Kazım Qarabəkir Paşa mükafata layiq görülüb

 

2009-cu ildə Salnamə kinostudiyasında istehsal olunan Kazım Qarabəkir Paşa sənədli filmi Türkiyədə mükafata layiq görülüb. Film İstanbulda yerləşən Kazım Qarabəkir Paşa Vəqfinin xüsusi diplomu ilə mükafatlandırılıb. Filmdə Azərbaycanın ictimai-siyasi tarixində xüsusi yeri olan Kazım Qarabəkir Paşanın həyatının Naxçıvanla bağlı dönəmi əksini tapıb. Ekran əsəri Bakıda Ərzrumda nümayiş olunub. Noyabr ayında isə İstanbulda da nümayişinin təşkil olunması planlaşdırılır.

Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Güllü Məmmədova, ideya müəllifi Əqidə Ələkbərli, operatoru Tahir Taleh Məhərrəmov, Elşən Həsənoğlu, prodüseri Böyükağa Məmmədovdur.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 22 oktyabr.- S.7.