Sirabda arxeoloji araşdırmalarnəşr edilib

 

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi yaxınlığında yerləşən qədim yaşayış yerləri orada aşkar olunan Enolit, Erkən Tunc, Orta Tunc, Dəmir Dövrü Orta əsrlərə aid maddi-mədəniyyət nümunələrinə dairSirabda arxeoloji araşdırmalarkitabı işıq üzü görüb. Bu barədə AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı Türkanə Bəylərlidən məlumat almışıq. Enolit dövründən başlayaraq Orta əsrlərədək Naxçıvan tarixinin böyük bir dövrünü əhatə edən Sirab kəndi ətrafında aşkar olunan yeni abidələrdən bəhs olunan monoqrafiya üç dildə-Azərbaycan, Rus, İngilis dillərində oxuculara təqdim olunub. Yeni nəşrdə Sirab kəndi yaxınlığında aparılan araşdırmalar, eləcə tədqiqtlar zamanı tapılmış keramika məmulatları, onların tipologiyası paralelləri haqqında məlumatlar verilib.

 Eyni zamanda Sirab kəndindən şimal-şərqdə yerləşən Daşqala mağarası, Zirinclik, Taxçalı, cənub-qərbdə yerləşən Şorsu, cənub-şərqdə yerləşən Qaratəpə, şimal-qərbdə yerləşən Yumru Sürümçək digər yaşayış yerləri, kəndin ərazisində olan təbiət abidələri ziyarətgahlarla bağlı ümumi məlumatlar ətraflı şəkildə öz əksini tapıb. Monoqrafiyada Zirinclik, Şorsu Yumru Sürümçəkdə aşkar edilən keramika məmulatlarının arxaik elemetləri ilə seçildiyi göstərilir bu ərazidə Neolit dövrünə aid abidələrin aşkar olunma ehtimalı qeyd edilir. Sirab kəndinin ərazisində onun ətrafında yerləşən abidələrin xəritəsi, habelə aşkar olunan keramika məmulatlarının qədim yaşayış yerlərinin rəngli foto-şəkillərin yer aldığı yeni nəşr 160 səhifədən ibarətdir.

 AMEA Naxçıvan Bölməsi Tarix Etnoqrafiya Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Sirab kənd orta məktəbin müəllimi Zaleh Novruzovun birgə hazırladıqlarıSirabda arxeoloji araşdırmalarmonoqrafiyası araşdırıcılar geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

 GÜNEL

 

525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.7.