“Tərsinə çevrilmiş
dünya” və “Bəşəriyyətin
xilası” tamamlanıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında bu il istehsala buraxılan
hər iki film üzərində iş başa çatıb. Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə,
bunlar “Tərsinə çevrilmiş dünya”
və “Bəşəriyyətin
xilası” detektiv filmləridir. Hər iki
film artıq tam hazırdır.
Filmlərin təqdimat mərasiminin
noyabr ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Tərsinə çevrilmiş
dünya” filminə rejissor Ənvər Əbluc Çingiz Abdulayevin ssenarisi əsasında quruluş verib. “Bəşəriyyətin
xilası” filminin rejissoru isə Elxan Cəfərovdur.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.-
23 oktyabr.- S.17.