Karikaturaçı Seyran Cəfərlinin sərgisi təşkil edilib
Azərbaycan Media Mərkəzində beynəlxalq
müsabiqələrin qalibi,
tanınmış karikaturaçı
Seyran Cəfərlinin
ilk karikatura sərgisinin
açılış mərasimi
gerçəkləşib. Mərasimdə
giriş sözü ilə çıxış
edən mərkəzin
rəhbəri Gülnarə
Axundova karikatura sənətinin jurnalistikanın
tərkib hissəsi olmadığına təəssüfləndiyini
bildirərək, sərginin
keçirilməsində əsas
məqsədin mətbuatın
diqqətini bu sahəyə yönəltmək
olduğunu vurğulayıb:
“Bu gün burada sərgilənən karikaturalar
hansısa layiqli bir mətbu orqanın səhifələrində
yerləşdirilmiş ola bilərdi. Sərgini keçirməkdə də
məqsədimiz mətbuatın,
mətbu orqanların rəhbərlərinin, baş
redaktorlarının diqqətini
karikatura sənətinə
yönəltməkdir. İstedadlı karikatura ustası,
bir sıra beynəlxalq müsabiqələrin
qalibi Seyran Cəfərliyə Azərbaycanı
xarici ölkələrdə
layiqincə təmsil etdiyinə və fədakarlığına görə
minnətdarlığımızı bildiririk”.
ABŞ-ın
Azərbaycandakı səfirliyinin
mətbuat katibi Kis Bin çıxışında
bildirib ki, hazırda Amerika jurnalistikasında karikaturalardan
geniş istifadə olunur. Belə ki, ABŞ-da siyasi karikaturaçılar
sosial və siyasi şərhçilər
sayılır və onların əsərləri,
demək olar ki, əsas səhifələrdə
çap edilir: “Ümidvaram ki, Seyran Cəfərlinin və onun həmkarlarının
əsərləri üçün
yazılı və elektron mediada yer tapılacaq”. Seyran Cəfərli isə çıxışında onun
ilk sərgisini təşkil
edən Media Mərkəzinə
təşəkkürünü bildirib, sərgilənən
50-dən artıq karikaturanın
daha çox sosial mövzulara həsr olunduğunu vurğulayıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 29 oktyabr.- S.7.