Vasif Adıgözəlovun 75 illiyinə
həsr olunmuş musiqi
festivalı başlayır
Azərbaycan Bəstəkarlar İttifaqı
və Mədəniyyət
və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun
75 illiyinə həsr olunmuş Musiqi Festivalı gerçəkləşəcək. Bəstəkarlar İttifaqının mətbuat
xidmətindən APA-ya
verilən məlumata görə, festival çərçivəsində
bəstəkarın kamera-instrumental
və kamera-vokal əsərlərinin ifa olunacağı, gənc istedadların ifasında kamera konsertinin keçirilməsi nəzərdə
tutulur. Eyni zamanda Azərbaycan Dövlət Filarmoniyasında
dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun
və Azərbaycan Dövlət Xor Kapellasının bədii
rəhbəri, xalq artisti Gülbacı İmanovanın rəhbərliyi
ilə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında
“Çanaqqala-1915” Oratoriyasının səsləndirilməsi, V.Adıgözəlovun
yaradıcılığının müxtəlif sahələrinə
həsr olunmuş məruzələrdən ibarət
konfrans, “Aldın payını, çağır
dayını” tamaşasının
nümayişi də planlaşdırılır. Bununla yanaşı,
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun
“Natəvan” operasının
(libretto – Nazim İbrahimov)
nümayişi də təşkil olunacaq.
Oktyabrın 27-də başlayacaq musiqi festivalı ayın 31-nə kimi davam edəcək.
525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.7.