“Əbədiyyət dastanı”nın audio variantı Gəncədə ictimaiyyətə təqdim olunub

 

Mədəni İnkişaf Mərkəziİctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi, müasir klassik ədəbi nümunələrlə bağlı layihə çərçivəsində Gəncə şəhərində xalq şairi Zəlimxan YaqubunƏbədiyyət dastanıpoemasının audio CD formatında təqdimat mərasimi keçirilib. Tədbir Heydər Əliyev Muzeyində təşkil edilib. Şəhər icra hakimiyyətinin nümayəndəsi Akif Ələkbərov təqdimatın Gəncədə keçirilməsindən məmnunluğunu qeyd edib və şəhər rəhbərliyi adından layihənin rəhbəri Gəray Əlibəyova təşəkkürünü bildirib. A.Ələkbərov xalq şairi Zəlimxan Yaqubun yaradıcılığından söhbət açıb, belə ədəbi nümunələrin audio formatında hazırlanmasının vacibliyini vurğulayıb. Gəray Əlibəyov isə öz çıxışında layihənin reallaşmasına göstərdiyi maliyyə dəstəyinə görə QHT-lərə Dövlət Dəstəyi Şurasına, təqdimatda iştirak etdikləri üçün Gəncə şəhər ziyalılarına və diskin səsləndirilməsində əvəzsiz köməyinə görə xalq şairi Zəlimxan Yaquba minnətdarlığını bildirib. G.Əlibəyov onu da qeyd edib ki, dünyanın inkişaf etmişinkişaf etməkdə olan ölkələrində, artıq neçə illərdir ki, görmə qabiliyyətini itirmiş, yaxud da gözləri zəifləmiş insanlar üçün, müasir texnologiyalardan istifadə ilə, müasirklassik ədəbiyyat nümunələri CD-lərə köçürülüb yayılır: “Hətta bir neçə Avropa ölkəsində bir az da irəli gedərək, oxumaqda çətinliyi olan yaşlı insanları nəzərə almaqla, yeni yazılmış romanların dinlənilməsi üçün klublar yaradılıb. Bu klublarda audiodisklərdə səsləndirilən yeni əsərlər dinlənilir və kluba toplaşan jurnalistlərin, dinləyicilərin müzakirəsi təşkil olunur. Müasir texnologiyaların inkişaf etdiyi bir dövrdə əsərlərin audio halında yayılması vacib və faydalı işlərdən biridir”. G.Əlibəyov buraxılan disklərin ölkəmizin bütün bölgələrində, şəhər kitabxanalarında, oxu zallarında və mədəniyyət ocaqlarında insanların ixtiyarına veriləcəyini vurğulayıb: “Bu diskləri əldə edən hər kəs gəzinti, yaxud da ictimai nəqliyyatdan istifadə zamanı yeni əsərlərlə tanış olmaq imkanı qazanacaqlar”. Qeyd edək ki, disklərdəki materiallar tanınmış aktyor heyəti tərəfindən səsləndirilib və layihənin rəhbəri növbəti ədəbi nümunələrlə bağlı da işlər nəzərdə tutulduğunu dilə gətirib. Tədbirdə çıxış edən şair Məmməd Alim, şəhər mədəniyyət və turizm idarəsinin rəhbəri Mina Məlikova və başqaları layihənin əhəmiyyətindən söz açıblar.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 28 oktyabr.- S.7.