“Mədəniyyət və mədəni
dəyərlərin təbliğində KİV-in
rolu” adlı beynəlxalq təlimə start verilib
Dünən
Muzey Mərkəzində “Mədəniyyət
və mədəni dəyərlərin təbliğində
kütləvi informasiya vasitələrinin
rolu” adlı beynəlxalq təlimin
açılışı keçirilib. APA-nın məlumatına görə,
açılış mərasimində çıxış
edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib
ki, təlim respublikada
aparılan mədəniyyət siyasəti çərçivəsində
həyata keçirilən tədbirlərin düzgün
işıqlandırılmasını təmin etmək, yerli jurnalistlərin hazırlıq səviyyəsinin
artırılması məqsədi ilə həyata keçirilir. Nazir müavini qeyd edib ki, bu
layihə ilk olsa da, son deyil
və bu cür layihələrin
davamlı təşkili nəzərdə tutulur.
Beynəlxalq təlimdə Azərbaycan Jurnalistlər
Birliyinin baş katibi, əməkdar jurnalist
Ramiz Əsgərov, Rusiyanın “Mədəniyyət”
qəzetinin müxbiri İrina
Kulik, Ümumrusiya
Dövlət Teleradio kompaniyasının Mədəniyyət
şöbəsinin müdiri Qulşat Baltayeva,
Rumıniyanın “Mədəniyyət” milli
radiosunun nümayəndələri Nataliya Polikrpova və Dorin Bitfoin Azərbaycanda bu cür beynəlxalq təlimin
keçirilməsini yüksək qiymətləndiriblər.
R.Əsgərov
çıxışında Azərbaycan mədəniyyətinin
qədimliyindən, özəlliklərindən söz
açıb. O, eyni zamanda Azərbaycan mədəniyyətinin
ermənilər tərəfindən mənimsənilməsi məsələsinə
də toxunub.
“Mədəniyyət və
mədəni dəyərlərin təbliğində kütləvi
informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim
oktyabrın 27-də öz işini davam etdirəcək.
525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.7.