Şəkidə “Samovar” sərgisi açılıb

 

Mədəniyyət Turizm Nazirliyinin 2010-cu ilin ikinci yarımili üçün planına əsasən Şəki şəhərindəMilli nəfəs alətləri bayramı “Samovar” sərgisi keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən verilən məlumatda deyilir. Sərginin açılışı “Sənətkarlar evi”ndə gerçəkləşib. Sərgidə Şəki, Mingəçevir, Yevlax şəhər, Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı və Göyçay rayon Mədəniyyət və Turizm şöbələrinin təqdim etdiyi 70-dək müxtəlif dövrləri əks etdirən samovar nümayiş olunub. Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Z.Cavadov tədbirin rayonun mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. Daha sonra Şəki Dövlət Dram Teatrında nəfəs alətlərinin məşhur ifaçısı Ələfsər Şəkilinin 80 illiyinə həsr olunanMilli nəfəs alətləri bayramı” keçirilib. Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri A.İbrahimxəlilov Azərbaycan musiqi mədəniyyəti tarixində və onun inkişafında mühüm əhəmiyyətə malik milli nəfəs musiqi alətlərinin qorunub saxlanılması, gənc nəsildə bu alətlərə marağın artırılması, yeni istedadlı ifaçıların üzə çıxarılması məqsədi daşıdığını bildirərək, sənətkarın yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bayramda Salyan rayon mədəniyyət evinin “Cəngi”, Şabran rayon mədəniyyət evinin “Çıraq-qala”, Şamaxı rayon mədəniyyət evininŞirvanmilli nəfəs alətləri ansamblları, “Natiqritm qrupu, Ələfsər Şəkilinin nəvəsi Ələfsər Rəhimov, Şəki şəhər mədəniyyət evinin zurnaçılar ansamblı iştirak ediblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.17.