öz əxlaqi ilə mələklər səviyyəsinə qalxır, bəzən heyvanlardan aşağıda dayanır”.

Uca peyğəmbərlərimizdən başlayaraq bütün bəşəriyyəti müdriklər Xeyir Şər qüvvələrin mübarizəsində görüblər insan münasibətlərinin bu qüvvələrdən qaynaqlandığını təsdiq ediblər. Xədicə xanımın bayatıları da təzadlardan doğaraq, onun daxili aləminin çırpıntılarını əks etdirir:

 

Əzizim dağı, daşı,

Qurumaz gözüm yaşı,

Yurdum düşmən əlində,

Od tutar bağrım başı.

 

Şairə tariximizin ən dəhşətli yaddaşlarını dörd misrada elə poetik obrazlarla dilə gətirir ki, bunları oxuyub sarsılmamaq mümkün deyil.

 

Alışdı Xocalım hey,

Xankəndim, Xocalım hey!

Bu dərdə dözəmmərəm,

Yaş töküm, qocalım hey!

 

lll

 

Xocalıdan ad qaldı,

Dillərdə imdad qaldı,

Fələk gözlərin çıxsın,

Torpağımda yad qaldı.

Digər bir tarixi dərdimiz:

Arazımı böldülər,

Qanlı divar hördülər,

Canı candan ayırıb

Qəlbimə daş gömdülər.

Şairə vətən övladlarını qeyrətə səsləyir:

Gözəl vətən Şuşa hey,

Hamı gedib huşa hey!

Qara buludlar gəlir,

Qılıncım gəl, cuşa gəl.

 

Düşmən tapdağında qalan Vətən torpaqlarının həsrəti şairənin bayatılarında böyük üstünlük təşkil edir.

 

Duman gəldi, çən gəldi,

Yadıma Vətən gəldi

Elimdən ayrı düşdüm

Saçlarıma dən gəldi

Mən aşiq Qarabağa,

Dərd yağdı qara bağa,

Yurdumdan ayrı düşdüm

Həsrətəm Qarabağa

 

Bayatılar, ali duyğulu eşq, məhəbbət, sevgi, hicran, arzu, həsrət, ümid kimi bəşəri hisslərin yüksək bədii-poetik obrazlarda ifadəsini tapan janrıdır. Xədicə xanımın bayatıları da bu meyardan uzaq deyil.

 

Tanrı verən naxışdan,

Bir cüt süzgün baxışdan.

Yarımın ətri gəlir,

Göydən yağan yağışdan.

 

bir , məhəbbət, sevgi kimi duyğuların rəngarəng məna çalarları var. Vətənə, torpağa yurda məhəbbət bunların daha bəşəri olanı, daha dəyərlisidir. Bayatıxan şairə bu növ məhəbbəti önə çəkir.

Bir-iki nümunə:

 

Harayla,

Bir haray çək harayla,

Vətənim əldən gedir,

Ərənləri harayla.

Yurduma,

El-obama yurduma,

Düşməndən qisas alım

Qanımı qatım yurduma.

 

lll

 

İnlərəm,

Gecə-gündüz inlərəm,

Vətəndən ayrı düşsəm,

Nalə çəkib inlərəm.

 

Bu da danılmazdır ki, Vətən, torpaq, məhəbbəti hər kəsin doğma yurdundan, ata ocağından, doğulub boya-başa çatan rayonundan, kəndindən başlayır. Xadicə Muradın da Ağsu, Şirvan, doğulduğu Kalva kəndinə məhəbbəti sonsuzdur.

 

Kalvadı,

Mənim obam Kalvadı.

Demə qürbət gözəldi,

Mənə əziz Kalvadı.

Ağsuda,

Şux gözəllər Ağsuda

Açır dosta əlini,

Hörmət gördüm Ağsuda

 

lll

 

Şirvanda,

Ədəb-ərkan Şirvanda.

İgidləri yenilməz,

Qənirsizlər Şirvanda

 

Şairənin eşq adlanan dərin məhəbbəti, çox rəngarəng hisslərlə bəzədilmiş bayatıları da özünəməxsus poetik incəliklərilə seçilir.

Məsələn, sevən qızın şıltaqlığı da, nazı da bu məhəbbətin gözəlliklərindəndir. Bu, şairənin nəzərindən qaçmayıb.

 

Baharım gəl, yazım gəl,

Şıltağım gəl, nazım gəl.

Sənli keçən günləri,

Xatirəmə yazım gəl.

 

Digər bir bayatıdakı orijinallığa diqqət çəkmək istəyirəm:

 

Qara gözlər süzülər,

Gül məxmərə düzülər

Kəməri elə sıxma,

İncə belin üzülər.

 

Belə ki, incə belin nəzmə çəkildiyini çox görmüşük. Lakin bu obraz – “kəməri elə sıxma, incə belin üzülər” – çox orijinaldır.

yaxud: Eşq, məhəbbət münasibətləri , inciklik, küskün qaçılmazdır şairənin bu ovqatı tərənnüm edən bayatısı bu baxımdan diqqətəlayiqdir.

 

Xıncım-xıncım olmuşam,

Xəzan vurub solmuşam,

Yarım dəyib xətrimə,

Bulud kimi dolmuşam.

 

Eşq-məhəbbət adlanan insanı pərvazlandıran hisslərin min bir yaraşığı, bəzək-düzəyi, rəngarəngliyi var bunları dərk edib yazmaq üçün çox kövrək, həssas duyğularla yaşamaq lazımdır. Xədicə Muradın bayatılarında bu tələblər, şərtlər, özünə geniş yer tapıb. bunların hamısına yer ayırsaydıq böyükfəlsəfiəsər yaranardı. Şairənin bəxt, tale haqqındakı bayatılarını xüsusi fəsildə qruplaşdırması da təqdirəlayiqdir.

Belə ki, insan ən ağır anlarında belə ümidini qoruyub saxlaya bilirsə, bu onun üçün xoşbəxtliyə bərabərdir. Ümid varsa həyat eşqi var. Bunları itirən isə ən bədbəxt insandır.

 

Xədicə xanım da:

Dörd tərəfdə yağı var,

Sinəmdə dərd dağı var,

Hər qaranlıq gecənin

İşıqlı sabahı var

 

deyərək insanları bu bəşəri sərvəti itirməməyə səsləyir.

Şairənin ana məhəbbəti barədə bayatıları da oxucunu riqqətə gətirir:

 

Analar, “balamdedi,

Dağılmazqalamdedi:

Mən ölsəm ölüm deyil,

Yaşasın balam dedi,

 

Şairənin çox diqqətəlayiq dəyərlərindən biri xalq dilinin zənginliklərinə yüksək bələdçiliyi, dilimizin imkanlarından geniş istifadə etməsidir.

Onun bayatıların türk ingilis tərcümələrini kitaba daxil etməsi xalqımız qarşısında xüsusi xidmətdir alqışa layiqdir.

Hər bayatısında oxucuya nəciblik, kövrək həssas duyğular yaşadan bu gözəl şairəyə uğurlar arzusu ilə.

 

 

Sadıq MURTUZAYEV,

Filologiya elmləri namizədi

 

525-ci qəzet.- 2010.- 21 oktyabr.- S.7.