Tbilisidə Atəşgah və ya bizim Atəşgahın
ekiz qardaşı
Şahvələd
Eyvazovun yaradıcılıq dəsti-xətti,
maraqlı fotoları sənətsevərlərin diqqətini çoxdan cəlb edib. Onlarca fotosərginin iştirakçısı
kimi o, beynəlxalq aləmdə
çoxdan tanınıb. Avropanın bir çox ölkələrində,
habelə, Yaponiyada açılan fərdi
sərgiləri Şahvələd Eyvazovun
sənətinin mahir ustası olduğunu sübut edir. Onlarca sərginin diplomçusu və laureatı olan
Şahvələd Eyvazov bu
gün də doğulub
boya-başa çatdığı Tbilisi şəhərində yaşayıb
–yaradır. O, 17 ildir ki,
ABŞ-ın “Assoşeyted Press”
informasiya agentliyinin
Tbilisidə yerləşən Qafqaz bürosunun fotomüxbiridir.
Dostlarının və ərki
çatanların “Şah”, “Şaxo” dedikləri və heç
cür qocalığı yaxına buraxmayan bu gözəl
insanın sədası tez-tez Qafqazın milli münaqişə zonalarından gəlir.
Şahvələdin Osetiya, Abxaziya, Qarabağ
münaqişəsindən çəkdiyi kadrlar
dünyanın müxtəlif qəzet-jurnallarında dərc
olunub, mütəxəssislərin və
tamaşaçıların diqqətini cəlb edib. O, sözün
həqiqi mənasında, peşəsinin
professionalıdır. İşindən başqa
Şahvələd mənsub olduğu
xalqın – Gürcüstanda yaşayan azərbaycanlıların adət-ənənəsini,
onun maddi mədəniyyət
abiələrinin, ulularını obyektin
yaddaşına köçürməkdən yorulmur.
Tez-tez qədim Tbilisinin
dolanbac yolları, Şeytanbazar,
Meydan, Avcala, Saburtala,eləcə
də Borçalının kənd adamlarının, üz cizgiləri Şahvələdin obyektinə
tuş gəlir. Bu
yaxınlarda Tbilisidə olarkən vaxtı ilə birgə
axtarıb tapdığımız Atəşgahın şəklini
çəkməyi xahiş etdim. Doğrudur, həmin
“vaxtı ilə”nin üstündən 20 il
keçib. O vaxt dövran da, mizan-tərəzi
də başqaydı. Şahvələd sözümü
yerə salmadı, həmişə olduğu
kimi səssiz-səmirsiz fotoaparatı götürüb “Qədim Şəhərə
gedək” – dedi. Düzdü,
Atəşgahın Qədim Şəhərdə
Narınqalanın ətəyində, Petxain
kilsəsinin yaxınlığında yerləşdiyini bilirdim. Ancaq Qədim Şəhərdə
aparılan irimiqyaslı bərpa işləri bizi
çox çıxılmaz vəziyyətə
saldı. Xeyli vaxt Atəşgahı
tapa bilmədik. Şahvələdin
peşəkarlığı burada da köməyə çatdı, kiçik bir lövhə
nəzərimizi cəlb etdi. Bəli, budur Atəşgah! Sal
qayanın üzərində ucalan,
artıq bərpa olunmuş məbədin
içərisinə doğru pilləkənlə
qalxdıq. İbadətgahın fasadı da,
tağları da şərq üslubuna aid olduğu o saat
nəzəri cəlb edir. Kiçik lövhədə
Atəşgahın Gürcüstan
dövləti tərəfindən tarixi-memarlıq abidəsi kimi qanunla mühafizə olunduğu, abidənin Norveç
Xarici İşlər Nazirliyinin
yardımı, həmçinin Norveç
dövlətinin maliyyə dəstəyi ilə bərpa edildiyi yazılıb. Əlbəttə, V–VII əsrlərin
yadigarı olan bu abidəyə və Gürcüstan
dövləti tərəfindən tarixi dəyərlərə
göstərilən qayğı məni riqqətə gətirdi,
xalqımıza məxsus onlarca sənət
əsərinin işıq üzünə
çıxacağına inamımı artırdı. Məbədin,
ibadətgahın və tarixi
yaddaşımızın abidəsinə isə E.Şahvələdin
fotoobyektivinin gözü
ilə, birlikdə baxmağı tövsiyə edirəm. Buyurun, qədim Tiflisə yollanaq!!!
525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.7.