ORALARDA KİMLƏR VAR : HAKAN
ARSLANBƏNZƏR
DƏRGİLƏR ARASINDA KEÇƏN
ÖMÜR-2
Hakan Arslanbənzər
kimdir? Şair.1971-ci ildə
Qarsda doğulub. Anadolu lisəsi məzunu. İşlətmə
və ingiliscə müəllimlik kursunda təhsil alıb,amma
sona qədər davam etməyib.
“Dərgah” dərgisində
başladığı nəşriyyat həyatını
1997-ci ildən bu tərəfə İcabi Akçaoğlu ilə
birlikdə davam etdirib. “Şəhrəngiz” və 2000-2001-ci
illərdə təkbaşına çıxardığı
“Atlılar”da çalışıb. Sonra Erən Safiylə
birlikdə “Huruç” dərgisini yaradıb. Neo-epik şeirin
yaradıcılarından hesab olunur. Hal-hazırda “Yas
yazısı” adını verdiyi şeir nədir
antologiyası ilə məşğuldur.
İstanbulda yaşayır,
şəxsi saytı var. Evlidir, iki oğlu var. 1994-ci ildən
bəri şeirləri, 96-cı ildən bu yana müxtəlif
janrlarda yazıları yayımlanır. “Dərgah” və
“Klavuz”dan başqa,özünün bir vaxtlar
çıxardığı “Şəhrəngiz”, “Atlılar”
dərgilərində yazdı. 2005-ci ildən bu yana “Fayrap” dərgisini
çap edir.Şeirdə, siyasətdə və mədəniyyətdə
populizmin tərəfdarıdır.Şeir kitabları:
“ÇOX ÜZGÜNƏM”.
Tənqid üzrə kitabı
: “İMGƏNİN ÖLÜMÜ”.
KİNO İLƏ DOĞRUDAN ƏLAQƏMİZ YOX
“Fayrap”ın son üz
qabığı-qapaq işləmlərində Türk
kinosunun unudulmaz xarakterlərindən istifadə edirsiniz.Dərginizin
bu surətləri yada salmasının və onlara önəm
verməsinin ayrıca bir anlamı varmı?
Bu sadəcə bizim
xüsusi bir mövzumuzdur. Kinoyla heç bir əlaqəmiz
yoxdur.Bu barədə heç düşünmürük də.
Bir həvəskar kimi qalarıq bu sahəyə üz tutsaq.
Bizi türkçülük, unudulmaz xarakterlər və
xarakter- qəhrəman mövzusu maraqlandırır. “Orkun”un
yazılarında söhbət edilən məsələ Tatar
Ramazan, məsələn, qəhrəman sadəcə film
xarakterləri,obrazları deyildir.Pərdədən
çıxıb bizlərdən biri olmuşdur,çünki
xalqın və həqiqətin içindən
çıxmış xarakterlərdir.Bir az da onlarla
yaşayırıq. Cəmil gələcək, sonra
inşallah, Yaşar Usta gələcək, Akad və Güney
filmlərinin qəhrəmanları gələcək, Şaban
gələcək.
“Şəhrəngiz” bir gənclik
təcrübəsiydi.
Çapına
başçılıq etdiyiniz öncəki dərgi təcrübələrinizi
də diqqətə alsaq “Fayrap”ın bu öncəki dərgilərinizdən
bəlli fərqləri təbii ki, diqqəti çəkir.Bunlar
nələrdir?
“Şəhrəngiz”
çox sürətlə çap edilib və qapanmış
bir gənclik həvəsi idi. Bilgilərimiz əksikdi, təcrübəmiz
yoxdu,istəklərimiz qarışıqdı və şeirlərimiz
bir dolğunluq almaq aşamasında idi.Sonradan müxtəlif həyat
təcrübəsi olan və müxtəlif xarakterli dörd
yoldaş idik: İcabi Akçaoğlu, mən, Hakan Şarkdəmir
və Murat Menteş. “Şəhrəngiz”in bağlanmasıyla
“Atlılar”ın işıq üzü görməsi
arasında keçən iki illik vaxtda mən hardasa
kitabxanalarda yaşadım.Sanki bir məzarlığa girdim və
oxuya biləcəyim hər şeyi oxudum.Türkcə və
ingiliscə olaraq o qədər çox şeylər oxudum
ki,danışığım belə dəyişdi.Lap elə
oxuduğum kitablar kimi danışırdım insanlarla və
bu nə qədər sıxıcı olursa- olsun 90-cı illər
nəslini əzilməkdən qurtarmışdır bir mənada.
