Yazıçı Mustafa Çəmənli ilə Mədəniyyət və İncəsənət Universitetində görüş olub

 

Ötən gün Mədəniyyət İncəsənət UniversitetininƏədəbi yaradıcılıq ekran dramaturgiyasıkafedrasının kino zalında yazıçı-publisist Mustafa Çəmənli ilə görüş keçirilib. “Sənətşünaslıq” fakültəsinin dekanı Vəfa Əliyev tədbiri giriş sözüylə açaraq, Mustafa Çəmənli yaradıcılığından, onun bugünkü Azərbaycan ədəbiyyatındakı yerirolundan danışıb. “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, yazıçı- dramaturq Aqşin Babayev öz çıxışında bildirib ki, Mustafa Çəmənli yaradıcılığındakı vətənpərvərlik mövzusu gənclərimiz, eləcə də gələcək nəsillər üçün tükənməz ruh mənbəyidir. “Mustafa Çəmənli yaradıcılığının əsas mövzusuQarabağmövzusudur. O, təkcə qələmi ilə deyil, həm də mənəvi səviyyəsi, şəxsiyyəti ilə xalqımızda vətənpərvərlik hissləri oyadır. Mustafa müəllim dəfələrlə döyüş bölgələrində, səngərlərdə olmaqla bunu bir daha sübut edib”. Tədbirdə iştirak edən görkəmli dramaturq Əli Əmirli də öz növbəsində M.Çəmənli yaradıcılığının ədəbi nailiyyətlərindən danışıb. Ə.Əmirli Mustafa Çəmənlinin heç bir musiqi təhsilinin olmamasına baxmayaraq, muğam ifaçılığının ən xırda nüanslarına bələd olmasını və bu sahədə kitablar yazmasını alqışladığını qeyd edib: “Musatafa Çəmənli eyni zamanda həm də gözəl nasirdir. Onun Azərbaycan xalqının tarixini, qəhrəmanların obrazını əks etdirən “Xallı gürzə”, “Fred Asif”, “Mübariz” kitabları əsl vətənpərvərlik salnaməsidir”. Jurnalist Tahir Aydınoğlu Mustafa Çəmənlini həm kölnünü sözə, musiqiyə vermiş bir qələm əhli, həm də Azərbaycanın peşəkar jurrnalistikasının görkəmli nümayəndəsi olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirak edən jurnalist İntiqam Mehdizadə, rəssam Natiq Ağayev, professor Həsən Quliyev, teatrşünas Atababa İsmayıloğlu və digər qonaqlar, professor və müəllimlər də yazıçı ilə görüşdən məmnun olduqlarını vurğulayıblar. Görüşün sonunda Mustafa Çəmənli ədəbi fəaliyyəti, bu günə qədər qələmə aldığı əsərləri və “Mübarizpovesti ilə bağlı tələbələrin suallarını cavablandırıb.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.17.