Bax “Atlılar” mənim çox ciddi
axtarışlarımın bəhrəsi olaraq meydana
çıxdı.Dərgi çıxarmaq üçün
normal bir ortam yox, mənə kömək eləyən dostlar
da bir tərəfliydi,bilgiləri az idi,mənim fikrimcə yetərli
məlumatları yoxdu.Amma hər kəs qeyrətli idi, inad və
dözüm vardı.Gizli bir qapını zorla açmaq kimi
bir istək idi bu. Yaxud bir qapını sındırmaq kimi hal
idi.Bir yandan da bizə qarşı etirazların və bizim
ortamı təmizləmə məqsədimizin olduğu bir gəlişmə
vardı. Avropalı, amerikalı nəzəriyyəçilərin
səviyyəsində fikirlər yürüdürdük, sonra
itlə pişiyin davasına bənzər bir dava ilə
üz-üzə qalırdıq. “Atlılar” öz içində
belə iki qrupa bölünmüşdü.İstanbulda
yaşayan dostlarımız dünyanı daha yaxşı təqib
edirdilər,çoxu xarici dili bilirdi, ayrıca olaraq onlar
başqa-başqa məktəbləri bitirmişdilər,bu sənətin
içində deyildilər, tamamilə başqa işdə
çalışırdılar.Ankaradakılar isə tam təkmil
məmurdu, əsasən sağ düşüncəli camia
içindən çıxmışdılar və
yabançı dil bilməsələr də, öz istəklərinin
ardınca inadla gedən gənclər idilər.Birlikdə hərəkət
etməsi mümkün olmayan bu iki qrupun
aşağı-yuxarı üç il birlikdə
çalışması üçün mən bütün
gücümü sərf elədim və baxanda da özümə
heyrət edirdim. Mənim nəslimin ədəbiyyatla
bağlılığı o qədər yüksək idi ki, hər
kəs mənə çox böyük hörmətlə
yanaşır və bu da bir çoxlarının diqqətini
çəkirdi və hətta qısqananlar da olurdu.
“Atlılar” bu sahədə haqqında
danışdığım məsələlərdə daha
çox iş gördü və bir iki
çatışmazlıq olsa da qarşısına qoyduğu
proqramı yerinə yetirib, işini bitirdi. “Atlılar”ın
ikinci dönəmdə çıxan 10-15 nömrəsi
“Fayrap”ın hazırlıq dönəmiydi,daha çevik və
daha gənc yazarların ortaya çıxmasına kömək
edən bir vasitə idi. “Huruç” isə Eren Safiylə
başlatdığımız vaxtdan cəmi iki nömrəsi
çıxsa da, adıyla siyasi hərəkət idi. Bacara
bildikmi,bacara bilmədikmi, ədəbiyyat adına bir iş
oldumu, bir şeylər qaldımı mən deyə bilmərəm.
“Huruç” bu vaxta qədər çap etdiyim dərgilər
arasında ən təsirli və ən yadda qalan dərgidir məncə.
“Fayrap”a gəlincəyə qədər hər gün sabah
başlayıb gecə yarısına qədər davam edən
və bəzən 24 saat işləməyi
qarşımıza qoyan bir mübarizənin içindəydik.
“Atlılar”ın ikinci dönəmiylə birlikdə bu durum
yavaş-yavaş ortadan qalxdı və manevra eləməyi
arxa plana keçirib, əsas məqsədimizə doğru
addımladıq. “Fayrap” sağlam düşüncəli bir dərgidir,
təbii deyil, “Fayrap” bir jurnal olaraq məsələn,
Cumhurbaşkanlığı Genel Sekreterinin dəvətiylə
Çankaya köşkünə çıxan yazarlar
arasında yer alarkən, artıq heyrətlənmir və kimsəni
də heyrətləndirmirdi.Biz bütün ortmadan
ayrılıb öz yerimizi tapdıq sonunda. “Fayrap” iki illik və
ya iki saylıq bir proqramla çıxmış bir dərgi
deyil, uzun yol yolçusu olmağa namizəd bir dərgidir.
“Fayrap” bir tərəfdən yaxşı , güclü, önəmli
dərgilər içində önəmli və böyük
dərgidir, amma eyni zamanda bir çox qarşı durmalarla
üz-üzə gəlib çətinliklərlə
mübarizə edərək sifətini tapan bir dərgidir.Müəyyən
yaşa dolmuş, müəyyən təcrübə
qazanmış dərgilər içində ən gəncidir.Çankayada
mənim olduğum kimi. Amma sadəcə gənc də deyildir.
Sizin fikrinizcə
çağdaş Türk şeirinin, ədəbiyyatının
təməl məsələləri nələrdir və
“Fayrap”ın bu məsələlərdə yeri hardadır?
Bəziləri “ən
böyük şairimiz kimdir” kimi boş şeylərlə məşğuldur.Birisi
ordan qalxır ki,məsələn, Gültən Akın.Birisi
burdan qalxır ki, məsələn, Sezai Karakoç.
Sağcı marjinal birisi bu nəticəyə gəlmiş: ən
böyük şairimiz İsmət Özəldir.
Bütün bunlar uşaq-muşaq oyunlarıdı, sanki birinci
sinif dərsləridi. Mənim babam sənin babanı döyər
kimi bir şey. Şeir salnamələri çıxır: mənim
çıxardığım dərgi-salnamə sənin
çıxardığın dərgi-salnaməni vurub
keçib.Mənim də bir salnaməm və adım bu
boş-boş şeylərə qarışır.Hakan Arslanbənzər
öz salnaməsindəki yazılarda ədalətli deyil,
deyirlər. Hətta namuslu deyilmiş kimi danışıqlar
da var.Solçulara sağçılardan daha çox yer verir,
deyirlər.Və yaxud əksinə.Ahmet Hakan, Mehmet Akif
“Türk şeirinə nə isə soxdu!”, Orhan Vəli
“Türk şeirinə ziyili soxdu!”, Namık Kemalın, Əşrəfin,
Nəfinin söyüş kimi səslənən fikirlərini
ortaya atdığı kimi tənqidlərin insafsız
olduğu gün kimi hamıya aydındır.Bütün bu
fikirlərin fonunda həm də bunlara öz gözüylə
yanaşan böyük bir insan dəstəsi var. Sevəkmi,
sevməyəkmi? Sevgili dostlar şeirlə yaşayın
“Fayrap” axtarışlarında heç zaman bunları diqqətə
soxmadı.Tarixdən gəlməyən, məlum bir
keçmişi olmayan heç bir dartışmanın
içinə girmədi.Biz daha çox bunları soruşuruq:
məşrutiyyətlə, 60-cılarla və bu günün
bir bağlılığı varmı? Yenidən populist bir
şeir yazıla bilirmi? Şeir cəmiyyət hadisələrini
və Türkiyənin getdiyi yönü təkrar canlandıra
bilirmi? Siyasi ədəbiyyat nə dərəcədə
mümkündür? Günümüzün və yaxın
keçmişin vaz keçilməz yazarları və əsərləri
nədir, kimlərdir? Xaricə məftun olmayan, öz
mübahisələrini, öz əsərlərini, öz
yaşadığı mövzu və məsələlərdən
çıxara biləcək, məhəlləlikdən
qaçaraq, bir ədəbiyyat necə yarana bilir? Modern estetik,
yəni Kantsayağı estetika, təmiz, mükəmməl,
ideal, sürpriz və heyrətə salan estetik şeir
şeirdən başqa bir şeyə dönüşmədən
necə tərk edilə bilir? Bunlar çətin suallar və
hazır cavabları yox. “Fayrap” bunların hissə-hissə
cavablarını tapmağa çalışaraq, bir
araşdırma eləyərək bir yol axtardı və
uzun,incə bir yol olduğu da ortada.Hər gün yeni bir
şeylər tampaq istəyirik. 2009-cu il çalışma
proqramımızda Məşrutiyyət Dövrü Ədəbiyyatı
əsas mövzularımızdan biri oldu və hələ diqqətimizdə
qalmaqdadır. 2010-cu il çalışma proqramımızda
60-cıların dünyası diqqətimizdə olacaq.
60-cıların siyasəti, musiqisi,ədəbiyyatı,
60-larda dünya, 60-larda Türkiyə... Çətin, son dərəcə
zəngin və geniş, toxunulmayan bir sahə. Gəmiçilər
dalğalarda mübarizəsini və üzməyini davam etdirəcək,
biz də Allahın izniylə və inayətiylə buna davam
edəcəyik...
HAKAN ARSLANBƏNZƏRdən
bir şeir
Bütün evliliklər bir
gün bitəcək
Sizə bunu bildirməyi bir
borc bilirəm
Bütün kəlməsinə
yaraşmayan
Hər nə anlamı varsa
evliliyin
Bütün mebel dəstləriylə
birlikdə
Bütün “ah canım orda
oturma burda” oturlar
Gözəl qadın
çirkin qadın
Xəstəlik və hamiləlik
Hamısı bitəcək.
Tüllər də, pərdələr
də
Gündüz və gecə qəfil
sönəcək
Bəlkə aranızdan biri
ilk sabahın bitməməsini
istər
İlk sabah heç bitməyəcəkdir
Mən bunu qəsd etməmişdim.
Mən bunu qəsd etməmişdim
İlk sabah heç bitməyəcək
Quşların uğultulu
qanad çalmaları
Yaxud
Qəfil ilk öpüşmə
İlk çocuk və ilk
günaydın
İlk soyuq baxışlar
küskünlük
şillə-şapalaq
Dırnağların birlikdə
kəsilişi
Hörgüsü
hörüləcək qədər uzun bir saçın
dalğası
Çaydan bir qurtum içmək
Gözucu qəzetələrə
baxmaq
Evliykən televizorda
İlk
davanı-dalaşı izləmək
Bunlar bəli bunlar
nə dərəcədə
soylu
necə də istəyərək
alaraq
Yaşanmış olursa olsun
Bir gün bitəcək
Fəqət ilk sabah heç
bitməyəcəkdir
Bunu daha öncə də
söyləmişdim
son
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.23.